• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Əsas resurslar koronavirusla mübarizəyə yönəlib

    Əsas resurslar koronavirusla mübarizəyə yönəlib

    Əsas resurslar koronavirusla mübarizəyə yönəlib
     
    Bütün dünyanı ağuşuna almış COVID-19 təhlükəsi hər ölkədə olduğu kimi Azərbaycanda da yeni situsiya yaratsa da, bu xəstəliyin ölkəmizdə geniş yayılaraq kütləvi insan itkisinə səbəb olmasının qarşısı alındı.
    Ümid edək ki, koronavirus infeksiyası əvvəlki sürətini itirmək üzrədir, yəni rəqəmlər müsbətə doğru dəyişməkdədir. Bir müddət əvvəl ardıcıl olaraq sərt karantin rejimi tətbiq olunsa da, qaydaların tədricən yumşalma dövrünə daxil olmuşuq. Lakin bu yumşalma prosesinin virusun yox olması kimi anlamamalıyıq. Əksinə, normal həyat tərzinə qayıtmaqdan ötrü pandemiyanın digər tələblərinə əməl etməliyik: sosial məsafəni gözləməli, qapalı məkanlarda maskadan istifadə etməli və s. Yəni COVİD-19-un yoluxdurma arealını genişləndirməyə rəvac verməməliyik.
    Şahidiyik ki, Azərbaycanda qlobal pandemiya ilə mübarizə effektiv şəkildə davam etdirilir. Ölkədə epidemioloji vəziyyətin sabit saxlanmasından ötrü bütün aidiyyatı qüvvələr səfərbər edilib. Və bunun müsbət nəticələrini də görürük. Virusa yoluxanların sayında azalma, sağalanların sayında isə artım müşahidə olunur. Bütün dünyada əhalinin hər bir milyon nəfərinə düşən xəstə və ölənlərin sayına görə Azərbaycan ən sonuncu yerlərdən birini tutur. Əhalinin qaydalara əməl etməsi, modul tipli xəstəxanaların inşası, müasir laboratoriyaların quraşdırılması, xəstəliyin erkən aşkarlanması, eləcə də bu ilin əvvəlindən başlanan peyvənd kampaniyası və s. kimi qabaqlayıcı tədbirlər əldə olunan nailiyyətlərin əsasını təşkil edir. Odur ki, əbəs yerə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Azərbaycan pandemiya ilə mübarizədə nümunəvi ölkə adlandırılmayıb.
    Möhtərəm Prezidentimiz İlham Əliyev Ümumdünya Səhiyyə Assambleyasının 74-cü sessiyasındakı çıxışında bu nöqteyi-nəzərdən bir sıra mühüm məsələlərə toxunub: “Pandemiyanın lap ilk günlərindən Azərbaycanda COVID-19-un əhaliyə mənfi təsirinin minimuma endirilməsi və vəziyyətin nəzarətdə saxlanılması ilə bağlı praktiki tədbirlər həyata keçirilmişdir. Qısa zaman ərzində 13 modul tipli və 1 daimi xəstəxana inşa edilmişdir. Ölkədə COVID xəstələrinin müalicəsi üçün müəyyən edilmiş xəstəxana çarpayılarının toplam sayı 10 mindən artıqdır. Bununla yanaşı, COVID-in mənfi təsirinə məruz qalmış ölkə vətəndaşlarını və sahibkarlıq subyektlərini dəstəkləmək məqsədilə təxminən 2 milyard ABŞ dolları həcmində sosial-iqtisadi təşviq paketi təqdim edilmişdir.”
    Sözsüz ki, dövlətin bütün resurslarını bu dəhşətli pandemiya ilə mübarizəyə yönəltməsinə baxmayaraq bizim də üzərimizə mühüm vəzifələr düşür. Sahəsindən asılı olmayaraq hər birimiz koronavirusa qarşı mübarizədə öz işimizi fəal və effektiv şəkildə qurmağa çalışmalıyıq.
     
    Akif AĞAYEV,
    Masallı rayonu,
    Ərkivan qəsəbə sakini.шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    2. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    3. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    4. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    5. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    6. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    7. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    8. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    9. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    10. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    11. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    12. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    13. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    14. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    15. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    16. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    17. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    18. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    19. 11:15 DİQQƏT! DİQQƏT!
    20. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    21. 13:51 Masallı rayonunun 95-ci ili
    22. 13:48 Masallı rayon İcra Hakimiyyəti başçısının təbriki
    23. 17:16 Masallıda rayon rəhbərinin 07 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    24. 17:33 Masallının Şıxlar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 06.08.2025
    25. 17:30 Masallının Şıxlar kəndində 06 avqust 2025-ci il tarixdə səyyar qəbul
    26. 21:47 Elçinə ağı - Xalq yazıçısı Anar yazır
    27. 15:25 MASALLI RAYONUNUN SOSİAL İQTİSADİ İNKİŞAFININ MAKROİQTİSADİ GÖSTƏRİCİLƏRİ AÇIQLANMIŞDIR - STATİSTİKA
    28. 07:36 Boradigah qəsəbəsində şəhid ailəsi üçün təmir edilən evə baxış keçirilib
    29. 07:35 Rayon rəhbəri Boradigah qəsəbəsində görülən işlərlə tanış oldu
    30. 11:53 Ana dilimiz tarixdən gələn səsimizdir
    31. 23:30 Ana dilimiz tarixdən gələn səsimiz, gələcəyə gedən yolumuzdur
    32. 16:27 Rayon rəhbəri xəstəxanada şəhid ailəsini ziyarət etdi-01.08.2025
    33. 23:30 Prezident İlham Əliyev Azərbaycan dili haqqında
    34. 18:43 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 15-31 iyul 2025-ci il
    35. 18:41 Masallının yollarında təmir işləri davam etdirilir 15-31 iyul 2025
    36. 18:38 Masallıda 15-31 iyul 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    37. 18:09 Masallıda abadlıq və xeyriyyə işləri 15-31 iyul 2025
    38. 11:43 Rayonun Kolatan-Xanalıyan avtomobil yolu bərpa edilir
    39. 11:24 Masallıda rayon rəhbərinin şəhidlərə diqqəti 30.07.2025
    40. 11:22 Masallıda rayon rəhbərinin 31 iyul 2025-ci il tarixli vətəndaş qəbulu
    «    Avqust 2025    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031
    DÜNYA XƏBƏRLƏRİ