Главная > Siyasət > Milli Qəhrəmanın anım günü keçirilib
Milli Qəhrəmanın anım günü keçirilib25-11-2017, 19:57. Разместил: yeni321 |
![]() Milli Qəhrəmanın anım günü keçirilib Cəbhə bölgəsində ![]() Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, iştirakçılar əvvəlcə Milli Qəhrəmanlar Qasım Rzayev, Naiq Yusifov və Çingiz Qurbanovun xatirəsinə hərbi hissənin ərazisində ucaldılan abidənin önünə əklil qoyublar. ![]() Tədbirdə çıxış edənlər Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun həyatı və döyüş yolu barədə ətraflı məlumat verib, onun fədakarlığının şəxsi heyət üçün nümunə olduğunu diqqətə çatdırıblar. Çıxışlarda vurğulanıb ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən Çingiz kimi igidlərin vətənpərvərliyi torpaqlarımızın tezliklə işğaldan azad olunacağını deməyə əsas verir. Mərasim Gəncə Qarnizonu Zabitlər Evinin təşəbbüsü ilə hazırlanan və Çingiz Qurbanova həsr olunan filmin nümayişi ilə davam edib. Вернуться назад |