Главная > Səhiyyə > Oynaq xəstəliklərinin profilaktikası üçün qidalanma

Oynaq xəstəliklərinin profilaktikası üçün qidalanma


21-12-2017, 16:51. Разместил: yeni321
 
Oynaq xəstəliklərinin profilaktikası üçün qidalanma

Son vaxtlar oynaq xəstəlikləri ən aktual problemlərdən birinə çevrilib. Təsadüfi deyildir ki, duzlaşma ilə əlaqədar kifayət qədər çoxlu müraciət və şikayətlər olur.
Paytaxtdakı 23 nömrəli poliklinikanın həkim-terapevti Aynurə Fərmanova xəstəliklə əlaqədar AZƏRTAC-ın müxbirinə deyib: "Hər bir orqan kimi oynaqların da normal fəaliyyəti üçün xüsusi qida maddələrinə ehtiyacı var, onlara kollagen və mikroelementlər aiddir. Kollagen qığırdaq, vətər, əzələ və dərinin elastikliyini təmin edən mürəkkəb quruluşlu zülaldır. Orqanizmdə sintez olunsa da, fizioloji olaraq 25 yaşdan sonra kollagenin sintezi azalır. Oynaqların kollagen tələbatını ödəmək üçün qida rasionu hindquşu və mal əti, yağsız balıq növləri və kəsmik, həmçinin yaşıl tərəvəzlərdə- kahı, kələm, xiyar, müxtəlif göyərtilər, kök və balqabaqla zəngin olmalıdır. C vitamini ilə zəngin meyvə-tərəvəzlər isə orqanizmdə kollagen sintezini sürətləndirir.
Milli mətbəximizin xörəklərindən kəllə-paça əsl kollagen deposudur. Həftədə bir dəfə onu menyuya daxil etmək oynaq xəstəliklərinin profilaktikası üçün əhəmiyyətli rol oynayır.
Qan təzyiqi yüksək olanlar dərisi soyulmuş hindquşu və yağsız mal ətini vam ocaqda mətləşənə qədər duzsuz bişirib onun bulyonuna dəfnə yarpağı, duz və istiot əlavə edib yeməklə kollagen ehtiyatını yüksəltmək olar”.
Oynaq xəstəliklərinin müalicəsi qidalanma ilə yanaşı aparılmalı olduğunu söyləyən həkim daha sonra söyləyib: ”Xəstəliyin profilaktikası üçün hərəkətli həyat tərzi keçirmək, gün ərzində orqanizmi, oynaqları şlaklardan təmizləmək üçün 2 litr təmiz su içmək, rejimlə az-az və tez-tez qidalanmaq, çoxkalorili şirniyyat məhsullarından az istifadə etmək və qida rasionuna kollagen, mikroelementlər və vitaminlərlə zəngin qida məhsulları əlavə etmək vacibdir.
Oynaqlardan şlak məhsullarını təmizləmək üçün faydalı reseptlərdən də istifadə etmək olar.
20-30 dəfnə yarpağı 2 stəkan qaynar suda vam ocaqda 5 dəqiqə qaynadılır. Termosa tökülərək 3-4 saat saxlanılır, alınan dəmləmə 12 saat ərzində hissə-hissə içilir. Resepti 3 gün ərzində təkrarlamaq lazımdır. Bir həftə fasilə verməklə müalicə kursunu bir neçə dəfə təkrarlamaq olar.
Bir neçə dəfə suyu dəyişdirilmiş düyü duzsuz suda bişirilib süzülür, süzülmüş düyüyə yağ və duz əlavə edilmədən səhər yeməyi kimi yeyilir. Orqanizmdən lazımsız maddələrin xaric olunması üçün 3-4 saat sonra qida qəbul etmək olmaz. Həmin rejim 40 gün gözlənilməlidir”.


шаблоны для dle 11.2
Вернуться назад