Главная > Siyasət > Masallının Viləş kəndində şəhidlərin doğum günü tədbiri keçirilib
Masallının Viləş kəndində şəhidlərin doğum günü tədbiri keçirilib3-12-2019, 19:05. Разместил: yeni321 |
Ölməzi ağlamazlar Dekabrın 3-də S.Hacıyev adına Viləş kənd orta məktəbində şəhid Sehran Hacıyev və Nurlan Əsgərovun doğum günləri ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Masallı RİHB aparatının məsul işçiləri, kənd sakinləri, ağsaqqal və ziyalılar, şəhid valideynləri, müəllim və şagirdlər, KİV nümayəndələri iştirak ediblər. Öncə Dövlət himni səslənib, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Anım tədbirini giriş sözü ilə məktəbin müəllimi Oqtay Həsənov açıb. Masallı RİHB-nin Viləş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Alim Ələmov şəhidlərin keçdiyi qısa, lakin şərəfli ömür və döyüş yollarından danışıb. Bildirilib ki, Viləş (Kalinovka) kənd tam orta məktəbinin məzunları olan Milli Ordunun əsgəri Sehran Hacıyev 1994-cü ildə cəbhənin Ağdərə istiqamətində gedən döyüşlərdə, gizir Nurlan Əsgərov isə 2016-cı il aprel döyüşlərində qəhrəmancasına şəhid olublar. Viləş kənd tam orta məktəbinə şəhid Sehran Hacıyevin, Nurlan Əsgərovun yaşadığı evin ərazisində yerləşən küçəyə isə şəhid gizirin adı verilib. Tədbir iştirakçılarını rayon rəhbəri adından salamlayan Masallı RİHB-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Qəşəm Hadıyev respublikada şəhidlərin xatirəsinə, şəhid ailələrinə göstərilən hörmət və ehtiramdan söz açaraq bu mənada Masallı rayonunun seçilən bölgələrdən olduğunu bildirib. Bildirilib ki, Birinci Qarabağ döyüşlərində, həmçinin, ondan sonrakı dövrlərdə sabitliyin bərpa olunması və Azərbaycanın müstəqilliyinə qarşı müxtəlif qəsdlərin qarşısını almaq məqsədilə, xüsusilə 2016-cı ilin aprel ayında baş verən döyüşlərdə Masallının neçə-neçə döyüşə atılan oğulları şəhid olub. Diqqətə çatdırılıb ki, şəhidlərin yadd edilməsini, təbliğ olunmasını özümüzə müqəddəs borc bilirik və rayon rəhbərliyi, aidiyyəti təşkilatlar tərəfindən bu ənənəyə sadiq qalaraq onların doğum və xatirə günlərini təşkil edilir. Çıxışlarında vətənpərvərlik duyğusunu, şəhidlik məqamını ucalıq, müqəddəslik rəmzi kimi səciyyələndirən “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova, Masallı RTŞ-nin əməkdaşı Abbas Abbaszadə, “Yeni həyat” qəzetinin baş ədəbi işçisi Akif Ağayev şəhidlərimizin həyatının böyüməkdə olan gənc nəslə örnək olduğunu vurğulayıblar. Qeyd edilib ki, ulu öndərin hakimiyyətə gəlişindən sonra ölkədə siyasi sabitlik yarandı, savaş səngidi, ordu quruculuğu inkişaf etdi. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyilə yaxın zamanda qələbə sevinci yaşayacağımızı vurğulayan natiqlər oğullarımızın qanı bahasına azad edilən əzəli yurd yerlərimizi buna bariz nümunə kimi göstəriblər. Viləş kənd tam orta məktəbinin direktoru Habil Qənbərov deyib ki, hər iki məzun məktəbdə oxuduğu illərdə özlərini vətənpərvər bir gənc kimi tanıdıb. Vətən, torpaq sevgisi və vətənpərvərlik ruhu onları şəhidlik zirvəsinə ucaldıb. Müəllimlər Rəfiqə Əliyeva, Şəkər Əsgərova Viləş gənclərinin, eləcə şəhidlərinin Qarabağ savaşında göstərdikləri şücaətdən, gənc nəslin vətənpərvər ruhda böyüməsi ücün görülən işlərdən danışıblar. Şəhid N.Əsgərlinin valideynləri Bayram və Ziba Əsgərovlar, şəhid Rəşid Baxşəliyevin anası Çimnaz Baxşəliyeva, şəhid Nurəddin Mirzəyevin atası Etimad Mirzəyev ulu öndərin şəhidlərə verdiyi yüksək qiymətdən, ölkə Prezidenti İlham Əliyevin şəhid ailələrinə və müharibə veteranlarına göstərdiyi diqqət və qayğıdan danışıblar, tədbirin təşkilatçılarına minnətdarlıq ifadə ediblər. Şəhid valideynləri bildiriblər ki, biz onunla təsəlli tapırıq ki, bu nakam balalarımız öz şərəfli ölümləri, qəhrəmanlıqları ilə Azərbaycan əsgərinin nəyə qadir olduğunu mənfur düşmənimiz ermənilərə bir daha sübut etdilər. Fəxr edirik ki, övladlarımızın əfsanələşən igidlikləri Azərbaycanın hərb tarixinə əbədi həkk olundu. Mərasim iştirakçıları Viləş kəndinin yeddi şəhid övladının — Seyran Hacıyev, Nurlan Əsgərli, İmran İbrahimov, Füzuli Rzayev, Belim Yevgeniy, Zahir Bəyəliyev, İslam Abışov kimi dövlətçiliyimiz, müstəqilliyimiz, Vətənimiz uğrunda canını qurban verənlərin, doğma xalqına sədaqət nümunəsi göstərənlərin heç vaxt unudulmayacağını bildiriblər. Anım tədbirində məktəblilərin ifasında şəhidlərə, Vətənə, bayrağa ithaf olunmuş seirlər, musiqi parçaları səslənib, hazırladıqları kompozisiya iştirakçılara təqdim olunub. Tədbir iştirakçıları və qonaqlar şəhidlərin məzarları üstünə gül dəstələri qoyub, xatirlərini ehtiramla yad ediblər. Akif VAQİFOĞLU, “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |