Главная > Mədəniyyət > “Mədəniyyət kəndlərdə" layihəsi – Masallının Musaküçə kəndində
“Mədəniyyət kəndlərdə" layihəsi – Masallının Musaküçə kəndində23-11-2021, 22:15. Разместил: yeni321 |
![]() Masallı Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə keçirilən "Mədəniyyət kəndlərdə" layihəsi çərçivəsində növbəti tədbir keçirilib. Noyabrın 23-də, Masallı rayonunun qədim sənətkarlıq və təsərrüfat ənənələri ilə seçilən Musaküçə kəndində reallaşdırılan tədbirdə rəsmi şəxslər, mədəniyyət işçiləri, ziyalılar, Vətən müharibəsi iştirakçıları, kənd sakinləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. ![]() Yeniheyet.az xəbər verir ki, tədbir vətənimizin bütövlüyü uğrunda gedən döyüşlərdə əbədiyyətə qovuşmuş şəhidlərin xatirəsinin yad edilməsindən sonra açıq elan olunub. Masallı Xalq Teatrının rejissoru Cəmaləddin Əliyev budəfəki tədbirin təşkilatçısı Musaküçə kənd Sənətkarlıq evinin kollektivinə və tədbirə geniş sərgi və bədii proqramla qatılan iştirakçılara minnətdarlıq bildirib, həmçinin layihə çərçivəsində bugünədək keçirilən tədbirlərindən bəhs edib. ![]() ![]() ![]() Musaküçə kənd tam orta məktəbinin müəllimi Rizvan Rzayev isə Musaküçə adının etimologiyası, kəndin tarixi, təsərrüfatı, qədim el sənətkarlığı sahələri, tanınmış şəxsləri, müharibə iştirakçıları və əmək qəhrəmanları barədə məlumat verib. ![]() Sonra tədbirin bədii hissəsi başlayıb. Məktəblilər şəhidlərə həsr olunmuş vətənpərvərlik şeirləri səsləndiriblər, "Halay" folklor Xalq ansamblı tərəfindən maraqlı rəqs kompozisiyası ifa olunub. ![]() Rəsmilər və tədbir iştirakçıları mədəniyyət müəssisələrinin çeşidli el sənətkarlığı sahələri və qədim əşyalardan qurulmuş sərgilərinə baxış keçirib, istedadlı yeniyetmə və gənclərin əl işləri ilə tanış olublar. Tədbirdə kənd sakinləri ənənəvi sənətkarlıq sahəsi olan həsirçiliyə aid çoxsaylı məişət məmulatları və müxtəlif təsərrüfat məhsulları ilə təmsil olunublar. Sərgi və bədii kompozisiyalar iştirakçılar tərəfindən maraqla qarşılanıb. ![]() Yekunda mədəniyyət tədbirlərində fəal iştirak edən bir qrup istedadlı məktəbliyə təşkilat komitəsinin "Təşəkkürnamə"si təqdim edilib. www.yeniheyet.az Вернуться назад |