• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda Azərbaycanın Milli Qəhrəmanı Səfəralı Məmmədovun anım günü keçirilib

    Masallıda Azərbaycanın Milli Qəhrəmanı Səfəralı Məmmədovun anım günü keçirilib


    Masallı rayonunda Azərbaycanın Milli Qəhrəmanı Səfəralı Məmmədovun anım günü qeyd olunub.
    Azərbaycanın Milli Qəhrəmanı olan Səfəralı Qurban oğlu Məmmədovun anım günü böyüyüb boya-başa çatdığı Masallı rayon Sərçuvar kəndində, öz ev muzeyində və Qəhrəmanın adını daşıdığı məktəbdə keçirilib.

    Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmmədhüseyn Hüseynov, RİH başçısının müavini Aybəniz Qafarova və aparatın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev Milli Qəhrəman Səfəralı Məmmədovun anım günündə evində olub, xatirəsini anıblar.
    Sonra Qəhrəmanla bağlı eksponatlara baxılıb.

    Çay süfrəsi arxasında M.Hüseynov rayon rəhbəri cənab Şahin Məmmədovun şəhid Səfəralının anası Şahdəstə Məmmədovaya və tədbir iştirakçılarına salamlarını çatdıraraq, 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun əldə etdiyi Qələbənin xalqımıza bəxş etdiyi sevinc və qürur hissindən, Səfəralı Məmmədovun bənzərsiz qəhrəmanlığından danışıb.

    Qəhrəmanın anası Şahdəstə xanım oğlunun 30 illik anım mərasimində onunla bağlı xatirələrindən söz açıb, qeyd edib ki, mənim oğlum həmişə deyərdi: «İgid ölər, adı qalar. Ana şəhid olsam ağlamayasan, köhnə paltar geyinməyəsən...»  -Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamlarına əsasən ölümündən sonra üç medalla - "Vətən uğrunda", “Füzulinin azad olunmasına görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilən Səməndər Vahid oğlu İsgəndərov da bu kəndin şəhididir, o da mənimçün Səfəralı qədər əzizdir...-deyə ana bildirib.

    Sonra rayon rəsmiləri Qəhrəman şəhidin muzeyində onunla bağlı əşyalara baxıblar. Bu əşyaların hər biri sanki dil açıb Səfəralı haqqında nəsə demək istəyir...
       
    Sonra tədbir Qəhrəmanın adını daşıdığı Sərçuvar kənd tam orta məktəbində davam etdirilib.
       
    Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin, rayon Təhsil şöbəsinin, rayon Polis şöbəsinin məsul işçiləri, kənd sakinləri, döyüş yoldaşları, müəllim və məktəblilər, Milli Qəhrəmanın qohumları və digər ictimaiyyət nümayəndələri iştirak ediblər. Onlar S.Məmmədovun büstü önünə əklil, tər güllər düzüblər.
       
    Anım tədbirində əvvəlcə Dövlət himni səslənib, sonra şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olunub.
       
    Tədbirdə çıxış edənlər – Sərçuvar kənd tam orta məktəbinin direktoru Zayid Məmmədov, Milli Qəhrəmanın döyüşçü dostları Mehman Baxşəliyev, Hüseyn Məmmədov, Teyyub Eyvazov, Taleh Qarayev, Azər Ağayev və başqaları qəhrəmanın keçdiyi ömür yolundan söhbət açıb, Qarabağ müharibəsindəki şücaətindən danışıblar, Səfəralı kimi igid oğullarımızın gənclərə örnək olduğunu diqqətə çatdırıblar.
       
    Anım tədbirində Sərçuvar kənd məktəbinin və Masallı Dövlət Regional Kolleci tələbələrinin ifasında Masallı Xalq Teatrının rejissoru Camaləddin Əliyevin, Sərçuvar məktəbinin müəllimləri İlahə Əlili və Günel Gözəlovanın quruluş verdiyi ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
       
    Tədbirin sonunda Milli Qəhrəmanın məzarı ziyarət olunub.











    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 11:57 Masallıda bəzi dövlət qulluqçularına treninq keçirilmişdir
    2. 11:34 Şəhid Nurlan Əbilovun 4-cü ili anıldı
    3. 20:41 Masallıda rayon rəhbərinin 18 aprel 2025-ci il tarixli vətəndaş qəbulu
    4. 20:39 Masallıda bələdiyyələrin fəaliyyəti barədə müşavirə
    5. 15:56 Zərərçəkmiş şəxs: Xocalı soyqırımının təşkilatçıları və soyqırımına rəhbərlik edənlər zaman-zaman Ermənistanın siyasi-hərbi rəhbərliyində təmsil olunublar 
    6. 15:42 Azərbaycan Gürcüstan münasibətləri-ikitərəfli əməkdaşlığımızın inkişafı
    7. 23:30 Gürcüstan Prezidentinin Azərbaycana rəsmi səfəri çox məhsuldar keçdi
    8. 09:32 Masallıda rayon rəhbəri evi yanan vətəndaşın yeni tikilən evinə baxış keçirmişdir
    9. 23:30 Masallıda çaydan XIX əsrə aid kitablar tapılıb
    10. 23:30 Gürcüstanın Prezidentinin səfəri ikitərəfli münasibətlər üçün önəm daşıyır
    11. 16:10 Masallının Ərkivan qəsəbəsində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    12. 16:00 Masallının Ərkivan qəsəbəsində rayon rəhbərinin 16 aprel 2025-ci il tarixdə səyyar görüş-qəbulu
    13. 13:13 İnsanlara nur bəxş edən böyük alim
    14. 23:30 Dövlətlərarası əlaqələrimizin zəngin tarixi vardır
    15. 18:52 “Müxtəlifliyə qucaq açaq” – Masallıda rəsm və foto sərgisi 
    16. 18:49 Masallı rayonu ərazisində sel və daşqın təhlükəsinə qarşı qabaqlayıcı tədbirlər görülməkdədir
    17. 11:02 Gələcək talehini tibb elminə həsr etməyi qarşısına məqsəd  qoyan Akakdemik
    18. 20:00 Akademik Zərifə Əliyevanın Oftalmologiyada rolu
    19. 21:00 Gözləri və qəlbləri nurlandıran böyük şəxsiyyət
    20. 23:30 Zərifə xanım Əliyevanın Azərbaycan Dövlət  Həkimləri Təkmilləşdirmə İnstitutundakı fəaliyyəti
    21. 17:06 Masallıda rayon rəhbərinin 11 aprel 2025-ci il tarixli vətəndaş qəbulu
    22. 16:33 Antiterror əməliyyatları Azərbaycanın suverenliyini bərpa etdi
    23. 13:36 Ziyalı işığında...
    24. 13:00 Bir həkim ömrünün unudulmaz səhifələri
    25. 23:30 Türkiyə və İsrailin Azərbaycana yaxın dost ölkələr olması
    26. 18:52 ADA Universitetində Dünya Nizamı Müzakirə Olundu: İlham Əliyev Beynəlxalq Forumda
    27. 13:56 Zərifə Əliyevanın kimsəsiz uşaqlara qayğısı
    28. 11:33 Nurlu insan
    29. 17:31 Masallıda aprel şəhidi Firdovsi Bağırzadənin anım günü - 2025
    30. 17:28 Masallının Təzə Alvadı ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    31. 15:05 Masallının Təzə Alvadı kəndində rayon rəhbərinin 09 aprel 2025-ci il tarixdə səyyar görüş-qəbulu
    32. 18:04 Masallıda ağsaqqallar və əlillər üçün istirahət guşəsinin açılış mərasimi
    33. 17:12 Masallıda rayon rəhbəri şəhidin əkiz övladının doğum günündə
    34. 14:31 Enerji təhlükəsizliyi sahəsində yanaşmaların formalaşdırılması
    35. 12:24 Cənub Qaz Dəhlizi hamımız üçün böyük uğur hekayətidir
    36. 23:30 Azərbaycan enerji təhlükəsizliyi baxımından tərəfdaşları üçün mühüm rol oynayır
    37. 22:19 Masallıda şəhid ailələrinə diqqət və qayğı ənənəsi
    38. 22:11 Masallıda aprel şəhidi Nurlan Əsgərlinin anım günü - 2025
    39. 21:12 Masallıda 18 mart - 06 aprel 2025-ci il tarixlərdə görülmüş işlər barədə məlumat
    40. 21:07 Masallının Təkdam kəndində rayon rəhbərinin 02 aprel 2025-ci il tarixdə səyyar görüş-qəbulu
    «    Aprel 2025    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930 
    DÜNYA XƏBƏRLƏRİ