Главная > Səhiyyə > Masallının Qodman kəndində həkim məntəqəsinin açılışı olub
Masallının Qodman kəndində həkim məntəqəsinin açılışı olub18-11-2021, 13:57. Разместил: yeni321 |
Masallının Qodman kəndində həkim məntəqəsinin açılışı olub Noyabrın 18-də “Ot Kökləri və İnsan Təhlükəsizliyi” üzrə Qrant Yardımı Proqramı əsasında Yaponiya ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq çərçivəsində Masallı rayonunun Qodman kəndində inşa edilən həkim məntəqəsinin açlışı mərasimi keçirilib. Yeniheyet.az xəbər verir ki, mərasimdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, Yaponiyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Vada Cüniçi, səfirin birinci katibi Morii Satoşi, “Ot Kökləri və İnsan Təhlükəsizliyi” layihəsi üzrə məsləhətçilər Haşimoto Takuma, Zakir Əliyev, Masallı RİHB-nın müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova, şöbənin baş məsləhətçisi Nigar Kərimova, Masallı Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Rasim Əzizov, layihəni icra edən – “Konstitusiya” Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev, tərcuməçi Günel Mirzəyeva və kənd sakinləri iştirak ediblər. Rayon rəhbəri Şahin Məmmədov kənd sakinlərini yeni həkim məntəqəsinin açılışı münasibətilə təbrik edib, əhaliyə yüksək səhiyyə xidməti göstəriləcəyini vurğulayıb. Yaponiyanın ölkəmizdəki səfiri Vada Cüniçi çıxışında qeyd edib ki, Yaponiya hökuməti bundan sonra da Azərbaycanın müxtəlif bölgələrinin əhalisinin ehtiyaclarına cavab verərək, əhalinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində öz töhfəsini verməyə davam edəcək. Ərazidə həkim məntəqəsinə böyük ehtiyac olduğunu nəzərə alıb yeni həkim məntəqəsinin inşası üçün “Konstitusiya” Araşdırmaları Fondu qrant yardımı üçün Yaponiya hökumətinə müraciət edib və müsbət cavab alıb. Qodman kənd həkim məntəqəsi 7 otaqdan (stomotoloji, peyvənd, pediatriya, ginekoloji, müalicə otaqları, anbar, sanitar qovşağı) ibarətdir. Layihədən Qodman kəndi ərazisinin 2800 nəfər əhalisi, o cümlədən ərazinin Əzizabad və Məmmədrzaküçə kəndinin sakinləri də bəhrələnəcək. Qeyd edək ki, açılış mərasimindən əvvəl Masallı RİH başçısı Şahin Məmmədov Yaponiyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Vada Cüniçini və qonaqları rayon icra hakimiyyətinin inzibati binasında qəbul edərək, çay süfrəsi ətrafında söhbət ediblər. Qonaqlar Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsinə ucaldılmış “Qəhrəmanlar parkı, Şəhidlər abidə-kompleksi” abidəsini ziyarət ediblər. www.yeniheyet.az Вернуться назад |