Главная > Siyasət > Masallı RİH başçısının Şərəfə ərazisində səyyar-qəbulu və ərazi nümayəndəliyinin hesabat yığıncağı
Masallı RİH başçısının Şərəfə ərazisində səyyar-qəbulu və ərazi nümayəndəliyinin hesabat yığıncağı24-01-2019, 18:07. Разместил: yeni321 |
Masallı RİH başçısının
Şərəfə ərazisində səyyar-qəbulu və ərazi nümayəndəliyinin hesabat yığıncağı Rifah iş birliyindədir Yanvarın 24-də Masallı Rayon İcra Hakimiyyəti başçısı Rafil Hüseynovun Şərəfə ərazisində səyyar-qəbulu və inzibati ərazi dairəsi üzrə nümayəndəliyin hesabat yığıncağı oldu. “Kəndimiz” şadlıq sayayında keçirilən tədbirdə öncə RİHB-nin Şərəfə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Valeh Seyfullayevin 2018-ci ildə görülmüş işlər və 2019-cu ildə qarşıda duran vəzifələr barədə hesabat məruzəsi dinlənildi. O, bildirdi ki, ərazi dairəsi Şərəfə və Ağakişibəyli kəndlərini əhatə edir, ərazisi 1147 hektar, əhalinin sayı 4447 nəfər, təsərrüfatların sayı 1506 olmaqla 1027 yaşayış evi vardır. 2014-cü ilin mayında yeni binaya köçürülmüş Şərəfə kənd həkim məntəqəsində 16 həkim və tibb bacısı çalışır. Ötən il tibb ocağı tərəfindən 350 uşaq peyvənd olunub. 3 qrupdan ibarət fəaliyyət göstərən uşaq bağçasında uşaqların təlim-tərbiyəsilə 15 işçi məşğul olur. Ərazidə 1 mədəniyyət evi,1 kitabxana fəaliyyət göstərir. Mədəniyyət evində fəaliyyət göstərən “Həcər” halay ansamblı nəinki rayonumuzda o, cümlədən respublikada tanınıb. Ərazidə 970 elektrik enerjisi, 810 qaz abanenti, 350 internet istifadəçisi var. Şərəfə bələdiyyəsi və rayon elektrik şəbəkəsi tərəfindən bir neçə elektrik dirəyi dəyişdirilsə də, bu sahədə çatışmazlıqlar var. Hazırda sakinlər 285 hektarda buğda, 2 hektar arpa, 2,5 hektar sarımsaq, 24 hektar çiyələk, 40 hektar vələmir, 15 hektar yonca əkiblər. Ötən il 1,5 hektar tütün əkilib. 2450 kiloqram qurudulmuş tütün məhsulu, iki qutu baramadan 72kiloqram məhsul istehsal olunaraq təhvil verilib. Əhalinin xüsusi mülkiyyətində 1448 baş iri, 2610 baş xırda buynuzlu mal-qara var. Ərazidə 5 maldarlıq ferması fəaliyyət göstərir. Bundan başqa 1 süd qəbulu məntəqəsi var. 8 mağaza, 2 şadlıq sarayı, 3 çayxana, 4 məişət obyekti əhaliyə xidmət göstərir. 12 hektar sahədə sahibkar tərəfindən pamidor istixanası tikilib, orada kənd sakinlərindən və qonşu kəndlərdən olan vətəndaşların bir qrupu işlə təmin olunub. 24 hektarda çiyələk əkilib ki, bu da ilboyu 150 nəfərin daimi işləməsinə şərait yaradır. Məzunların vəsaiti hesabına orta məktəbin ön hissəsinə -100 kvadratmetr sahəyə plitə döşənib, giriş qapısına mərhum Qəhrəman İsmayılovun xatirə lövhəsi vurulub. Ərazidə içməli su xətti çəkilərək kəndin müxtəlif yerlərində 72 su kranı qoyulub. Şərəfə və Agakişibəyli kəndlərinin mərkəzindən keçən 4,3 kilometr su kanalı təmizlənib. Şərəfə kənd tam orta məktəbinin və uşaq bağçasının binaları, kəndin mərkəzindən keçən asfalt yol təmir olunub, 7,2 kilometr kəndarası yollara çınqıl döşənib. Ərazidə 650 ədəd tut ağacı əkilib, 450 ağac əkilərək dəmir məftillə çəpərə salınıb. Uşaq bağçasının təmiri, məktəbin istilik sisteminin bərpası, vaxtı keçmiş elektrik dirəklərinin yenilərilə əvəzlənməsi, yeni salınmış məhəllələrə təbii qazın çəkilməsi görəcəyimiz işlər sırasındadır. Ərazi nümayəndəsinin müavini Elşən Ağababayev şikayət və ərizələr, o cümlədən müraciətlərə baxılması vəziyyəti barədə məlumat verdi. Hesabat yığıncağından sonra RİH başçısı Rafil Hüseynov sakinləri onları narahat edən məsələlər barədə müraciət etməyə çağırdı. Ağsaqqallar Aşur Hüseynov, Zakir Əsgərov, veteran-müəllimlər Əşrəf Mövsümov, Ağa Kərimov, Qabil Məmmədov, kənd məscidinin axundu Hacı Sərdar Ağababayev, müəllim Xankişi Xankişiyev, fermer Rafət Abbasov, sakin Taleh Yusubov ölkədə, rayonda, eləcə də ərazidə görülən abadlıq-quruculuq işlərini, bütün sahələr üzrə həyata keçirilən layihələrin uğurlu nəticələrini sadalayaraq təqdir etdilər, respublika Prezidentinə, rayon rəhbərinə minnətdarlıqlarını bildirdilər. Sakinlər təzə məhəlləyə qaz çəkilməsi, kəndin mərkəzi yolunun təmiri, su kanallarının təmizlənməsi, 20121-ci ildə 100 illiyi qeyd ediləcək Şərəfə məktəbinin əsaslı təmiri və s. barədə müraciətlərini səsləndirdilər. Sevinc Cəfərova qaz sızması nəticəsində yanmış evinin təmirinə, Yusif Əliyev və Ofeliya Cəfərova isə sosial müavinətlə bağlı kömək göstərilməsini xahiş etdilər. Sakinlərin müraciətlərini dinləyən rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov dedi: — Bu ərazidə ərazi nümayəndəsi və bələdiyyənin əlbir işləməsinin nəticəsidir ki, fəaliyyətləri qənaətbəxşdir. Hər bir problemin həlli aidiyyəti təşkilatlar üzrə həllini tapmalıdır. Torpağın infrastrukturu yaradılmırsa o ərazi üzrə sosial, eləcə də digər məsələlərin icrasında çətinliklər yaranır. Masallıda qazlaşma prosesi 97 faiz həllini tapıb. Qalmış 12 kəndə isə bu il qaz çəkiləcək. İllər boyu bu ərazilərə su xətti çəkilməyib. Ümumiyyətlə rayonda mərkəzləşmiş su sistemi mövcud olmayıb. Muğanda bu problem artıq həllini tapmaqdadır. 42 kəndi əhatə edən layihə reallaşır. Bir neçə kənd içməli su ilə təmin olunub, kanalizasiya xətləri çəkilib. 62 kəndarası yollar çınqıllanıb. Rayon üzrə 85 faiz kənd yolları asfaltlanıb. Yaxın zamanda Alvadı-Güllütəpə yolu asfaltlanacaq. Göytəpə-Təzəkənd yol ətrafı bütün ərazilərdən keçən yolların əsaslı təmiri nəzərdə tutulub. Şərəfə kənd məktəbinin əsaslı təmirilə bağlı əlaqədar təşkilatlara artıq müraciət olunub. Rayonun digər nümunəvi əraziləri kimi bələdiyyənin təşkilatçılığı ilə imkanlı, nüfuzlu adamların köməyindən istifadə etməklə çox iş görmək olar. Ağsaqqalların, veteran-müəllimlərin, yaşlı təsərrüfatçıların, ümumiyyətlə bütün sahələr üzrə qabaqcıl işçilərin təcrübəsindən yararlanmaq, eyni zamanda onlara qayğı göstərmək lazımdır. Heç kəs diqqətdən kənarda qalmamalıdır. Gəlir gətirən əkin növləri ilə məşğulluq kəndçinin rifah halının yaxşılaşmasına xidmət edir. Kollektiv təsərrüfatlarda birləşmək faydalıdır. Sonda rayon rəhbəri Rafil Hüseynov erkən nikahların qarşısının alınması, təhsillə bağlı tövsiyələrini, qaldırılan məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə tapşırıqlarını verdi. Akif AĞAYEV, “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |