Главная > Səhiyyə > Pandemiya dövründə qarşıdan gələn Məhərrəmlik mərasimlərilə bağlı ehtimal olunan problemlər barədə videokonfrans
Pandemiya dövründə qarşıdan gələn Məhərrəmlik mərasimlərilə bağlı ehtimal olunan problemlər barədə videokonfrans14-08-2020, 19:00. Разместил: yeni321 |
Pandemiya dövründə qarşıdan gələn Məhərrəmlik mərasimlərilə bağlı ehtimal olunan problemlər barədə videokonfrans Avqustun 14-də Masallı rayonunda, pandemiya dövründə qarşıdan gələn Məhərrəmlik mərasimlərilə bağlı ehtimal olunan problemlər barədə videokonfrans keçirilmişdir. Onlayn konfransı açan Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məslələr şöbəsinin müdiri Aybəniz Qafarova COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində qaşıdan gələn Məhərrəmlik ayı, Aşura mərasimlərində, habelə yas məclislərində qadınların kütləvi toplaşması, sosial məsafə gözləməməsinin yolverilməz olduğunu vurğulamışdır. Konfransda A.Qafarova bildirmişdir ki, son günlərdə virusa yoluxma hallarının sayında, xəstəliyin yayılma dinamikasında azalma, ölkə üzrə xüsusi karantin rejimində bəzi yumşalma halları bizi arxayınlaşdıra bilməz. Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri Məmmədhüseyn Hüseynov, rayon Prokurorunun müavini Cahangir Qurbanov, rayon Polis Şöbəsinin bölmə rəisi Elşən Talıbov, DTX rayon şöbəsinin rəis müavini Rasim Nəsirov, RİHB aparatının Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Seyfəddin Əliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Kamil Bağırov, Qızılavar kənd tam orta məktəbinin direktoru Lətifə Qənbərzadə, Dəmirçi kənd ümumi orta məktəbinin direktoru Aytən Şükürova, Təzə Alvadı kənd məktəbəqədər uşaq bağçasının müdiri Göyçək Əsgərova, rayon təhsil şöbəsi yanında Təhsilə ictimai dəstək qrupunun fəal üzvləri Kamal Təhməzov, İradə İmanbəyli, qadın mərsiyəxan-mollaları — Xatirə xanım və Təranə İbişova (Masallı şəhəri), Püstəbəyim Cabbarova (Ərkivan qəsəbəsi), İsmət Əmirova (Göyəçöl kəndi), Maarifə Kərimova (Həsənli kəndi) və başqaları çıxış edərək Nazirlər Kabinetinin tapşırıq və tövsiyələrinə ciddi əməl olunmasını və ərazi nümayənəliklərinin məsələyə ciddi yanaşmasının vacibliyini videokonfrans iştirakçılarının nəzərinə çatdırmışlar. Konfrans iştirakşılarına koronavirus pandemyasının törədə biləcəyi fəsadlar barədə, Məhərrəmlik ayı və Aşura günlərində qaydaları pozanlar barədə qanunamüvafiq qaydada tədbirlər görüləcəyi bildirilərək, mövcud pandemiya ilə əlaqədar bundan sonra da mübarizə yönümündə bütünlüklə səfərbər olmağın vacibliyi vurğulanmışdır. Videokonfransı yekunlaşdıran rayon İcra hakimiyyəti başçısının müavini Aybəniz Qafarova bir daha qadın mərsiyəxan-mollaların nəzərinə çatdırmışdır ki, icra hakimiyyəti və polis şöbəsinin əməkdaşları, mobil qruplar tərəfindən rayonun bütün ərazilərində Məhərrəmlik və Aşura günlərində mütəmadi reydlər keçiriləcək, karantin qaydalarını pozaraq evlərdə təkiyə qurub təziyə, mərasimlər keçirən, moizə deyənlər və kütləvi yığıncaq edənlər barədə qanunamüvafiq qaydada tədbirlər görüləcəkdir. “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |