Главная > Səhiyyə > Azərbaycanda 107 nəfər COVID-19-a yoluxub, 4 nəfər ölüb
Azərbaycanda 107 nəfər COVID-19-a yoluxub, 4 nəfər ölüb21-12-2022, 12:25. Разместил: admin44 |
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 107 yeni yoluxma faktı qeydə alınıb, 65 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan LEQAL.AZ-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 4-ü vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 825 527 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 814 944 nəfər müalicə olunaraq sağalıb, 9 997 nəfər vəfat edib, aktiv xəstə sayı 586 nəfərdir. Ölkədə son sutka ərzində 2 253, hazırkı dövrədək isə 7 410 224 test aparılıb. “Yeni həyat” qəzeti, www.yeniheyet.az Вернуться назад |