Главная > Siyasət > MASALLIDA XOCALI SOYQIRIMINA HƏSR OLUNMUŞ TOPLANTI KEÇİRİLİB
MASALLIDA XOCALI SOYQIRIMINA HƏSR OLUNMUŞ TOPLANTI KEÇİRİLİB26-02-2020, 19:39. Разместил: yeni321 |
![]() XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı faciəsi qurbanlarının xatirəsi respublikamızın hər yerində olduğu kimi, Masallı rayonunda da dərin hüznlə anılıb. Fevralın 26-da Masallı şəhər Mədəniyyət Mərkəzində Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Masallı RİH və aparatı, hüquq-mühafizə orqanlarının nümayəndələri, idarə-müəsissə rəhbərləri, ziyalılar, veteranlar, müəllim və tələbələr, məktəblilər, ictimai təşkilatların rəhbərləri və s. iştirak ediblər. ![]() Tədbiri giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov anım mərasimində çıxış edərək, geniş nitqində iştirakçılara 26 fevral soyqırımı faciəsinin başvermə səbəbləri haqqında ətraflı məlumat verib, bu faciəni doğuran o vaxtkı ictimai-siyasi hadisələrdən söz açıb, erməni silahlı qüvvələri tərəfindən Xocalı şəhərində törədilən qırğından, dinc əhaliyə amansız divan tutulmasından danışıb. İcra başçısı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin Xankəndinə yerləşdirilmiş keçmiş Sovet İttifaqına məxsus 366-cı alayın köməyi ilə Xocalı şəhərinin dinc sakinlərinin xüsusi qəddarlıq və amansızlıqla qətlə yetirməsini pisləmiş, bədxah qonşularımızın azərbaycanlılara qarşı düşünülmüş, planlı şəkildə həyata keçirdiyi soyqırımına ümummilli liderimiz Heydər Əliyevin səyləri sayəsində siyasi qiymət verildiyini vurğulamışdır. ![]() ![]() Mərasim iştirakçıları şəhər Mədəniyyət Mərkəzində fəaliyyət göstərən xalq teatrı aktyorlarının və Masallı Dövlət Regional Kolleci tələbələrinin iştirakı ilə təşkil olunan “Xocalıdan gələn səslər” dramına tamaşa ediblər. ![]() “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |