Azərbaycanda daha 3 817 nəfər COVID-19-a yoluxub, 25 nəfər vəfat edib
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3 817 yeni yoluxma faktı qeydə alınıb, 7 541 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 25 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 768 019 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 720 865 nəfər müalicə olunaraq sağalıb, 9 182 nəfər vəfat edib, aktiv xəstə sayı 37 972 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 451, ötən müddət ərzində isə ümumilikdə 6 459 513 test aparılıb.
www.yeniheyet.az