Azərbaycanda 107 nəfər COVID-19-a yoluxub, 4 nəfər ölüb
- 21-12-2022, 12:25
- Səhiyyə
- 0
- 364
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 107 yeni yoluxma faktı qeydə alınıb, 65 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan LEQAL.AZ-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 4-ü vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 825 527 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 814 944 nəfər müalicə olunaraq sağalıb, 9 997 nəfər vəfat edib, aktiv xəstə sayı 586 nəfərdir.
Ölkədə son sutka ərzində 2 253, hazırkı dövrədək isə 7 410 224 test aparılıb.
“Yeni həyat” qəzeti,
www.yeniheyet.az