Главная > Səhiyyə > Əsas resurslar koronavirusla mübarizəyə yönəlib
Əsas resurslar koronavirusla mübarizəyə yönəlib4-06-2021, 15:41. Разместил: yeni321 |
Əsas resurslar koronavirusla mübarizəyə yönəlib Bütün dünyanı ağuşuna almış COVID-19 təhlükəsi hər ölkədə olduğu kimi Azərbaycanda da yeni situsiya yaratsa da, bu xəstəliyin ölkəmizdə geniş yayılaraq kütləvi insan itkisinə səbəb olmasının qarşısı alındı. Ümid edək ki, koronavirus infeksiyası əvvəlki sürətini itirmək üzrədir, yəni rəqəmlər müsbətə doğru dəyişməkdədir. Bir müddət əvvəl ardıcıl olaraq sərt karantin rejimi tətbiq olunsa da, qaydaların tədricən yumşalma dövrünə daxil olmuşuq. Lakin bu yumşalma prosesinin virusun yox olması kimi anlamamalıyıq. Əksinə, normal həyat tərzinə qayıtmaqdan ötrü pandemiyanın digər tələblərinə əməl etməliyik: sosial məsafəni gözləməli, qapalı məkanlarda maskadan istifadə etməli və s. Yəni COVİD-19-un yoluxdurma arealını genişləndirməyə rəvac verməməliyik. Şahidiyik ki, Azərbaycanda qlobal pandemiya ilə mübarizə effektiv şəkildə davam etdirilir. Ölkədə epidemioloji vəziyyətin sabit saxlanmasından ötrü bütün aidiyyatı qüvvələr səfərbər edilib. Və bunun müsbət nəticələrini də görürük. Virusa yoluxanların sayında azalma, sağalanların sayında isə artım müşahidə olunur. Bütün dünyada əhalinin hər bir milyon nəfərinə düşən xəstə və ölənlərin sayına görə Azərbaycan ən sonuncu yerlərdən birini tutur. Əhalinin qaydalara əməl etməsi, modul tipli xəstəxanaların inşası, müasir laboratoriyaların quraşdırılması, xəstəliyin erkən aşkarlanması, eləcə də bu ilin əvvəlindən başlanan peyvənd kampaniyası və s. kimi qabaqlayıcı tədbirlər əldə olunan nailiyyətlərin əsasını təşkil edir. Odur ki, əbəs yerə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Azərbaycan pandemiya ilə mübarizədə nümunəvi ölkə adlandırılmayıb. Möhtərəm Prezidentimiz İlham Əliyev Ümumdünya Səhiyyə Assambleyasının 74-cü sessiyasındakı çıxışında bu nöqteyi-nəzərdən bir sıra mühüm məsələlərə toxunub: “Pandemiyanın lap ilk günlərindən Azərbaycanda COVID-19-un əhaliyə mənfi təsirinin minimuma endirilməsi və vəziyyətin nəzarətdə saxlanılması ilə bağlı praktiki tədbirlər həyata keçirilmişdir. Qısa zaman ərzində 13 modul tipli və 1 daimi xəstəxana inşa edilmişdir. Ölkədə COVID xəstələrinin müalicəsi üçün müəyyən edilmiş xəstəxana çarpayılarının toplam sayı 10 mindən artıqdır. Bununla yanaşı, COVID-in mənfi təsirinə məruz qalmış ölkə vətəndaşlarını və sahibkarlıq subyektlərini dəstəkləmək məqsədilə təxminən 2 milyard ABŞ dolları həcmində sosial-iqtisadi təşviq paketi təqdim edilmişdir.” Sözsüz ki, dövlətin bütün resurslarını bu dəhşətli pandemiya ilə mübarizəyə yönəltməsinə baxmayaraq bizim də üzərimizə mühüm vəzifələr düşür. Sahəsindən asılı olmayaraq hər birimiz koronavirusa qarşı mübarizədə öz işimizi fəal və effektiv şəkildə qurmağa çalışmalıyıq. Akif AĞAYEV, Masallı rayonu, Ərkivan qəsəbə sakini. Вернуться назад |