• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallının Viləş kəndində şəhidlərin doğum günü tədbiri keçirilib

    Masallının Viləş kəndində şəhidlərin doğum günü tədbiri keçirilib

    Ölməzi ağlamazlar
     
    Dekabrın 3-də S.Hacıyev adına Viləş kənd orta məktəbində şəhid Sehran Hacıyev və Nurlan Əsgərovun doğum günləri ilə əlaqədar tədbir keçirilib.
    Tədbirdə Masallı RİHB aparatının məsul işçiləri, kənd sakinləri, ağsaqqal və ziyalılar, şəhid valideynləri, müəllim və şagirdlər, KİV nümayəndələri iştirak ediblər.
    Öncə Dövlət himni səslənib, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
    Anım tədbirini giriş sözü ilə məktəbin müəllimi Oqtay Həsənov açıb.
    Masallı RİHB-nin Viləş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Alim Ələmov şəhidlərin keçdiyi qısa, lakin şərəfli ömür və döyüş yollarından danışıb. Bildirilib ki, Viləş (Kalinovka) kənd tam orta məktəbinin məzunları olan Milli Ordunun əsgəri Sehran Hacıyev 1994-cü ildə cəbhənin Ağdərə istiqamətində gedən döyüşlərdə, gizir Nurlan Əsgərov isə 2016-cı il aprel döyüşlərində qəhrəmancasına şəhid olublar. Viləş kənd tam orta məktəbinə şəhid Sehran Hacıyevin, Nurlan Əsgərovun yaşadığı evin ərazisində yerləşən küçəyə isə şəhid gizirin adı verilib.
    Tədbir iştirakçılarını rayon rəhbəri adından salamlayan Masallı RİHB-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Qəşəm Hadıyev respublikada şəhidlərin xatirəsinə, şəhid ailələrinə göstərilən hörmət və ehtiramdan söz açaraq bu mənada Masallı rayonunun seçilən bölgələrdən olduğunu bildirib.
    Bildirilib ki, Birinci Qarabağ döyüşlərində, həmçinin, ondan sonrakı dövrlərdə sabitliyin bərpa olunması və Azərbaycanın müstəqilliyinə qarşı müxtəlif qəsdlərin qarşısını almaq məqsədilə, xüsusilə 2016-cı ilin aprel ayında baş verən döyüşlərdə Masallının neçə-neçə döyüşə atılan oğulları şəhid olub. Diqqətə çatdırılıb ki, şəhidlərin yadd edilməsini, təbliğ olunmasını özümüzə müqəddəs borc bilirik və rayon rəhbərliyi, aidiyyəti təşkilatlar tərəfindən bu ənənəyə sadiq qalaraq onların doğum və xatirə günlərini təşkil edilir.
    Çıxışlarında vətənpərvərlik duyğusunu, şəhidlik məqamını ucalıq, müqəddəslik rəmzi kimi səciyyələndirən “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova, Masallı RTŞ-nin əməkdaşı Abbas Abbaszadə, “Yeni həyat” qəzetinin baş ədəbi işçisi Akif Ağayev şəhidlərimizin həyatının böyüməkdə olan gənc nəslə örnək olduğunu vurğulayıblar.
    Qeyd edilib ki, ulu öndərin hakimiyyətə gəlişindən sonra ölkədə siyasi sabitlik yarandı, savaş səngidi, ordu quruculuğu inkişaf etdi.
    Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyilə yaxın zamanda qələbə sevinci yaşayacağımızı vurğulayan natiqlər oğullarımızın qanı bahasına azad edilən əzəli yurd yerlərimizi buna bariz nümunə kimi göstəriblər.
    Viləş kənd tam orta məktəbinin direktoru Habil Qənbərov deyib ki, hər iki məzun məktəbdə oxuduğu illərdə özlərini vətənpərvər bir gənc kimi tanıdıb. Vətən, torpaq sevgisi və vətənpərvərlik ruhu onları şəhidlik zirvəsinə ucaldıb.
    Müəllimlər Rəfiqə Əliyeva, Şəkər Əsgərova Viləş gənclərinin, eləcə şəhidlərinin Qarabağ savaşında göstərdikləri şücaətdən, gənc nəslin vətənpərvər ruhda böyüməsi ücün görülən işlərdən danışıblar.
    Şəhid N.Əsgərlinin valideynləri Bayram və Ziba Əsgərovlar, şəhid Rəşid Baxşəliyevin anası Çimnaz Baxşəliyeva, şəhid Nurəddin Mirzəyevin atası Etimad Mirzəyev ulu öndərin şəhidlərə verdiyi yüksək qiymətdən, ölkə Prezidenti İlham Əliyevin şəhid ailələrinə və müharibə veteranlarına göstərdiyi diqqət və qayğıdan danışıblar, tədbirin təşkilatçılarına minnətdarlıq ifadə ediblər.
    Şəhid valideynləri bildiriblər ki, biz onunla təsəlli tapırıq ki, bu nakam balalarımız öz şərəfli ölümləri, qəhrəmanlıqları ilə Azərbaycan əsgərinin nəyə qadir olduğunu mənfur düşmənimiz ermənilərə bir daha sübut etdilər. Fəxr edirik ki, övladlarımızın əfsanələşən igidlikləri Azərbaycanın hərb tarixinə əbədi həkk olundu.
    Mərasim iştirakçıları Viləş kəndinin yeddi şəhid övladının — Seyran Hacıyev, Nurlan Əsgərli, İmran İbrahimov, Füzuli Rzayev, Belim Yevgeniy, Zahir Bəyəliyev, İslam Abışov kimi dövlətçiliyimiz, müstəqilliyimiz, Vətənimiz uğrunda canını qurban verənlərin, doğma xalqına sədaqət nümunəsi göstərənlərin heç vaxt unudulmayacağını bildiriblər.
    Anım tədbirində məktəblilərin ifasında şəhidlərə, Vətənə, bayrağa ithaf olunmuş seirlər, musiqi parçaları səslənib, hazırladıqları kompozisiya iştirakçılara təqdim olunub.
    Tədbir iştirakçıları və qonaqlar şəhidlərin məzarları üstünə gül dəstələri qoyub, xatirlərini ehtiramla yad ediblər.



     

    Akif VAQİFOĞLU,
    “Yeni həyat”,
    www.yeniheyet.az
     шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    2. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    3. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    4. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    5. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    6. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    7. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    8. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    9. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    10. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    11. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    12. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    13. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    14. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    15. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    16. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    17. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    18. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    19. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    20. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    21. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    22. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    23. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    24. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    25. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    26. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    27. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    28. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    29. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    30. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    31. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    32. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    33. 11:15 DİQQƏT! DİQQƏT!
    34. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    35. 13:51 Masallı rayonunun 95-ci ili
    36. 13:48 Masallı rayon İcra Hakimiyyəti başçısının təbriki
    37. 17:16 Masallıda rayon rəhbərinin 07 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    38. 17:33 Masallının Şıxlar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 06.08.2025
    39. 17:30 Masallının Şıxlar kəndində 06 avqust 2025-ci il tarixdə səyyar qəbul
    40. 21:47 Elçinə ağı - Xalq yazıçısı Anar yazır
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ