Главная > Səhiyyə > Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Masallıda seminar-müşavirəsi
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Masallıda seminar-müşavirəsi24-04-2019, 15:31. Разместил: yeni321 |
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Masallıda seminar-müşavirəsi Sanitariya-gigiyena qaydalarına əməl olunmalıdır Aprelin 24-də Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən bir sıra Dövlət Proqramlarının həyata keçirilməsi və icrası ilə bağlı Masallı rayonunda seminar-müşavirə keçirilib. Gənclər Mərkəzində təşkil olunan maarifləndirmə tədbirində rayon icra hakimiyyətinin, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin, rayon GEM-in, rayon təhsil şöbəsinin nümayəndələri, ümumtəhsil məktəblərinin və məktəbəqədər uşaq müəssisələrinin rəhbərləri, tibb işçiləri, KİV təmsilçiləri iştirak ediblər. Tədbiri Masallı RİHB-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nigar Kərimova açaraq qonaqları rayon rəhbəri adından salamlayıb, ölkə Prezidenti tərəfindən uşaqların və yeniyetmələrin sağlamlığının mühafizəsi ilə bağlı verilən qanunların icrası, keçirilən maarifləndirici tədbirlər barədə məlumat verib. Sonra Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Uşaq və yeniyetmələrin gigiyenası bölməsinin müdiri İqbal Səfərova uşaq və yeniyetmələrdə profilaktik tibbi müayinələrin yaxşılaşdırılması, təhsil müəssisələrində su təminatının yaxşılaşdırılması , məktəblilər arasında sağlam mühit və sağlam həyat tərzi, tütün çəkmənin, spirtli içkilərin və narkomaniyanın zərərləri barədə ətraflı danışıb. Respublika GEM-in UYGB-nin aparıcı mütəxəssisi, həkim-gigiyenist Narınc Orucova qida məhsullarının istifadəsi, təhsil müəssisələrində qidalanmaya nəzarət edilməsi, sanitariya-gigiyena qaydalarının və əksepidemik rejimin gözlənilməsi barədə çıxış edib. Bildirilib ki, hər bir şagirdin yediyi qidanın enerji dəyərini hesablamağı bilməsi və buna vərdiş etməsi, qida məhsulunu alarkən və ya yeyərkən qidanın üzərində göstərilən tərkib hissəsinə və son istifadə tarixinə nəzər salmağa adətkar olması onların sağlamlığı üçün böyük əhəmiyyət kəsb edir. Mütəxəssislər eyni zamanda tərkibində doymuş və trans-yağ turşuları, sadə şəkər və ya xörək duzu yüksək olan qida məhsullarından istifadənin zərərləri barədə təhsil müəssisələrində maarifləndirmə işlərinin aparılmasının vacibliyini vurğulayıblar. Çıxış edənlər uşaq və yeniyetmələrin təlim-tərbiyə aldığı məktəblərin, xüsusi ixtisaslı orta təhsil ocaqlarının 100 faiz təhlükəsiz, keyfiyyətli su təminatı ilə təşkili işindən söz açıblar. Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin gigiyena şöbəsinin müdiri Saleh Eminbəyli, rayon təhsil şöbəsinin əməkdaşı Əyyar Burhanov rayonda bu sahədə aparılan işlər, müəssisələrdə, xüsusən təhsil ocaqlarında həyata keçirilən tədbirlər barədə danışıb, narkomaniya və zərərli vərdişlərə qarşı maarifləndirici tədbirlərin həm şagirdlər həm də valideynlər arasında aparılmasının və uşaqların icbari dispanserizasiyaya cəlbinin vacibliyini qeyd ediblər. Çıxışlardan sonra seminar iştirakçılarının sualları cavablandırılıb, onlara maarifləndirici kitabçalar paylanılıb. Akif AĞAYEV, “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |