Главная > Siyasət > Masallıda Böyük Vətən müharibəsi veteranlarına həmişə qayğı var
Masallıda Böyük Vətən müharibəsi veteranlarına həmişə qayğı var7-05-2019, 19:16. Разместил: yeni321 |
Masallıda Böyük Vətən müharibəsi veteranlarına həmişə qayğı varMayın 7-də Böyük Vətən müharibəsində faşizm üzərində qələbəmizin 74-cü ildönümü ərəfəsində Masallı rayon ictimaiyyətinin nümayəndələri müharibə iştirakçılarına öz evlərində baş çəkdilər. Masallı Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə keçirilən xeyirxah aksiyada icra başçısı Rafil Hüseynov və aparatın məsul işçiləri, rayon Mərkəzi Xəstəxanasının həkimləri, KİV nümayəndələri iştirak etdilər. Görüş zamanı Masallı şəhərindən, IV Sərhəd alayının 2114 nömrəli hərbi hissə tərkibində Ukrayna-Mazdok istiqamətində döyüşmüş Qulamhüseyn Məmmədov, hişkədərəli –416-ci Taqanroq diviziyasının 11-ci motoatıcı polkunda pulemyotçular vzvodunun komandiri Oruc Bədəlov, Xıl kəndindən – 352 və 1654-cü artilleriya-zenit polkunun tərkibində Ukrayna, Stalinqrad, Macarıstan-Budapeşt cəbhələrindən Berlinədək getmiş 98 yaşlı Mürşüd Hüseynov, Viləş kəndindən 96 yaşlı Cənnət Teymurov, Xırmandalıdan –72 nömrəli atıcı polkun tərkibində Brest şəhərinədək döyüş yolu keçmiş Simran Quliyev çay süfrəsi arxasında cəbhə xatirələrindən, ölkə Prezidenti cənab İlham Əliyevin veteranlara qayğısından, ölkə rəhbərinin son aylar sosial siyasət sahəsindəki uğurlarından və indiki xoş güzərandan danışdılar. Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Böyük Vətən müharibəsi iştirakçılarını ayrı-ayrılıqda qarşıdan gələn 9 May - Qələbə Günü münasibətilə təbrik etdi. Bildirdi ki, 1941-1945-ci illərdə azərbaycanlılar faşizm üzərində qələbədə qəhrəmanlıq nümunəsi göstərmişlər. Masallılar da cəbhələrdə hünərlə döyüşüblər. Sizin də qəhrəmanlığınız danışdıqca qurtaran deyil. R.Hüseynov veteranları axıra qədər dinləmiş, onların qayğıları ilə maraqlanmış və lazımi göstərişlərini vermişdir. Qeyd olub ki, bu günlər 74-cü ildönümünü qeyd edəcəyimiz qələbənin qazanılmasında iştirak etmiş qəhrəman veteranlarımıza xalqımızın böyük oğlu Heydər Əliyevin ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdışından sonra lazımi səviyyədə diqqət yetirilməyə başlanılıb. Hər il 9 May – Qələbə Günü ölkədə böyük təntənə ilə qeyd edilir, həlak olmuş soydaşlarımız ehtiramla yad olunur, yaşayanlara yüksək səviyyədə qayğı göstərilir. MƏSQ Masallı Rayon Təşkilatının sədri Məmmədağa Şiriyev, RMX-nın baş həkimi Cəlil Nəzərov və başqaları yaşadıqları evdə onlarla həmsöhbət olub, bəzi tibbi məsləhətlər verdilər. Veteranlar Masallı həkimlərinin işindən razılıq etdilər. Onlar bu qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə hədsiz minnətdarlıq etdilər. Veteranlarla söhbət çay süfrəsi arxasında davam etdi. Xatirə şəkilləri çəkildi. Veteranlara bayram sovqatı verildi. “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |