• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Pandemiya dövründə qarşıdan gələn Məhərrəmlik mərasimlərilə bağlı ehtimal olunan problemlər barədə videokonfrans

    Pandemiya dövründə qarşıdan gələn Məhərrəmlik mərasimlərilə bağlı ehtimal olunan problemlər barədə videokonfrans

    Pandemiya dövründə qarşıdan gələn Məhərrəmlik mərasimlərilə bağlı ehtimal olunan problemlər barədə videokonfrans

    Avqustun 14-də Masallı rayonunda, pandemiya dövründə qarşıdan gələn Məhərrəmlik mərasimlərilə bağlı ehtimal olunan problemlər barədə videokonfrans keçirilmişdir.
    Onlayn konfransı açan Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məslələr şöbəsinin müdiri Aybəniz Qafarova COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində qaşıdan gələn Məhərrəmlik ayı, Aşura mərasimlərində, habelə yas məclislərində qadınların kütləvi toplaşması, sosial məsafə gözləməməsinin yolverilməz olduğunu vurğulamışdır.
    Konfransda A.Qafarova bildirmişdir ki, son günlərdə virusa yoluxma hallarının sayında, xəstəliyin yayılma dinamikasında azalma, ölkə üzrə xüsusi karantin rejimində bəzi yumşalma halları bizi arxayınlaşdıra bilməz.
    Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri Məmmədhüseyn Hüseynov, rayon Prokurorunun müavini Cahangir Qurbanov, rayon Polis Şöbəsinin bölmə rəisi Elşən Talıbov, DTX rayon şöbəsinin rəis müavini Rasim Nəsirov, RİHB aparatının Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Seyfəddin Əliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Kamil Bağırov, Qızılavar kənd tam orta məktəbinin direktoru Lətifə Qənbərzadə, Dəmirçi kənd ümumi orta məktəbinin direktoru Aytən Şükürova, Təzə Alvadı kənd məktəbəqədər uşaq bağçasının müdiri Göyçək Əsgərova, rayon təhsil şöbəsi yanında Təhsilə ictimai dəstək qrupunun fəal üzvləri Kamal Təhməzov, İradə İmanbəyli, qadın mərsiyəxan-mollaları — Xatirə xanım və Təranə İbişova (Masallı şəhəri), Püstəbəyim Cabbarova (Ərkivan qəsəbəsi), İsmət Əmirova (Göyəçöl kəndi), Maarifə Kərimova (Həsənli kəndi) və başqaları çıxış edərək Nazirlər Kabinetinin tapşırıq və tövsiyələrinə ciddi əməl olunmasını və ərazi nümayənəliklərinin məsələyə ciddi yanaşmasının vacibliyini videokonfrans iştirakçılarının nəzərinə çatdırmışlar.
    Konfrans iştirakşılarına koronavirus pandemyasının törədə biləcəyi fəsadlar barədə, Məhərrəmlik ayı və Aşura günlərində qaydaları pozanlar barədə qanunamüvafiq qaydada tədbirlər görüləcəyi bildirilərək, mövcud pandemiya ilə əlaqədar bundan sonra da mübarizə yönümündə bütünlüklə səfərbər olmağın vacibliyi vurğulanmışdır.
    Videokonfransı yekunlaşdıran rayon İcra hakimiyyəti başçısının müavini Aybəniz Qafarova bir daha qadın mərsiyəxan-mollaların nəzərinə çatdırmışdır ki, icra hakimiyyəti və polis şöbəsinin əməkdaşları, mobil qruplar tərəfindən rayonun bütün ərazilərində Məhərrəmlik və Aşura günlərində mütəmadi reydlər keçiriləcək, karantin qaydalarını pozaraq evlərdə təkiyə qurub təziyə, mərasimlər keçirən, moizə deyənlər və kütləvi yığıncaq edənlər barədə qanunamüvafiq qaydada tədbirlər görüləcəkdir.

    “Yeni həyat”,      
    www.yeniheyet.az

     

    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:27 Rayon rəhbəri xəstəxanada şəhid ailəsini ziyarət etdi-01.08.2025
    2. 18:43 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 15-31 iyul 2025-ci il
    3. 18:41 Masallının yollarında təmir işləri davam etdirilir 15-31 iyul 2025
    4. 18:38 Masallıda 15-31 iyul 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    5. 18:09 Masallıda abadlıq və xeyriyyə işləri 15-31 iyul 2025
    6. 11:43 Rayonun Kolatan-Xanalıyan avtomobil yolu bərpa edilir
    7. 11:24 Masallıda rayon rəhbərinin şəhidlərə diqqəti 30.07.2025
    8. 11:22 Masallıda rayon rəhbərinin 31 iyul 2025-ci il tarixli vətəndaş qəbulu
    9. 16:37 Dil - insanları birləşdirən ünsiyyət vasitəsidir
    10. 15:46 Masallı DAİM-də dəyirmi masa
    11. 16:17 Masallıda kartofçuluq və taxılçılıqla bağlı müşavirə
    12. 17:53 Rayonun Çayqıraq kəndinin yolu təmir edilir
    13. 17:50 Masallıda şəhid Sübhan Həsənovun doğum günü anılıb
    14. 15:28 Masallıda rayon rəhbərinin şəhid ailələri ilə növbəti görüşü-25.07.2025
    15. 13:37 Masallıda 2025-cü ilin avqust ayına olan səyyar-görüş qəbulları barədə
    16. 17:30 Masallıda “II Regional Gənclər Festivalı” keçirilmişdir
    17. 10:45 Masallıda rayon rəhbərinin 24 iyul 2025-ci il tarixli vətəndaş qəbulu
    18. 19:34 Prezident İlham Əliyevin 3-cü Beynəlxalq Media Forumundakı Çıxışı: Yeni Reallıqlar və Qlobal Media Perspektivi
    19. 16:35 III  Şuşa Qlobal Media Forumu təkcə regional deyil, eyni zamanda, beynəlxalq əhəmiyyət daşıyan bir platforma kimi çıxış etdi
    20. 15:10 Masallının Yeyənkənd kəndində 23 iyul 2025-ci il tarixdə səyyar qəbul
    21. 15:05 Masallının Yeyənkənd ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 23.07.2025
    22. 11:05 III Şuşa Qlobal Media Forumu Qlobal baxışların kəsişdiyi strateji platformadır
    23. 23:30 Azərbaycan sağlam əməkdaşlığa hər zaman açıq olub
    24. 15:10 Masallıda 2025-ci ildə kartof məhsuldarlığı
    25. 14:36 Milli Mətbuat Günü ilə bağlı dəyirmi masa - MASALLIDA
    26. 13:58 Masallıda “Maariflənmə, müasirləşmə, ümummilli məqsədlərin təbliğində milli mətbuat və jurnalistikanın rolu” mövzusunda tədbir
    27. 12:03 Azərbaycan milli mətbuatının 150 illik yubileyidir
    28. 23:00 Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumunda çıxış etmişdir
    29. 17:30 Azərbaycan milli mətbuatının 150 illik yolu
    30. 23:30 22 İyul Milli Mətbuat Günü ilə əlaqədar
    31. 23:30 22 iyul Milli Mətbuat günü
    32. 10:06 Qəzet dövlət arxivi, dövlətçilik tarixidir
    33. 23:00 22 iyul Milli Mətbuat Günü 
    34. 16:16 AZƏRBAYCAN MƏTBUATI TARİXƏ İZ SALIB
    35. 15:48 Sığdaş kəndində əhalinin içməli su ilə təminatı yaxşılaşdırılır
    36. 14:18 Masallıda Mənzil Kommunal Təsərrüfatı İstehsalat birliyi tərəfindən genişmiqyaslı abadlıq işləri 
    37. 11:06 Azərbaycan mətbuatı – 150
    38. 09:05 Azərbaycan Milli mətbuatının davamlı inkişafı
    39. 18:19 150 yaşlı milli mətbuatımız və biz
    40. 16:47 Boradigah qəsəbəsində çay və suaparıcı kanallarda təmizlik işləri aparılır 
    «    Avqust 2025    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031
    DÜNYA XƏBƏRLƏRİ