• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » MASALLIDA XOCALI SOYQIRIMINA HƏSR OLUNMUŞ TOPLANTI KEÇİRİLİB

    MASALLIDA XOCALI SOYQIRIMINA HƏSR OLUNMUŞ TOPLANTI KEÇİRİLİB

    MASALLIDA XOCALI SOYQIRIMINA HƏSR OLUNMUŞ TOPLANTI KEÇİRİLİB 

    XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı faciəsi qurbanlarının xatirəsi respublikamızın hər yerində olduğu kimi, Masallı rayonunda da dərin hüznlə anılıb.
    Fevralın 26-da Masallı şəhər Mədəniyyət Mərkəzində Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
    Tədbirdə Masallı RİH və aparatı, hüquq-mühafizə orqanlarının nümayəndələri, idarə-müəsissə rəhbərləri, ziyalılar, veteranlar, müəllim və tələbələr, məktəblilər, ictimai təşkilatların rəhbərləri və s. iştirak ediblər.
    Tədbirdən əvvəl 26 fevral soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
    Tədbiri giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov anım mərasimində çıxış edərək, geniş nitqində iştirakçılara 26 fevral soyqırımı faciəsinin başvermə səbəbləri haqqında ətraflı məlumat verib, bu faciəni doğuran o vaxtkı ictimai-siyasi hadisələrdən söz açıb, erməni silahlı qüvvələri tərəfindən Xocalı şəhərində törədilən qırğından, dinc əhaliyə amansız divan tutulmasından danışıb. İcra başçısı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin Xankəndinə yerləşdirilmiş keçmiş Sovet İttifaqına məxsus 366-cı alayın köməyi ilə Xocalı şəhərinin dinc sakinlərinin xüsusi qəddarlıq və amansızlıqla qətlə yetirməsini pisləmiş, bədxah qonşularımızın azərbaycanlılara qarşı düşünülmüş, planlı şəkildə həyata keçirdiyi soyqırımına ümummilli liderimiz Heydər Əliyevin səyləri sayəsində siyasi qiymət verildiyini vurğulamışdır.
    Masallı RİH başçısı bildirilib ki, Xocalı soyqırımı nəticəsində şəhərin 5379 nəfər əhalisi deportasiyaya məruz qalıb, 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın vəhşicəsinə qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1275 nəfər əsir və girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Diqqətə çatdırılıb ki, Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün əsl mahiyyətini və erməni vəhşiliyini bütün çılpaqlığı ilə üzə çıxardı. Günahsız dinc əhalinin, o cümlədən qocaların, qadınların, uşaqların vəhşicəsinə öldürülməsi erməni xislətinin əsl simasını ortaya qoydu.
    Tədbirdə çıxış edən Qızılavar kənd tam orta məktəbinin direktoru Lətifə Qənbərzadə, gənc YAP üzvü Fərid Heybətzadə faciənin başvermə səbəbləri və nəticələrindən danışıblar.
    Mərasim iştirakçıları şəhər Mədəniyyət Mərkəzində fəaliyyət göstərən xalq teatrı aktyorlarının və Masallı Dövlət Regional Kolleci tələbələrinin iştirakı ilə təşkil olunan “Xocalıdan gələn səslər” dramına tamaşa ediblər.
    Sonda Masallı RİH başçısı Ş.Məmmədov Ərkivan qəsəbəsində məskunlaşmış Xocalıdan olan Quliyevlər ailəsi ilə görüşüb.

    “Yeni həyat”,
    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:55 Azərbaycan Prezidentinə yazırlar
    2. 16:53 Azərbaycan Prezidentinə yazırlar
    3. 16:52 Azərbaycan Prezidentinə yazırlar
    4. 16:49 Azərbaycan Prezidentinə yazırlar
    5. 16:47 Azərbaycan Prezidentinə yazırlar
    6. 16:45 Azərbaycan Prezidentinə yazırlar
    7. 15:46 Ömrünü Masallının inkişafına həsr edən ata və oğulun  qısa, maraqlı tarixçəsi
    8. 15:36 Masallıda rayon rəhbərinin 18 sentyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    9. 10:38 Antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdi
    10. 10:34 30 İLDƏN SONRA YARANMIŞ  AĞDƏRƏ RAYONU
    11. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    12. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    13. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    14. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    15. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    16. 12:28 Vətənə xidmətdə keçən ömür
    17. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    18. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    19. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    20. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    21. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    22. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    23. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    24. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    25. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    26. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    27. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    28. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    29. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    30. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    31. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    32. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    33. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    34. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    35. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    36. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    37. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    38. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    39. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    40. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ