• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallı RİH başçısının Miyənkü ərazisində səyyar görüş-qəbulu

    Masallı RİH başçısının Miyənkü ərazisində səyyar görüş-qəbulu

    Masallı RİH başçısının Miyənkü ərazisində səyyar görüş-qəbulu 

    İnkişafa hamı çiyin verməlidir
     
    Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun Miyanküdə səyyar görüş-qəbulu kənd ərazi nümayəndəliyinin iclas zalında keçirildi. Rayon rəhbəri təklif və müraciətlər üçün sözü görüşə gələnlərə verdi.
    Kənd sakini Həzi Aslanov telefonunun işləməməsi barədə müraciət etdi. Cənab R.Hüseynov məsələyə aydınlıq gətirib dedi ki, rayonda 53 ATS yenilənməlidir ki, hələlik bunun 5-6-sı hazırdır. RİH başçısı müraciətin həlli üçün dərhal tapşırıq verdi.
    Fərman Nəzərov Nəzərobaya qaz çəkilməsi, Faiq Nəzərov Miyankü-Kubin kəndləri arasındakı körpünün qəzalı olması, Ağarza Kərimov və Məmməd Xamıyev qaz sayğaclarının surğucunun qırılması, Mirzərza Nemətov və Xudaverdi Ağayev işığın zəif yanması, dirəklərin nasazlığı, Aftandil Aslanov və Şahmurad Zamanov sosial yardım ala bilməməsi, Mais Babayev həyətyanı torpağın sənədləşməsində çətinliyin olması barədə müraciət etdilər.
    Təklif və müraciətləri dinləyən RİH başçısı cənab Rafil Hüseynov bəzi məsələlərə münasibət bildirib dedi:
    -Masallı qaz çəkilişində ölkədə öndə gedən rayonlardandır. Cəmi 13 yaşayış məntəqəsi qalır. Cənab Prezidentimiz İlham Əliyev bu sahədə Masallıya həmişə qayğı göstərir. Bu il Nəzəroba ilə yanaşı, Rudəkənar və Şıxlar kəndlərinə qaz çəkilməsi planlaşdırılır.
    Rayon rəhbəri qeyd etdi ki, ölkəmiz müharibə şəraitindədir. Düşmənə qalib gəlmək, sərhədyanı yaşayış məntəqəsini düşməndən qorumaq üçün güclü silahlar gərəkdir. Hərbi xərcləri azaltmaq olmaz. Buna baxmayaraq, ölkə rəhbəri yaxın günlərdə 20 sahədə əhalinin sosial rifahının yüksəlməsi üçün sərəncam imzalamışdır. Bu günlərdə şəhərdə, Ərkivan və Boradigah qəsəbələrində 700 yeni iş yeri yaradılmışdır. Cənab İlham Əliyevin bütün səyləri əhalinin rifahının yüksəlməsinə yönəlib. Dövlətin gücü olmasa düşməni susdurmaq, xalqın həyat səviyyəsini yüksəlməsi mümkün deyil. Bütün bunların həyata keçirilməsi üçün  dövlət rəhbərinin siyasi iradə nümayiş etdirir.
    Kənddə əkin-biçinin olmamasına toxunan cənab Rafil Hüseynov göstərdi ki, hamımız dövlətin iqtisadi gücünün artırılmasına kömək göstərməliyik. Ancaq kəndinizdə torpaq unudulub. Məhsul istehsal edilməsə, dövlətə vergi ödənməsə əlbəttə, çətindir. Su problemi də yaxın vaxtlarda həllini tapacaq. Cənab Prezidentimizin qayğı və diqqəti ilə rayonda 37 bəndin yenidən yaradılmasına başlanıb. Kəndinizdəki bəndlər də bərpa ediləcək. Cənab Rafil Hüseynov torpağa qayıdışla əlaqədar Xırmandalıdakı təsərrüfat işlərini nümunə göstərir.
    Elektrik təsərrüfatının yenidən qurulması ilə əlaqədar rayon rəhbəri məlumat verib dedi ki. “Azərişıq” rəhbərliyi Masallını nəzarətə götürüb. Yeni transformatorlar qurulacaq, xəttlər müasir texnologiyalar əsasında çəkiləcək. Hazırda SİP kabelləşmə işi sürətlə davam edir.
    Qəbula gələnlərin diqqətini təhsilə yönəldən rayon rəhbəri qeyd etdi ki, zonada yaxın illərdə turizm inkişaf edəcək. Gələn turistlərin ərzaq məhsuluna ehtiyacı olacaq. Odur ki, torpaqlar əkilməli, məhsul istehsal edilməlidir. Şübhəsiz, xarici turistlərə bələdçilik və xidmət edəcək gənclər ingilis və rus dillərini bilməlidir. Ərazidəki məktəblərdə tədrisin səviyyəsi yüksəlməkdədir. Çalışın bu uğurlar daha çox olsun .Valideynlər övladlarının təhsilinə biganə qalmamalıdırlar.
    Rayon icra hakimiyyətinin başçısı cənab Rafil Hüseynov sonda kənd sakinlərini Novruz bayramı münasibətilə təbrik edib onlara uzun ömür, firavanlıq, xoşbəxtlik, bahar ovqatı arzuladı.
     Həsənağa ƏLİYEV,
    “Yeni həyat”,
    www.yeniheyet.az шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    2. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    3. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    4. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    5. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    6. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    7. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    8. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    9. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    10. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    11. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    12. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    13. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    14. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    15. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    16. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    17. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    18. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    19. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    20. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    21. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    22. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    23. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    24. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    25. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    26. 11:15 DİQQƏT! DİQQƏT!
    27. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    28. 13:51 Masallı rayonunun 95-ci ili
    29. 13:48 Masallı rayon İcra Hakimiyyəti başçısının təbriki
    30. 17:16 Masallıda rayon rəhbərinin 07 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    31. 17:33 Masallının Şıxlar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 06.08.2025
    32. 17:30 Masallının Şıxlar kəndində 06 avqust 2025-ci il tarixdə səyyar qəbul
    33. 21:47 Elçinə ağı - Xalq yazıçısı Anar yazır
    34. 15:25 MASALLI RAYONUNUN SOSİAL İQTİSADİ İNKİŞAFININ MAKROİQTİSADİ GÖSTƏRİCİLƏRİ AÇIQLANMIŞDIR - STATİSTİKA
    35. 07:36 Boradigah qəsəbəsində şəhid ailəsi üçün təmir edilən evə baxış keçirilib
    36. 07:35 Rayon rəhbəri Boradigah qəsəbəsində görülən işlərlə tanış oldu
    37. 11:53 Ana dilimiz tarixdən gələn səsimizdir
    38. 23:30 Ana dilimiz tarixdən gələn səsimiz, gələcəyə gedən yolumuzdur
    39. 16:27 Rayon rəhbəri xəstəxanada şəhid ailəsini ziyarət etdi-01.08.2025
    40. 23:30 Prezident İlham Əliyev Azərbaycan dili haqqında
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ