Главная > Səhiyyə > Vərəm sağalan xəstəlikdir

Vərəm sağalan xəstəlikdir


24-11-2017, 16:39. Разместил: yeni321
Həkim məsləhəti
 
                                             Vərəm sağalan xəstəlikdir

Vərəm insanın müxtəlif orqan və toxumalrını zədələyə bilən infeksion xəstəlikdir. Bu xəstəliklə hər bir insan hava-damcı və çirklənmiş torpaqdan hava-toz yolu ilə, söhbət etdikdə, mikrobakteriyalar ifraz edən xəstə ilə uzun müddət bir yerdə olduqda və s. hallarda yoluxa bilər. Ağ ciyər vərəmi xəstələri asqırdıqda, öskürdükdə və tüpürdükdə havaya vərəm bakteriyaları atmış olurlar. İnsanın bu xəstəliyə yoluxması üçün yalnız az miqdarda bu bakteriyaları udması kifayətdir.
Hər yoluxma da xəstəliklə nəticələnmir. Bir çox insanlarda vərəm çöpləri Qon ocaqları şəklində illərlə qalıb xəstəlik törətməyə bilər. Ancaq uzun müddət yaxşı qidalanmadıqda, gün işığının yaxşı düşmədiyi, rütubətli, pis havalandırılan yerlərdə yaşadıqda “yatmış” vərəm çöpləri aktivləşir və xəstəlik törədir. Bölgəmizdə vərəmin müəyyən səviyyədə olmasının səbəbi subtropik iqlim şəraiti, əhalinin sıxlığı, əsasən yeniyetmə və gənclərin vaxtında həkimə müraciət etməməsilə əlaqədardır.
Hər il bu xəstəliyə tutulan 9 milyon xəstənin 3 milyonu müalicə olunmur. 22 milyon insanın həyatı “Ümumdünya Səhiyyə Təşkilatının” vərəmlə mübarizədə istifadə etdiyi strategiya sayəsində xilas olunub. 
Vərəmin oyadıcısı olan bakteriya (Mycobacterium tuberculosis) əsasən ağciyəri sarsıdır. Vərəmin qarşısını almaq və müalicə etmək mümkündür.
Dünya əhalisinin 1/3 hissəsi residir vərəm xəstəsidir. İmmun sistemi zəif olan, tütün qəbul edən, az qidalanan və şəkər xəstəsi olan insanlar daha çox təhlükəyə məruz qalırlar. Vərəm xəstəliyinə tutulan insanların 20 % -i siqaret çəkənlərdir.
Öskürək, gecələr tərləmə, çəkinin azalması və s. kimi əlamətləri olan aktiv vərəm xəstəsində ilk müddət bu kimi əlamətlə özünü zəif göstərir. Bu insanların həkimə müraciətini uzadıb, bu zaman ərzində bir çox insanı yoluxdurması deməkdir. Vərəm xəstəsi, sıx təmasda olduğu bütün insanları yoluxdura bilər. Lazımi müalicənin tətbiq olunmaması halında bu xəstələrin 2/3 hissəsi olümə məruz qalır.
İnsanlar bilməlidir ki, vərəm sağalmaz xəstəlik deyildir. Ötən əsrin ortalarına kimi vərəmdən kütləvi ölüm hadisələri baş verirdi. Lakin 1945-ci ildən sonra streptomeshim (1,0) kəşf edildi, vərəm sağalan xəstəliklər sırasına daxil oldu. Elə zənn etməyin ki, xəstəliyə yoluxmuş adamlar müalicə alsalar belə onlarla ünsiyyətdə olmaq təhlükəlidir. Vərəm o zaman qorxulu olur ki, müalicə olunmur. Erkən aşkarlanıb müalicə olunan xəstələr ətrafdakılar üçün təhlükə yaratmır. Onlar xəstəxanadan evə vərəm qapalı formaya keçəndən, yoluxuculuq qabiliyyətini itirəndən sonra buraxılırlar. Dispanser qeydiyyatında olduğundan xəstələr mütəmadi olaraq həkim müayinəsindən keçirlər. Xəsətələrin ailə üzvləri də Masallı ACXX-yə dəvət olunur və onlara vərəm olmadığı halda belə profilaktik məqsədilə izoniarid (0,3) həbləri verilir. Bir şeyi unutmaq olmaz ki, vərəmin müalicəsi uzunmüddətlidir, yəni vərəmin ən məhdud forması olan xəstə minimum 6-8 ay fasiləsiz müalicə edilməlidir.
  Vərəmlə mübarizə ilkin mərhələdə doğum şöbələrində körpələrə aparılan BSJ peyvəndlərindən başlanır. Bu iş rayonumuzda qənaətbəxş təşkil edilir. Poliklinika və məktəblərdə vərəmin erkən aşkarlanması məqsədilə vaxtaşırı Mantu sınağı qoyulur. Bir çox şagirdlər və valideynlər elə bilir ki, Mantunun yeri qızarıbsa deməli uşaq xəstədir. Lakin, vərəmin olduğuna tək qızartı yox, iynənin yerində əmələ gələn bərkləşmənin ölçüsü şübhə yaradır. Ona görə həkim sınaqdan əvvəl şagirdlərə başa salmalıdır ki, Mantunun yeri qızara bilər və hər qızartı xəstəlik əlaməti deyil.
İlk dəfə vərəm diaqnozu eşidən xəstə panikaya düşür, dərin psixoloji sarsıntı keçiririr. Ətrafdakıların ona qarşı ikrah hissi keçirdiyindən şübhələnərək camaatdan qaçır, əsəbi və aqressiv olur. Belə vəziyyətin qarşısını almaq üçün ilk növbədə həkim xəstənin etibarını qazanmağa, onun təkcə həkimi yox, həm də yaxın bir adamı olmağa çalışmalı, müalicənin faydasını başa salmalıdır. Bundan başqa həkim pasiyentin ailəsilə söhbət aparmalı və onları xəstəyə mənəvi dəstək olmağa çağırmalıdır.
Vərəmə yoluxmamaq üçün xəstələrdən qaçmaq yox, sağlam həyat tərzi keçirmək, immuniteti gücləndirmək, vərəm çöplərinin inkişafı üçün əlverişli şərait yaratmamağa çalışmaq lazımdır.

                                                                                                                           Mirrəhim NƏBİYEV,
                                                                              Masallı Rayon Ağ Ciyər Xəstəlikləri Xəstəxanasının baş həkimi.
 шаблоны для dle 11.2
Вернуться назад