• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallının Qodman kəndində həkim məntəqəsinin açılışı olub

    Masallının Qodman kəndində həkim məntəqəsinin açılışı olub

    Masallının Qodman kəndində həkim məntəqəsinin açılışı olub 

    Noyabrın 18-də “Ot Kökləri və İnsan Təhlükəsizliyi” üzrə Qrant Yardımı Proqramı əsasında Yaponiya ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq çərçivəsində Masallı rayonunun Qodman kəndində inşa edilən həkim məntəqəsinin açlışı mərasimi keçirilib.
    Yeniheyet.az xəbər verir ki, mərasimdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, Yaponiyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Vada Cüniçi, səfirin birinci katibi Morii Satoşi, “Ot Kökləri və İnsan Təhlükəsizliyi” layihəsi üzrə məsləhətçilər Haşimoto Takuma, Zakir Əliyev, Masallı RİHB-nın müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova, şöbənin baş məsləhətçisi Nigar Kərimova, Masallı Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Rasim Əzizov, layihəni icra edən – “Konstitusiya” Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev, tərcuməçi Günel Mirzəyeva və kənd sakinləri iştirak ediblər.
    Rayon rəhbəri Şahin Məmmədov kənd sakinlərini yeni həkim məntəqəsinin açılışı münasibətilə təbrik edib, əhaliyə yüksək səhiyyə xidməti göstəriləcəyini vurğulayıb.
    Yaponiyanın ölkəmizdəki səfiri Vada Cüniçi çıxışında qeyd edib ki, Yaponiya hökuməti bundan sonra da Azərbaycanın müxtəlif bölgələrinin əhalisinin ehtiyaclarına cavab verərək, əhalinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində öz töhfəsini verməyə davam edəcək.
    Ərazidə həkim məntəqəsinə böyük ehtiyac olduğunu nəzərə alıb yeni həkim məntəqəsinin inşası üçün “Konstitusiya” Araşdırmaları Fondu qrant yardımı üçün Yaponiya hökumətinə müraciət edib və müsbət cavab alıb.
    Qodman kənd həkim məntəqəsi 7 otaqdan (stomotoloji, peyvənd, pediatriya, ginekoloji, müalicə otaqları, anbar, sanitar qovşağı) ibarətdir.
    Layihədən Qodman kəndi ərazisinin 2800 nəfər əhalisi, o cümlədən ərazinin Əzizabad və Məmmədrzaküçə kəndinin sakinləri də bəhrələnəcək.
    Qeyd edək ki, açılış mərasimindən əvvəl Masallı RİH başçısı Şahin Məmmədov Yaponiyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Vada Cüniçini və qonaqları rayon icra hakimiyyətinin inzibati binasında qəbul edərək, çay süfrəsi ətrafında söhbət ediblər.
    Qonaqlar Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsinə ucaldılmış “Qəhrəmanlar parkı, Şəhidlər abidə-kompleksi” abidəsini ziyarət ediblər.

    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 18:43 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 15-31 iyul 2025-ci il
    2. 18:41 Masallının yollarında təmir işləri davam etdirilir 15-31 iyul 2025
    3. 18:38 Masallıda 15-31 iyul 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    4. 18:09 Masallıda abadlıq və xeyriyyə işləri 15-31 iyul 2025
    5. 11:43 Rayonun Kolatan-Xanalıyan avtomobil yolu bərpa edilir
    6. 11:24 Masallıda rayon rəhbərinin şəhidlərə diqqəti 30.07.2025
    7. 11:22 Masallıda rayon rəhbərinin 31 iyul 2025-ci il tarixli vətəndaş qəbulu
    8. 16:37 Dil - insanları birləşdirən ünsiyyət vasitəsidir
    9. 15:46 Masallı DAİM-də dəyirmi masa
    10. 16:17 Masallıda kartofçuluq və taxılçılıqla bağlı müşavirə
    11. 17:53 Rayonun Çayqıraq kəndinin yolu təmir edilir
    12. 17:50 Masallıda şəhid Sübhan Həsənovun doğum günü anılıb
    13. 15:28 Masallıda rayon rəhbərinin şəhid ailələri ilə növbəti görüşü-25.07.2025
    14. 13:37 Masallıda 2025-cü ilin avqust ayına olan səyyar-görüş qəbulları barədə
    15. 17:30 Masallıda “II Regional Gənclər Festivalı” keçirilmişdir
    16. 10:45 Masallıda rayon rəhbərinin 24 iyul 2025-ci il tarixli vətəndaş qəbulu
    17. 19:34 Prezident İlham Əliyevin 3-cü Beynəlxalq Media Forumundakı Çıxışı: Yeni Reallıqlar və Qlobal Media Perspektivi
    18. 16:35 III  Şuşa Qlobal Media Forumu təkcə regional deyil, eyni zamanda, beynəlxalq əhəmiyyət daşıyan bir platforma kimi çıxış etdi
    19. 15:10 Masallının Yeyənkənd kəndində 23 iyul 2025-ci il tarixdə səyyar qəbul
    20. 15:05 Masallının Yeyənkənd ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 23.07.2025
    21. 11:05 III Şuşa Qlobal Media Forumu Qlobal baxışların kəsişdiyi strateji platformadır
    22. 23:30 Azərbaycan sağlam əməkdaşlığa hər zaman açıq olub
    23. 15:10 Masallıda 2025-ci ildə kartof məhsuldarlığı
    24. 14:36 Milli Mətbuat Günü ilə bağlı dəyirmi masa - MASALLIDA
    25. 13:58 Masallıda “Maariflənmə, müasirləşmə, ümummilli məqsədlərin təbliğində milli mətbuat və jurnalistikanın rolu” mövzusunda tədbir
    26. 12:03 Azərbaycan milli mətbuatının 150 illik yubileyidir
    27. 23:00 Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumunda çıxış etmişdir
    28. 17:30 Azərbaycan milli mətbuatının 150 illik yolu
    29. 23:30 22 İyul Milli Mətbuat Günü ilə əlaqədar
    30. 23:30 22 iyul Milli Mətbuat günü
    31. 10:06 Qəzet dövlət arxivi, dövlətçilik tarixidir
    32. 23:00 22 iyul Milli Mətbuat Günü 
    33. 16:16 AZƏRBAYCAN MƏTBUATI TARİXƏ İZ SALIB
    34. 15:48 Sığdaş kəndində əhalinin içməli su ilə təminatı yaxşılaşdırılır
    35. 14:18 Masallıda Mənzil Kommunal Təsərrüfatı İstehsalat birliyi tərəfindən genişmiqyaslı abadlıq işləri 
    36. 11:06 Azərbaycan mətbuatı – 150
    37. 09:05 Azərbaycan Milli mətbuatının davamlı inkişafı
    38. 18:19 150 yaşlı milli mətbuatımız və biz
    39. 16:47 Boradigah qəsəbəsində çay və suaparıcı kanallarda təmizlik işləri aparılır 
    40. 16:45 Rayonun Xıl-Sirəbil yolu təmir edilir
    «    Avqust 2025    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031
    DÜNYA XƏBƏRLƏRİ