• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallı RİH başçısının Şərəfə ərazisində səyyar-qəbulu və ərazi nümayəndəliyinin hesabat yığıncağı

    Masallı RİH başçısının Şərəfə ərazisində səyyar-qəbulu və ərazi nümayəndəliyinin hesabat yığıncağı

    Masallı RİH başçısının Şərəfə ərazisində səyyar-qəbulu və ərazi nümayəndəliyinin hesabat yığıncağı
     
    Rifah iş birliyindədir

    Yanvarın 24-də Masallı Rayon İcra Hakimiyyəti başçısı Rafil Hüseynovun Şərəfə ərazisində səyyar-qəbulu və inzibati ərazi dairəsi üzrə nümayəndəliyin hesabat yığıncağı oldu.
    “Kəndimiz” şadlıq sayayında keçirilən tədbirdə öncə RİHB-nin Şərəfə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Valeh Seyfullayevin 2018-ci ildə görülmüş işlər və 2019-cu ildə qarşıda duran vəzifələr barədə hesabat məruzəsi dinlənildi. O, bildirdi ki, ərazi dairəsi Şərəfə və Ağakişibəyli kəndlərini əhatə edir, ərazisi 1147 hektar, əhalinin sayı 4447 nəfər, təsərrüfatların sayı 1506 olmaqla 1027 yaşayış  evi  vardır.
    2014-cü ilin mayında yeni binaya köçürülmüş Şərəfə kənd həkim məntəqəsində 16 həkim və tibb bacısı çalışır. Ötən il tibb ocağı tərəfindən 350 uşaq peyvənd olunub. 3 qrupdan ibarət fəaliyyət göstərən uşaq bağçasında uşaqların təlim-tərbiyəsilə 15 işçi məşğul olur. Ərazidə 1 mədəniyyət evi,1 kitabxana  fəaliyyət göstərir. Mədəniyyət evində fəaliyyət göstərən “Həcər” halay ansamblı nəinki rayonumuzda o, cümlədən respublikada tanınıb.
    Ərazidə 970 elektrik enerjisi, 810 qaz abanenti, 350 internet istifadəçisi var. Şərəfə bələdiyyəsi və rayon elektrik şəbəkəsi tərəfindən bir neçə elektrik dirəyi dəyişdirilsə də, bu sahədə çatışmazlıqlar var.
    Hazırda sakinlər 285 hektarda buğda, 2 hektar arpa, 2,5 hektar sarımsaq, 24 hektar çiyələk, 40 hektar vələmir, 15 hektar yonca əkiblər. Ötən il 1,5 hektar tütün əkilib. 2450 kiloqram qurudulmuş tütün məhsulu, iki qutu baramadan 72kiloqram məhsul istehsal olunaraq təhvil verilib.
    Əhalinin xüsusi mülkiyyətində 1448 baş iri, 2610 baş xırda buynuzlu mal-qara var. Ərazidə 5 maldarlıq ferması fəaliyyət göstərir. Bundan başqa 1 süd qəbulu məntəqəsi var. 8 mağaza, 2 şadlıq sarayı, 3 çayxana, 4 məişət obyekti əhaliyə xidmət göstərir. 12 hektar sahədə sahibkar tərəfindən pamidor istixanası tikilib, orada kənd sakinlərindən və qonşu kəndlərdən olan vətəndaşların bir qrupu işlə təmin olunub. 24 hektarda çiyələk əkilib ki, bu da ilboyu 150 nəfərin daimi işləməsinə şərait yaradır. 
    Məzunların vəsaiti hesabına orta məktəbin ön hissəsinə -100 kvadratmetr sahəyə plitə döşənib, giriş qapısına mərhum Qəhrəman İsmayılovun xatirə lövhəsi vurulub.
    Ərazidə içməli su xətti çəkilərək kəndin müxtəlif yerlərində 72 su kranı qoyulub. Şərəfə və Agakişibəyli kəndlərinin mərkəzindən keçən 4,3 kilometr su kanalı təmizlənib.
    Şərəfə kənd tam orta məktəbinin və uşaq bağçasının binaları, kəndin mərkəzindən keçən asfalt yol təmir olunub, 7,2 kilometr kəndarası yollara çınqıl döşənib. Ərazidə 650 ədəd tut ağacı əkilib, 450 ağac əkilərək dəmir məftillə çəpərə salınıb.
    Uşaq bağçasının təmiri, məktəbin istilik sisteminin bərpası, vaxtı keçmiş elektrik dirəklərinin yenilərilə əvəzlənməsi, yeni salınmış məhəllələrə təbii qazın çəkilməsi görəcəyimiz işlər sırasındadır.  
    Ərazi nümayəndəsinin müavini Elşən Ağababayev şikayət və ərizələr, o cümlədən müraciətlərə baxılması vəziyyəti barədə məlumat verdi.
    Hesabat yığıncağından sonra RİH başçısı Rafil Hüseynov sakinləri onları narahat edən məsələlər barədə müraciət etməyə çağırdı.
    Ağsaqqallar Aşur Hüseynov, Zakir Əsgərov, veteran-müəllimlər Əşrəf Mövsümov, Ağa Kərimov, Qabil Məmmədov, kənd məscidinin axundu Hacı Sərdar Ağababayev, müəllim Xankişi Xankişiyev, fermer Rafət Abbasov, sakin Taleh Yusubov ölkədə, rayonda, eləcə də ərazidə görülən abadlıq-quruculuq işlərini, bütün sahələr üzrə həyata keçirilən layihələrin uğurlu nəticələrini sadalayaraq təqdir etdilər, respublika Prezidentinə, rayon rəhbərinə minnətdarlıqlarını bildirdilər. Sakinlər təzə məhəlləyə qaz çəkilməsi, kəndin mərkəzi yolunun təmiri, su kanallarının təmizlənməsi, 20121-ci ildə 100 illiyi qeyd ediləcək Şərəfə məktəbinin əsaslı təmiri və s. barədə müraciətlərini səsləndirdilər. Sevinc Cəfərova qaz sızması nəticəsində yanmış evinin təmirinə, Yusif Əliyev və Ofeliya Cəfərova isə sosial müavinətlə bağlı kömək göstərilməsini xahiş etdilər.
    Sakinlərin müraciətlərini dinləyən rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov dedi:
    — Bu ərazidə ərazi nümayəndəsi və bələdiyyənin əlbir işləməsinin nəticəsidir ki, fəaliyyətləri qənaətbəxşdir.
    Hər bir problemin həlli aidiyyəti təşkilatlar üzrə həllini tapmalıdır. Torpağın infrastrukturu yaradılmırsa o ərazi üzrə sosial, eləcə də digər məsələlərin icrasında çətinliklər yaranır.
    Masallıda qazlaşma prosesi 97 faiz həllini tapıb. Qalmış 12 kəndə isə bu il qaz çəkiləcək.
    İllər boyu bu ərazilərə su xətti çəkilməyib. Ümumiyyətlə rayonda mərkəzləşmiş su sistemi mövcud olmayıb. Muğanda bu problem artıq həllini tapmaqdadır. 42 kəndi əhatə edən layihə reallaşır. Bir neçə kənd içməli su ilə təmin olunub, kanalizasiya xətləri çəkilib.
    62 kəndarası yollar çınqıllanıb. Rayon üzrə 85 faiz kənd yolları asfaltlanıb. Yaxın zamanda Alvadı-Güllütəpə yolu asfaltlanacaq. Göytəpə-Təzəkənd yol ətrafı bütün ərazilərdən keçən yolların əsaslı təmiri nəzərdə tutulub.
    Şərəfə kənd məktəbinin əsaslı təmirilə bağlı əlaqədar təşkilatlara artıq müraciət olunub.
    Rayonun digər nümunəvi əraziləri kimi bələdiyyənin təşkilatçılığı ilə imkanlı, nüfuzlu adamların köməyindən istifadə etməklə çox iş görmək olar. Ağsaqqalların, veteran-müəllimlərin, yaşlı təsərrüfatçıların, ümumiyyətlə bütün sahələr üzrə qabaqcıl işçilərin təcrübəsindən yararlanmaq, eyni zamanda onlara qayğı göstərmək lazımdır. Heç kəs diqqətdən kənarda qalmamalıdır.
    Gəlir gətirən əkin növləri ilə məşğulluq kəndçinin rifah halının yaxşılaşmasına xidmət edir. Kollektiv təsərrüfatlarda birləşmək faydalıdır.          
    Sonda rayon rəhbəri Rafil Hüseynov erkən nikahların qarşısının alınması, təhsillə bağlı tövsiyələrini, qaldırılan məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə tapşırıqlarını verdi.

    Akif AĞAYEV,
    “Yeni həyat”,
    www.yeniheyet.az шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:55 Azərbaycan Prezidentinə yazırlar
    2. 16:53 Azərbaycan Prezidentinə yazırlar
    3. 16:52 Azərbaycan Prezidentinə yazırlar
    4. 16:49 Azərbaycan Prezidentinə yazırlar
    5. 16:47 Azərbaycan Prezidentinə yazırlar
    6. 16:45 Azərbaycan Prezidentinə yazırlar
    7. 15:46 Ömrünü Masallının inkişafına həsr edən ata və oğulun  qısa, maraqlı tarixçəsi
    8. 15:36 Masallıda rayon rəhbərinin 18 sentyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    9. 10:38 Antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdi
    10. 10:34 30 İLDƏN SONRA YARANMIŞ  AĞDƏRƏ RAYONU
    11. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    12. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    13. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    14. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    15. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    16. 12:28 Vətənə xidmətdə keçən ömür
    17. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    18. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    19. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    20. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    21. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    22. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    23. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    24. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    25. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    26. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    27. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    28. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    29. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    30. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    31. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    32. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    33. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    34. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    35. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    36. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    37. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    38. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    39. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    40. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ