Главная > Siyasət > “Yurdu dağılacaq yurd dağıdanın”
“Yurdu dağılacaq yurd dağıdanın”25-02-2019, 15:17. Разместил: yeni321 |
![]() Masallı Dövlət Regional Kollecində anım tədbiri “Yurdu dağılacaq yurd dağıdanın” Xocalı soyqırımının 27-ci illiyilə bağlı təsdiq edilən tədbirlər planına uyğun olaraq Masallı rayonunda silsilə tədbirlər keçirilməkdə davam edir. Fevralın 25-də Masallı Dövlət Regional Kollecində faciə qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə YAP rayon təşkilatının məsul işçiləri, kollecin müəllim və tələbə heyəti, ziyalılar, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər. Anım tədbirində soyqırım qurbanları və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. ![]() Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev soyqırımla bağlı həqiqətlərin dünyada tanıdılması üçün görülməsi vacib olan işlər barədə, o cümlədən soydaşlarımızın, xüsusilə gənclərin “Xocalıya ədalət!” adlı beynəlxalq informasiya kampaniyasında fəal iştirakının vacibliyindən danışıb. ![]() O, vurğulayıb ki, Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasətin nəticəsində artıq 14 dövlətin – Pakistan, Meksika, Kolumbiya, Sudan, Peru, İordaniya, Honduras, Panama, Rumıniya, Cibuti, Çex Respublikası, Bosniya və Herseqovina, Qvatemala və Şotlandiyanın qanunverici orqanları və ABŞ-ın 22 ştatı Xocalı soyqırımını rəsmi qaydada tanıyıb. S.Əliyev ümumilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra Xocalı hadisələrinə hüquqi-siyasi qiymətin verilməsini təmin etdiyini bildirib, ölkə Prezidenti cənab İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində tutduğu prinsipial və vətənpərvər mövqeyindən bəhs edib. ![]() Daha sonra faciə qurbanları tələbələrin ifasında “Yurdu dağılacaq yurd dağıdanın” ədəbi-bədii kompozisiya ilə anılmışdır. ![]() Sonda tədbir iştirakçıları möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək işğal altında olan torpaqlarımızın düşmən tapdağından azad olunması naminə həmrəyliyin, birliyin vacibliyini ifadə ediblər. Nümayiş olunan kompozisiya haqqında yüksək fikirlər səsləndirilib, kollektiv üzvlərinə Fəxri fərmanlar təqdim edilib. ![]() ![]() ![]() ![]() ![]() ![]() Akif AĞAYEV, “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |