Главная > Mədəniyyət > Birincilərin Novruz şənliyi
Birincilərin Novruz şənliyi16-03-2018, 22:37. Разместил: yeni321 |
![]() Birincilərin Novruz şənliyi Martın 16-da RəhimTağıyev adına Masallı Tarix Diyarşünaslıq Muzeyində “Elimizə bahar gəlir” adlı Novruz şənliyi keçirilib. Şənlikdə Masallı şəhər 1 nömrəli tam orta məktəbinin 1-ci sinif şagirdləri iştirak ediblər. ![]() Muzey əməkdaşlarının dəstəyilə düzənlənən tədbirin məqsədi uşaqlara bayram sevinci yaşatmaq, milli dəyərlərimizi, Novruz adət-ənənələrini təbliğ etməkdir. ![]() Qeyd olunub ki, Novruz bayramı əslində yazın, baharın ilk günü, təbiətin canlanması, torpağın oyanması günüdür. ![]() Novruz atributları şənliyə xüsusi ovqat qatıblar. Keçəl və Kosa, eləcə də Bahar qızı maraqlı çıxışları ilə balacaları əyləndiriblər. Uşaqlar şeirlər söyləyib, mahnılar oxuyub, rəqs ediblər. “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |