Главная > Mədəniyyət / Manşet > Masallıda Azərbaycanın Milli Qəhrəmanı Səfəralı Məmmədovun anım günü keçirilib
Masallıda Azərbaycanın Milli Qəhrəmanı Səfəralı Məmmədovun anım günü keçirilib17-02-2022, 17:42. Разместил: admin44 |
Masallı rayonunda Azərbaycanın Milli Qəhrəmanı Səfəralı Məmmədovun anım günü qeyd olunub. Azərbaycanın Milli Qəhrəmanı olan Səfəralı Qurban oğlu Məmmədovun anım günü böyüyüb boya-başa çatdığı Masallı rayon Sərçuvar kəndində, öz ev muzeyində və Qəhrəmanın adını daşıdığı məktəbdə keçirilib. Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmmədhüseyn Hüseynov, RİH başçısının müavini Aybəniz Qafarova və aparatın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev Milli Qəhrəman Səfəralı Məmmədovun anım günündə evində olub, xatirəsini anıblar. Sonra Qəhrəmanla bağlı eksponatlara baxılıb. Çay süfrəsi arxasında M.Hüseynov rayon rəhbəri cənab Şahin Məmmədovun şəhid Səfəralının anası Şahdəstə Məmmədovaya və tədbir iştirakçılarına salamlarını çatdıraraq, 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun əldə etdiyi Qələbənin xalqımıza bəxş etdiyi sevinc və qürur hissindən, Səfəralı Məmmədovun bənzərsiz qəhrəmanlığından danışıb. Qəhrəmanın anası Şahdəstə xanım oğlunun 30 illik anım mərasimində onunla bağlı xatirələrindən söz açıb, qeyd edib ki, mənim oğlum həmişə deyərdi: «İgid ölər, adı qalar. Ana şəhid olsam ağlamayasan, köhnə paltar geyinməyəsən...» -Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamlarına əsasən ölümündən sonra üç medalla - "Vətən uğrunda", “Füzulinin azad olunmasına görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilən Səməndər Vahid oğlu İsgəndərov da bu kəndin şəhididir, o da mənimçün Səfəralı qədər əzizdir...-deyə ana bildirib. Sonra rayon rəsmiləri Qəhrəman şəhidin muzeyində onunla bağlı əşyalara baxıblar. Bu əşyaların hər biri sanki dil açıb Səfəralı haqqında nəsə demək istəyir... Sonra tədbir Qəhrəmanın adını daşıdığı Sərçuvar kənd tam orta məktəbində davam etdirilib. Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin, rayon Təhsil şöbəsinin, rayon Polis şöbəsinin məsul işçiləri, kənd sakinləri, döyüş yoldaşları, müəllim və məktəblilər, Milli Qəhrəmanın qohumları və digər ictimaiyyət nümayəndələri iştirak ediblər. Onlar S.Məmmədovun büstü önünə əklil, tər güllər düzüblər. Anım tədbirində əvvəlcə Dövlət himni səslənib, sonra şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olunub. Tədbirdə çıxış edənlər – Sərçuvar kənd tam orta məktəbinin direktoru Zayid Məmmədov, Milli Qəhrəmanın döyüşçü dostları Mehman Baxşəliyev, Hüseyn Məmmədov, Teyyub Eyvazov, Taleh Qarayev, Azər Ağayev və başqaları qəhrəmanın keçdiyi ömür yolundan söhbət açıb, Qarabağ müharibəsindəki şücaətindən danışıblar, Səfəralı kimi igid oğullarımızın gənclərə örnək olduğunu diqqətə çatdırıblar. Anım tədbirində Sərçuvar kənd məktəbinin və Masallı Dövlət Regional Kolleci tələbələrinin ifasında Masallı Xalq Teatrının rejissoru Camaləddin Əliyevin, Sərçuvar məktəbinin müəllimləri İlahə Əlili və Günel Gözəlovanın quruluş verdiyi ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Tədbirin sonunda Milli Qəhrəmanın məzarı ziyarət olunub. www.yeniheyet.az Вернуться назад |