Birincilərin Novruz şənliyi
- 16-03-2018, 22:37
- Mədəniyyət
- 0
- 1 922
![](/uploads/posts/2018-03/medium/1521229064_1.jpg)
Birincilərin Novruz şənliyi
Martın 16-da RəhimTağıyev adına Masallı Tarix Diyarşünaslıq Muzeyində “Elimizə bahar gəlir” adlı Novruz şənliyi keçirilib.
Şənlikdə Masallı şəhər 1 nömrəli tam orta məktəbinin 1-ci sinif şagirdləri iştirak ediblər.
![](/uploads/posts/2018-03/medium/1521228759_2.jpg)
Muzey əməkdaşlarının dəstəyilə düzənlənən tədbirin məqsədi uşaqlara bayram sevinci yaşatmaq, milli dəyərlərimizi, Novruz adət-ənənələrini təbliğ etməkdir.
![](/uploads/posts/2018-03/medium/1521228719_4.jpg)
Qeyd olunub ki, Novruz bayramı əslində yazın, baharın ilk günü, təbiətin canlanması, torpağın oyanması günüdür.
![](/uploads/posts/2018-03/medium/1521228806_3.jpg)
Novruz atributları şənliyə xüsusi ovqat qatıblar. Keçəl və Kosa, eləcə də Bahar qızı maraqlı çıxışları ilə balacaları əyləndiriblər.
Uşaqlar şeirlər söyləyib, mahnılar oxuyub, rəqs ediblər.
“Yeni həyat”,
www.yeniheyet.az