• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallının iki kəndində həkim məntəqəsi istifadəyə verilib

    Masallının iki kəndində həkim məntəqəsi istifadəyə verilib

    Musakücə kəndində həkim məntəqəsi istifadəyə verilib 

    Sentyabrın 21-də Masallı rayonunun Musakücə kəndində müasir səviyyədə yenidən inşa edilən həkim məntəqəsinin açılışı olub.
    Açılış mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, şəhid və qazi ailələri, səhiyyə işçiləri və kənd sakinləri iştirak ediblər.
    Keçən ilin payızından tikintisinə başlanılan, 9 otaqdan ibarət yeni tibb müəssisəsi müasir tibbi ləvazimatlar və avadanlıqla təchiz edilib. Vətəndaşların sağlamlığına xidmət edəcək təzə məntəqədə ilkin tibbi yardım, peyvəndlərin aparılması və tibbi- profilaktiki tədbirlərin həyata keçirilməsi üçün lazımi şərait yaradılıb.Yeni səhiyyə ocağının açılış mərasimində çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov kənd sakinlərini və rayonun səhiyyə işçilərini bu münasibətlə təbrik edib onlara sağlam həyat arzulayıb. RİH başçısı son illərdə rayonda səhiyyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışıb, kənddə yeni tibb ocağının istifadəyə verilməsinin Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin regionlarda səhiyyənin inkişafına göstərdiyi qayğının nəticəsi kimi qiymətləndirib. İcra başçısı bildirib ki, yeni səhiyyə ocağının ərsəyə gəlməsində Milli Məclisin deputatı Məşhur Məmmədovun övladı, Heydər Əliyev Fondunun gənc təmsilçisi Məntiq Məmmədovun xüsusi zəhməti vardır.-Yeni məntəqədə işlər günün tələblərinə cavab verməli, kənddə xüsusən ən ümdə vəzifə sayılan vətəndaşların vətəndaşların peyvəndləmə prosesidir. Ağxalatlılar unutmamalıdırlar ki, peyvəndləmə tez qurtarsa, xəstəmiz də az olacaq. Bu məsul işinizdə sizə uğurlar arzulayıram. Yeni tibb ocağınız mübarək olsun, heç vaxt xəstələnməyəsiniz, — deyə icra başçısı geniş nitqində vətəndaşların bir daha tez bir vaxtda vaksin olunmasını tövsiyə edib.
    Mərasimdə çıxış edən Milli Məclisin deputatı Məşhur Məmmədov, şəhid Fayəddin Xancanovun qardaşı, şəhid F.Xancanov adına Musakücə kənd orta məktəbinin tərbiyə üzrə direktor müavini Rizvan Rzayev, həkim məntəqəsinin baş həkimi Şəbnəm Şükürova və başqaları ölkədə səhiyyənin inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə və səhiyyə işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına göstərilən qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
    Tədbir iştirakçıları müasir tibb avadanlığı ilə təchiz edilmiş həkim məntəqəsinin otaqlarını gəzmiş, burada yaradılan şəraitlə yaxından tanış olmuşlar.



     
    Yeddioymaq kəndində həkim məntəqəsinin açılışı

    Sentyabrın 21-də Masallı rayonunun Yeddioymaq kəndində həkim məntəqəsi üçün inşa edilmiş yeni binanın açılışında çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov qeyd edib ki, yeni, müasir üslubda tikilmiş səhiyyə ocağının istifadyə verilməsində Milli Məclisin deputatı Məşhur Məmmədovun övladı, Heydər Əliyev Fondunun gənc təmsilçisi Məntiq Məmmədovun əməyini qeyd etmək istəyirəm.-Əl tutmaq Əlidən qalıb. Tarix qurub yaradanları əbədi yaşadır. Məşhur müəllimə minnəıtdaram ki, belə xeyirxah övlad tərbiyə edib, böyüdüb. Tibb işçiləri buradakı əhalinin sağlamlığını bundan sonra da qoruyub saxlamalıdır. Yeni həkim məntəqəsində, ağxalatlılara yeni-yeni uğurlar diləyirəm. İnsanlar sizdən razı qalsın, xəstələr az olsun...-deyə icra başçısı bildirib.
    Ş.Məmmədov əsas vacib söhbətini pandemiya üzərində saxlayaraq, Yeddioymaq ərazisində vətəndaşların vaksinləşməsi prosesinin məqbul sayıldığını bildirərək, qalan 400 nəfərə yaxın ərazi vətəndaşlarının vaksinləşməsini ərazi vahidi üzrə nümayəndə, bələdioyyə sədri və digər məsul şəxslərdən tələb edib, vaksin olunmayan kənd sakinlərinin tezliklə vaksin olunmalarını xahiş etmişdir.-Bu çox vacib məsələdir. Peyvənd olunmayan şəxslər daha tez xəstələnir, peyvənd olunanın ölüm riski azalır…-deyə rayon rəhbəri bir daha qeyd edib.
    Milli Məclisin deputatı Məşhur Məmmədov həmkəndlilərinə müraciət edərək, onların və öz adından
    kənd sakinlərinin əhalinin sağlamlığının qorunmasına göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
    Deputat əmin olduğunu bildirib ki, ağxalatlılar bundan sonra da nümunəvi çalışacaq, vətəndaşlara olan tibbi keyfiyyətləri yüksəldəcəklər. Xüsusən indiki ağır pandemiya şəraitində...
    Daha sonra kənd ziyalısı Ramiz Kazımov, Yeddioymaq kənd həkim məntəqəsinin baş həkimi Güloğlan Alışanov və başqaları çıxış edərək sakinləri əlamətdar hadisə münasibətilə təbrik ediblər.
    Çıxış edənlər ölkəmizin bütün regionlarında olduğu kimi, Masallı rayonunda da sosial sahədə, o cümlədən əhalinin sağlamlığının qorunması, səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində görülən işlərdən, həyata keçirilən layihələrdən danışıblar.
    Rayon rəhbəri və tədbir iştirakçıları həkim məntəqəsinin yeni binasında yaradılan şəraitlə yaxından tanış olublar.


     

    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    2. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    3. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    4. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    5. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    6. 12:28 Vətənə xidmətdə keçən ömür
    7. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    8. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    9. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    10. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    11. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    12. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    13. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    14. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    15. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    16. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    17. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    18. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    19. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    20. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    21. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    22. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    23. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    24. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    25. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    26. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    27. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    28. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    29. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    30. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    31. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    32. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    33. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    34. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    35. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    36. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    37. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    38. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    39. 11:15 DİQQƏT! DİQQƏT!
    40. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ