• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda Böyük Vətən müharibəsi veteranlarına həmişə qayğı var

    Masallıda Böyük Vətən müharibəsi veteranlarına həmişə qayğı var

     

    Masallıda Böyük Vətən müharibəsi veteranlarına həmişə qayğı var

     
    Mayın 7-də Böyük Vətən müharibəsində faşizm üzərində qələbəmizin 74-cü ildönümü ərəfəsində Masallı rayon ictimaiyyətinin nümayəndələri müharibə iştirakçılarına öz evlərində baş çəkdilər.
    Masallı Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə keçirilən xeyirxah aksiyada icra başçısı Rafil Hüseynov və aparatın məsul işçiləri, rayon Mərkəzi Xəstəxanasının həkimləri, KİV nümayəndələri iştirak etdilər.
    Görüş zamanı Masallı şəhərindən, IV Sərhəd alayının 2114 nömrəli hərbi hissə tərkibində Ukrayna-Mazdok istiqamətində döyüşmüş Qulamhüseyn Məmmədov, hişkədərəli –416-ci Taqanroq diviziyasının 11-ci motoatıcı polkunda pulemyotçular vzvodunun komandiri Oruc Bədəlov, Xıl kəndindən – 352 və 1654-cü artilleriya-zenit polkunun tərkibində Ukrayna, Stalinqrad, Macarıstan-Budapeşt cəbhələrindən Berlinədək getmiş 98 yaşlı Mürşüd Hüseynov, Viləş kəndindən 96 yaşlı Cənnət Teymurov, Xırmandalıdan –72 nömrəli atıcı polkun tərkibində Brest şəhərinədək döyüş yolu keçmiş Simran Quliyev çay süfrəsi arxasında cəbhə xatirələrindən, ölkə Prezidenti cənab İlham Əliyevin veteranlara qayğısından, ölkə rəhbərinin son aylar sosial siyasət sahəsindəki uğurlarından və indiki xoş güzərandan danışdılar.
    Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Böyük Vətən müharibəsi iştirakçılarını ayrı-ayrılıqda qarşıdan gələn 9 May - Qələbə Günü münasibətilə təbrik etdi. Bildirdi ki, 1941-1945-ci illərdə azərbaycanlılar faşizm üzərində qələbədə qəhrəmanlıq nümunəsi göstərmişlər. Masallılar da cəbhələrdə hünərlə döyüşüblər. Sizin də qəhrəmanlığınız danışdıqca qurtaran deyil.
    R.Hüseynov veteranları axıra qədər dinləmiş, onların qayğıları ilə maraqlanmış və lazımi göstərişlərini vermişdir.
    Qeyd olub ki, bu günlər 74-cü ildönümünü qeyd edəcəyimiz qələbənin qazanılmasında iştirak etmiş qəhrəman veteranlarımıza xalqımızın böyük oğlu Heydər Əliyevin ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdışından sonra lazımi səviyyədə diqqət yetirilməyə başlanılıb. Hər il 9 May – Qələbə Günü ölkədə böyük təntənə ilə qeyd edilir, həlak olmuş soydaşlarımız ehtiramla yad olunur, yaşayanlara yüksək səviyyədə qayğı göstərilir.
    MƏSQ Masallı Rayon Təşkilatının sədri Məmmədağa Şiriyev, RMX-nın baş həkimi Cəlil Nəzərov və başqaları yaşadıqları evdə onlarla həmsöhbət olub, bəzi tibbi məsləhətlər verdilər. Veteranlar Masallı həkimlərinin işindən razılıq etdilər. Onlar bu qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə hədsiz minnətdarlıq etdilər.
    Veteranlarla söhbət çay süfrəsi arxasında davam etdi.
    Xatirə şəkilləri çəkildi.
    Veteranlara bayram sovqatı verildi.



     
    “Yeni həyat”,
    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 20:41 Masallıda rayon rəhbərinin 18 aprel 2025-ci il tarixli vətəndaş qəbulu
    2. 20:39 Masallıda bələdiyyələrin fəaliyyəti barədə müşavirə
    3. 15:56 Zərərçəkmiş şəxs: Xocalı soyqırımının təşkilatçıları və soyqırımına rəhbərlik edənlər zaman-zaman Ermənistanın siyasi-hərbi rəhbərliyində təmsil olunublar 
    4. 15:42 Azərbaycan Gürcüstan münasibətləri-ikitərəfli əməkdaşlığımızın inkişafı
    5. 23:30 Gürcüstan Prezidentinin Azərbaycana rəsmi səfəri çox məhsuldar keçdi
    6. 09:32 Masallıda rayon rəhbəri evi yanan vətəndaşın yeni tikilən evinə baxış keçirmişdir
    7. 23:30 Masallıda çaydan XIX əsrə aid kitablar tapılıb
    8. 23:30 Gürcüstanın Prezidentinin səfəri ikitərəfli münasibətlər üçün önəm daşıyır
    9. 16:10 Masallının Ərkivan qəsəbəsində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    10. 16:00 Masallının Ərkivan qəsəbəsində rayon rəhbərinin 16 aprel 2025-ci il tarixdə səyyar görüş-qəbulu
    11. 13:13 İnsanlara nur bəxş edən böyük alim
    12. 23:30 Dövlətlərarası əlaqələrimizin zəngin tarixi vardır
    13. 18:52 “Müxtəlifliyə qucaq açaq” – Masallıda rəsm və foto sərgisi 
    14. 18:49 Masallı rayonu ərazisində sel və daşqın təhlükəsinə qarşı qabaqlayıcı tədbirlər görülməkdədir
    15. 11:02 Gələcək talehini tibb elminə həsr etməyi qarşısına məqsəd  qoyan Akakdemik
    16. 20:00 Akademik Zərifə Əliyevanın Oftalmologiyada rolu
    17. 21:00 Gözləri və qəlbləri nurlandıran böyük şəxsiyyət
    18. 23:30 Zərifə xanım Əliyevanın Azərbaycan Dövlət  Həkimləri Təkmilləşdirmə İnstitutundakı fəaliyyəti
    19. 17:06 Masallıda rayon rəhbərinin 11 aprel 2025-ci il tarixli vətəndaş qəbulu
    20. 16:33 Antiterror əməliyyatları Azərbaycanın suverenliyini bərpa etdi
    21. 13:36 Ziyalı işığında...
    22. 13:00 Bir həkim ömrünün unudulmaz səhifələri
    23. 23:30 Türkiyə və İsrailin Azərbaycana yaxın dost ölkələr olması
    24. 18:52 ADA Universitetində Dünya Nizamı Müzakirə Olundu: İlham Əliyev Beynəlxalq Forumda
    25. 13:56 Zərifə Əliyevanın kimsəsiz uşaqlara qayğısı
    26. 11:33 Nurlu insan
    27. 17:31 Masallıda aprel şəhidi Firdovsi Bağırzadənin anım günü - 2025
    28. 17:28 Masallının Təzə Alvadı ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    29. 15:05 Masallının Təzə Alvadı kəndində rayon rəhbərinin 09 aprel 2025-ci il tarixdə səyyar görüş-qəbulu
    30. 18:04 Masallıda ağsaqqallar və əlillər üçün istirahət guşəsinin açılış mərasimi
    31. 17:12 Masallıda rayon rəhbəri şəhidin əkiz övladının doğum günündə
    32. 14:31 Enerji təhlükəsizliyi sahəsində yanaşmaların formalaşdırılması
    33. 12:24 Cənub Qaz Dəhlizi hamımız üçün böyük uğur hekayətidir
    34. 23:30 Azərbaycan enerji təhlükəsizliyi baxımından tərəfdaşları üçün mühüm rol oynayır
    35. 22:19 Masallıda şəhid ailələrinə diqqət və qayğı ənənəsi
    36. 22:11 Masallıda aprel şəhidi Nurlan Əsgərlinin anım günü - 2025
    37. 21:12 Masallıda 18 mart - 06 aprel 2025-ci il tarixlərdə görülmüş işlər barədə məlumat
    38. 21:07 Masallının Təkdam kəndində rayon rəhbərinin 02 aprel 2025-ci il tarixdə səyyar görüş-qəbulu
    39. 07:47 Masallıda rayon rəhbərinin 04 aprel 2025-ci il tarixli vətəndaş qəbulu
    40. 16:33 MƏRHƏMƏT ÜNVANI, ŞƏFQƏT ÜMMANI
    «    Aprel 2025    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930 
    DÜNYA XƏBƏRLƏRİ