Masallıda Aşıq Ələsgərin 200 illik yubileyi
- 20-04-2021, 18:00
- Mədəniyyət
- 0
- 951
Masallıda Aşıq Ələsgərin 200 illik yubileyi musiqili kompozisiya ilə qeyd olunub
Aprelin 20-də Masallı Rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Xalq teatrı növbəti virtual səhnə tədbiri ilə çıxış edib.
Azərbaycan aşıq sənətinin ən görkəmli nümayəndələrindən olan, ustad el sənətkarı Aşıq Ələsgərin anadan olmasının 200 illik yubileyi münasibətilə hazırlanmış virtual musiqili kompozisiya sənətsevərlərin ixtiyarına verilib.
Rayon Xalq teatrı və Mədəniyyət Mərkəzinin birgə əməyi ilə təşkil edilmiş virtual ədəbi-bədii, musiqili proqramda mərkəzin solistləri şux və zövqlü repertuarla çıxış ediblər.
Əvvəlcə, tanınmış el sənətkarı, aşıq Atabala Zahidovun davamçısı, istedadlı sənətçi Atamoğlan Zahid aşıq havası ilə tədbiri açıq elan edib. Sonra Ruslan Zahidov, Şamo İbayev, saz ifaçısı Mirsalam Ağayev maraqlı musiqi nömrələri ilə səhnəni bölüşüblər. Sənətçiləri mərkəzin instrumental musiqi ifaçıları müşayiət edib.
Solo ifalar zamanı əsasən aşıq musiqisinə, o cümlədən Aşıq Ələsgərin şeirlərinə qoşulmuş aşıq havalarına üstünlük verilib.
Virtual kompozisiya Masallı Regional Mədəniyyət İdarəsinin rəsmi "Facebook" səhifəsi vasitəsilə canlı yayımlanıb.
www.yeniheyet.az