Главная > Siyasət > Masallı RİH başçısının Miyənkü ərazisində səyyar görüş-qəbulu
Masallı RİH başçısının Miyənkü ərazisində səyyar görüş-qəbulu17-03-2019, 14:49. Разместил: yeni321 |
Masallı RİH başçısının Miyənkü ərazisində səyyar görüş-qəbulu İnkişafa hamı çiyin verməlidir Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun Miyanküdə səyyar görüş-qəbulu kənd ərazi nümayəndəliyinin iclas zalında keçirildi. Rayon rəhbəri təklif və müraciətlər üçün sözü görüşə gələnlərə verdi. Kənd sakini Həzi Aslanov telefonunun işləməməsi barədə müraciət etdi. Cənab R.Hüseynov məsələyə aydınlıq gətirib dedi ki, rayonda 53 ATS yenilənməlidir ki, hələlik bunun 5-6-sı hazırdır. RİH başçısı müraciətin həlli üçün dərhal tapşırıq verdi. Fərman Nəzərov Nəzərobaya qaz çəkilməsi, Faiq Nəzərov Miyankü-Kubin kəndləri arasındakı körpünün qəzalı olması, Ağarza Kərimov və Məmməd Xamıyev qaz sayğaclarının surğucunun qırılması, Mirzərza Nemətov və Xudaverdi Ağayev işığın zəif yanması, dirəklərin nasazlığı, Aftandil Aslanov və Şahmurad Zamanov sosial yardım ala bilməməsi, Mais Babayev həyətyanı torpağın sənədləşməsində çətinliyin olması barədə müraciət etdilər. Təklif və müraciətləri dinləyən RİH başçısı cənab Rafil Hüseynov bəzi məsələlərə münasibət bildirib dedi: -Masallı qaz çəkilişində ölkədə öndə gedən rayonlardandır. Cəmi 13 yaşayış məntəqəsi qalır. Cənab Prezidentimiz İlham Əliyev bu sahədə Masallıya həmişə qayğı göstərir. Bu il Nəzəroba ilə yanaşı, Rudəkənar və Şıxlar kəndlərinə qaz çəkilməsi planlaşdırılır. Rayon rəhbəri qeyd etdi ki, ölkəmiz müharibə şəraitindədir. Düşmənə qalib gəlmək, sərhədyanı yaşayış məntəqəsini düşməndən qorumaq üçün güclü silahlar gərəkdir. Hərbi xərcləri azaltmaq olmaz. Buna baxmayaraq, ölkə rəhbəri yaxın günlərdə 20 sahədə əhalinin sosial rifahının yüksəlməsi üçün sərəncam imzalamışdır. Bu günlərdə şəhərdə, Ərkivan və Boradigah qəsəbələrində 700 yeni iş yeri yaradılmışdır. Cənab İlham Əliyevin bütün səyləri əhalinin rifahının yüksəlməsinə yönəlib. Dövlətin gücü olmasa düşməni susdurmaq, xalqın həyat səviyyəsini yüksəlməsi mümkün deyil. Bütün bunların həyata keçirilməsi üçün dövlət rəhbərinin siyasi iradə nümayiş etdirir. Kənddə əkin-biçinin olmamasına toxunan cənab Rafil Hüseynov göstərdi ki, hamımız dövlətin iqtisadi gücünün artırılmasına kömək göstərməliyik. Ancaq kəndinizdə torpaq unudulub. Məhsul istehsal edilməsə, dövlətə vergi ödənməsə əlbəttə, çətindir. Su problemi də yaxın vaxtlarda həllini tapacaq. Cənab Prezidentimizin qayğı və diqqəti ilə rayonda 37 bəndin yenidən yaradılmasına başlanıb. Kəndinizdəki bəndlər də bərpa ediləcək. Cənab Rafil Hüseynov torpağa qayıdışla əlaqədar Xırmandalıdakı təsərrüfat işlərini nümunə göstərir. Elektrik təsərrüfatının yenidən qurulması ilə əlaqədar rayon rəhbəri məlumat verib dedi ki. “Azərişıq” rəhbərliyi Masallını nəzarətə götürüb. Yeni transformatorlar qurulacaq, xəttlər müasir texnologiyalar əsasında çəkiləcək. Hazırda SİP kabelləşmə işi sürətlə davam edir. Qəbula gələnlərin diqqətini təhsilə yönəldən rayon rəhbəri qeyd etdi ki, zonada yaxın illərdə turizm inkişaf edəcək. Gələn turistlərin ərzaq məhsuluna ehtiyacı olacaq. Odur ki, torpaqlar əkilməli, məhsul istehsal edilməlidir. Şübhəsiz, xarici turistlərə bələdçilik və xidmət edəcək gənclər ingilis və rus dillərini bilməlidir. Ərazidəki məktəblərdə tədrisin səviyyəsi yüksəlməkdədir. Çalışın bu uğurlar daha çox olsun .Valideynlər övladlarının təhsilinə biganə qalmamalıdırlar. Rayon icra hakimiyyətinin başçısı cənab Rafil Hüseynov sonda kənd sakinlərini Novruz bayramı münasibətilə təbrik edib onlara uzun ömür, firavanlıq, xoşbəxtlik, bahar ovqatı arzuladı. Həsənağa ƏLİYEV, “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |