YAP Masallı Rayon Təşkilatı Gənclər Birliyinin onlayn konfransı keçirilib
- 28-04-2020, 19:34
- Siyasət
- 0
- 1 017

Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə YAP rayon qərargahında Şura üzvləri ilə koronavirus (COVİD-19) pandemiyası ilə bağlı onlayn qaydada konfrans keçirilmişdir.
Konfransda çıxış edən YAP Masallı Rayon Təşkilatı Gənclər Birliyinin sədri Bəxtim Qarayev gənclərə pandemiya dövründə Nazirlər Kabinetinin qərarlarına diqqətlə yanaşmağı, “evdə qal!” çağırışlarına özləri və yaxınlarının həssaslıqla yanaşmalarının vacibliyini vurğulamışdır.
“Yeni həyat”,
www.yeniheyet.az