• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » “Yurdu dağılacaq yurd dağıdanın”

    “Yurdu dağılacaq yurd dağıdanın”

     
    Masallı Dövlət Regional Kollecində anım tədbiri 
     
    “Yurdu dağılacaq yurd dağıdanın” 

    Xocalı soyqırımının 27-ci illiyilə bağlı təsdiq edilən tədbirlər planına uyğun olaraq Masallı rayonunda silsilə tədbirlər keçirilməkdə davam edir.
    Fevralın 25-də Masallı Dövlət Regional Kollecində faciə qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.
    Tədbirdə YAP rayon təşkilatının məsul işçiləri, kollecin müəllim və tələbə heyəti, ziyalılar, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.
    Anım tədbirində soyqırım qurbanları və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Kollecin direktoru Vidadi Nəzərov qan yaddaşımız olan Xocalı faciəsinin, ermənilərin xalqımıza qarşı törətdikləri vəhşiliklərin bəşəri cinayət olduğunu, Ermənistan hakimiyyətinin və dövlətinin tarix və beynəlxalq qanunlar qarşısında cavab verəcəkləri günün yaxında olduğunu bildirib.
    Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev soyqırımla bağlı həqiqətlərin dünyada tanıdılması üçün görülməsi vacib olan işlər barədə, o cümlədən soydaşlarımızın, xüsusilə gənclərin “Xocalıya ədalət!” adlı beynəlxalq informasiya kampaniyasında fəal iştirakının vacibliyindən danışıb.

    O, vurğulayıb ki, Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasətin nəticəsində artıq 14 dövlətin – Pakistan, Meksika, Kolumbiya, Sudan, Peru, İordaniya, Honduras, Panama, Rumıniya, Cibuti, Çex Respublikası, Bosniya və Herseqovina, Qvatemala və Şotlandiyanın qanunverici orqanları və ABŞ-ın 22 ştatı Xocalı soyqırımını rəsmi qaydada tanıyıb.
    S.Əliyev ümumilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra Xocalı hadisələrinə hüquqi-siyasi qiymətin verilməsini təmin etdiyini bildirib, ölkə Prezidenti cənab İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində tutduğu prinsipial və vətənpərvər mövqeyindən bəhs edib.
    Rayon gənclər və idman idarəsinin rəisi Camal Manafov bildirib ki, 1992-ci ilin 26 fevral tarixində Xocalıda baş vermiş qırğın erməni millətçi-şovinistlərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı apardıqları işğalçılıq, etnik təmizləmə və soyqırımı siyasətinin davamı idi.
    Daha sonra faciə qurbanları tələbələrin ifasında “Yurdu dağılacaq yurd dağıdanın” ədəbi-bədii kompozisiya ilə anılmışdır.
    Masallı Dövlət Regional Kollecinin müəllimi Cəmaləddin Əliyevin quruluş verdiyi tamaşada tələbələr Humay Əliyeva, Dilruba Dadaşova, Səbinə Xəlilova, Savalan İmanov, Asiman Fitatlı, Miranə Əliyeva, balaca Nuray, Gülşən və başqaları çıxış ediblər.
    Sonda tədbir iştirakçıları möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək işğal altında olan torpaqlarımızın düşmən tapdağından azad olunması naminə həmrəyliyin, birliyin vacibliyini ifadə ediblər.
    Nümayiş olunan kompozisiya haqqında yüksək fikirlər səsləndirilib, kollektiv üzvlərinə Fəxri fərmanlar təqdim edilib.

     
    Akif AĞAYEV,
    “Yeni həyat”,
     
    www.yeniheyet.az шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 10:38 Antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdi
    2. 10:34 30 İLDƏN SONRA YARANMIŞ  AĞDƏRƏ RAYONU
    3. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    4. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    5. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    6. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    7. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    8. 12:28 Vətənə xidmətdə keçən ömür
    9. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    10. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    11. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    12. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    13. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    14. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    15. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    16. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    17. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    18. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    19. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    20. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    21. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    22. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    23. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    24. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    25. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    26. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    27. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    28. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    29. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    30. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    31. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    32. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    33. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    34. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    35. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    36. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    37. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    38. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    39. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    40. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ