• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Masallıda seminar-müşavirəsi

    Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Masallıda seminar-müşavirəsi

    Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Masallıda seminar-müşavirəsi 

    Sanitariya-gigiyena qaydalarına əməl olunmalıdır

    Aprelin 24-də Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən bir sıra Dövlət Proqramlarının həyata keçirilməsi və icrası ilə bağlı Masallı rayonunda seminar-müşavirə keçirilib.
    Gənclər Mərkəzində təşkil olunan maarifləndirmə tədbirində rayon icra hakimiyyətinin, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin, rayon GEM-in, rayon təhsil şöbəsinin nümayəndələri, ümumtəhsil məktəblərinin və məktəbəqədər uşaq müəssisələrinin rəhbərləri, tibb işçiləri, KİV təmsilçiləri iştirak ediblər.
    Tədbiri Masallı RİHB-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nigar Kərimova açaraq qonaqları rayon rəhbəri adından salamlayıb, ölkə Prezidenti tərəfindən uşaqların və yeniyetmələrin sağlamlığının mühafizəsi ilə bağlı verilən qanunların icrası, keçirilən maarifləndirici tədbirlər barədə məlumat verib.

     Sonra Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Uşaq və yeniyetmələrin gigiyenası bölməsinin müdiri İqbal Səfərova uşaq və yeniyetmələrdə profilaktik tibbi müayinələrin yaxşılaşdırılması, təhsil müəssisələrində su təminatının yaxşılaşdırılması , məktəblilər arasında sağlam mühit və sağlam həyat tərzi, tütün çəkmənin, spirtli içkilərin və narkomaniyanın zərərləri barədə ətraflı danışıb.
    Respublika GEM-in UYGB-nin aparıcı mütəxəssisi, həkim-gigiyenist Narınc Orucova qida məhsullarının istifadəsi, təhsil müəssisələrində qidalanmaya nəzarət edilməsi, sanitariya-gigiyena qaydalarının və əksepidemik rejimin gözlənilməsi barədə çıxış edib.
    Bildirilib ki, hər bir şagirdin yediyi qidanın enerji dəyərini hesablamağı bilməsi və buna vərdiş etməsi, qida məhsulunu alarkən və ya yeyərkən qidanın üzərində göstərilən tərkib hissəsinə və son istifadə tarixinə nəzər salmağa adətkar olması onların sağlamlığı üçün böyük əhəmiyyət kəsb edir. Mütəxəssislər eyni zamanda tərkibində doymuş və trans-yağ turşuları, sadə şəkər və ya xörək duzu yüksək olan qida məhsullarından istifadənin zərərləri barədə təhsil müəssisələrində maarifləndirmə işlərinin aparılmasının vacibliyini vurğulayıblar.
    Çıxış edənlər uşaq və yeniyetmələrin təlim-tərbiyə aldığı məktəblərin, xüsusi ixtisaslı orta təhsil ocaqlarının 100 faiz təhlükəsiz, keyfiyyətli su təminatı ilə təşkili işindən söz açıblar.
    Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin gigiyena şöbəsinin müdiri Saleh Eminbəyli, rayon təhsil şöbəsinin əməkdaşı Əyyar Burhanov rayonda bu sahədə aparılan işlər, müəssisələrdə, xüsusən təhsil ocaqlarında həyata keçirilən tədbirlər barədə danışıb, narkomaniya və zərərli vərdişlərə qarşı maarifləndirici tədbirlərin həm şagirdlər həm də valideynlər arasında aparılmasının və uşaqların icbari dispanserizasiyaya cəlbinin vacibliyini qeyd ediblər.
    Çıxışlardan sonra seminar iştirakçılarının sualları cavablandırılıb, onlara maarifləndirici kitabçalar paylanılıb.

    Akif AĞAYEV,
    “Yeni həyat”,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    2. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    3. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    4. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    5. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    6. 12:28 Vətənə xidmətdə keçən ömür
    7. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    8. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    9. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    10. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    11. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    12. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    13. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    14. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    15. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    16. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    17. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    18. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    19. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    20. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    21. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    22. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    23. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    24. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    25. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    26. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    27. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    28. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    29. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    30. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    31. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    32. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    33. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    34. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    35. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    36. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    37. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    38. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    39. 11:15 DİQQƏT! DİQQƏT!
    40. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ