• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » “Mədəniyyət kəndlərdə" layihəsi – Masallının Musaküçə kəndində

    “Mədəniyyət kəndlərdə" layihəsi – Masallının Musaküçə kəndində

    Mədəniyyət kəndlərdə" layihəsi – Masallının  Musaküçə kəndində 
     
    Masallı Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə keçirilən "Mədəniyyət kəndlərdə" layihəsi çərçivəsində növbəti tədbir keçirilib.
    Noyabrın 23-də, Masallı rayonunun qədim sənətkarlıq və təsərrüfat ənənələri ilə seçilən Musaküçə kəndində reallaşdırılan tədbirdə rəsmi şəxslər, mədəniyyət işçiləri, ziyalılar, Vətən müharibəsi iştirakçıları, kənd sakinləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
     
    Yeniheyet.az xəbər verir ki, tədbir vətənimizin bütövlüyü uğrunda gedən döyüşlərdə əbədiyyətə qovuşmuş şəhidlərin xatirəsinin yad edilməsindən sonra açıq elan olunub.
    Masallı Xalq Teatrının rejissoru Cəmaləddin Əliyev budəfəki tədbirin təşkilatçısı Musaküçə kənd Sənətkarlıq evinin kollektivinə və tədbirə geniş sərgi və bədii proqramla qatılan iştirakçılara minnətdarlıq bildirib, həmçinin layihə çərçivəsində bugünədək keçirilən tədbirlərindən bəhs edib.
    Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov layihənin Mədəniyyət Nazirliyinin müvafiq fəaliyyət istiqamətləri və mədəni yanaşmalarına uyğun həyata keçirildiyini bildirib. O, layihənin mahiyyətindən söhbət açaraq yerlərdə qorunan mədəni dəyərlərin geniş ictimaiyyətə tanıdılması, kənd müəssisələrinin işinin genişləndirilməsi və yaradıcı gənclərin aşkarlanmasını layihənin əsas məqsədi olduğunu nəzərə çatdırıb.
    Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova tədbirin Musaküçə kəndində keçirilməsini müsbət hadisə kimi qiymətləndirib və layihəyə görə təşkilatçılara minnətdarlıq edib. A. Qafarova bu kimi tədbirlərin kəndlərdə təşkilini yerli mədəniyyətin inkişafına təkan olacağını, həmçinin rayona xas olan mədəni dəyər və ənənələrin tanıdılması işinə dəstək verəcəyini qeyd edib.
      
    Musaküçə kənd tam orta məktəbinin müəllimi Rizvan Rzayev isə Musaküçə adının etimologiyası, kəndin tarixi, təsərrüfatı, qədim el sənətkarlığı sahələri, tanınmış şəxsləri, müharibə iştirakçıları və əmək qəhrəmanları barədə məlumat verib.
     
    Sonra tədbirin bədii hissəsi başlayıb. Məktəblilər şəhidlərə həsr olunmuş vətənpərvərlik şeirləri səsləndiriblər, "Halay" folklor Xalq ansamblı tərəfindən maraqlı rəqs kompozisiyası ifa olunub.
      
    Rəsmilər və tədbir iştirakçıları mədəniyyət müəssisələrinin çeşidli el sənətkarlığı sahələri və qədim əşyalardan qurulmuş sərgilərinə baxış keçirib, istedadlı yeniyetmə və gənclərin əl işləri ilə tanış olublar. Tədbirdə kənd sakinləri ənənəvi sənətkarlıq sahəsi olan həsirçiliyə aid çoxsaylı məişət məmulatları və müxtəlif təsərrüfat məhsulları ilə təmsil olunublar. Sərgi və bədii kompozisiyalar iştirakçılar tərəfindən maraqla qarşılanıb.
     
    Yekunda mədəniyyət tədbirlərində fəal iştirak edən bir qrup istedadlı məktəbliyə təşkilat komitəsinin "Təşəkkürnamə"si təqdim edilib.

    www.yeniheyet.az
     
     шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    2. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    3. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    4. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    5. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    6. 12:28 Vətənə xidmətdə keçən ömür
    7. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    8. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    9. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    10. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    11. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    12. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    13. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    14. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    15. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    16. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    17. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    18. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    19. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    20. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    21. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    22. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    23. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    24. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    25. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    26. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    27. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    28. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    29. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    30. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    31. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    32. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    33. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    34. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    35. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    36. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    37. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    38. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    39. 11:15 DİQQƏT! DİQQƏT!
    40. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ