Главная > Siyasət > Masallıda Böyük Vətən Müharibəsi veteranları evlərində ziyarət olunub
Masallıda Böyük Vətən Müharibəsi veteranları evlərində ziyarət olunub9-05-2020, 14:00. Разместил: yeni321 |
Masallıda Böyük Vətən Müharibəsi veteranları evlərində ziyarət olunub Mayın 9-da Böyük Vətən Müharibəsində faşizm üzərində qələbənin 75-ci ildönümü ilə əlaqədar Masallı rayon ictimaiyyətinin nümayəndələri rayon ərazisində yaşayan müharibə iştirakçılarını evlərində ziyarət ediblər. Masallı Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə keçirilən xeyirxah aksiyada icra başçısı Şahin Məmmədov və aparatın məsul işçiləri, SHXÇDX rayon şöbəsinin rəisi, polkovnik-leytenant Vəli Rzayev, rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi şəxsin direktoru Cəlil Nəzərov, MƏSQ veteranlar təşkilatı rayon şöbəsinin sədri Məmmədağa Şiriyev, KİV nümayəndələri iştirak ediblər. Xırmandalı kəndindən, 72 nömrəli atıcı polkun tərkibində Brest şəhərinədək döyüş yolu keçmiş, 95 yaşlı Simran Quliyev, Viləş kənd sakini, 223-cü diviziyanın tərkibində döyüşlərdə iştirak etmiş, 98 yaşlı Cənnət Teymurov, Hişkədərə kəndində yaşayan, 416-ci Taqanroq diviziyasının 11-ci motoatıcı polkunda pulemyotçular vzvodunun komandiri olmuş, 94 yaşlı Oruc Bədəlov, Masallı şəhərindən, IV Sərhəd alayının 2114 nömrəli hərbi hissə tərkibində Ukrayna-Mazdok istiqamətində döyüşmüş, 96 yaşlı Qulamhüseyn Məmmədov cəbhə xatirələrindən, ölkə Prezidenti cənab İlham Əliyevin veteranlara qayğı və ehtiramından danışıb, onların sosial təminatının gücləndirilməsi istiqamətində müvafiq işlər görüldüyünü diqqətə çatdırıblar. Böyük Vətən Müharibəsi iştirakçılarını 9 May - Qələbə Günü münasibətilə təbrik edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov bildirib ki, 1941-1945-ci illərdə ön və arxa cəbhədə qəhrəmanlıq göstərmiş azərbaycanlıların, o cümlədən masallıların bu Qələbəyə verdiyi töhfəni dəyərləndirməmək mümkün deyil. Sizin kimi şərəfli döyüş yolu keçmiş həmvətənlərimizin şücaəti bugünkü və gələcək nəsillər üçün əsl vətənpərvərlik nümunəsidir. Çay süfrəsi arxasında veteranlarla səmimi söhbətə qoşulan RİH başçısı onların qayğı və problemləri ilə maraqlanıb, lazımi göstərişlərini verib. Qeyd olunub ki, məhz ulu öndər Heydər Əliyev 1993-cü ildə respublikamıza rəhbərliyə qayıtdıqdan sonra o zaman az qala unudulmaqda olan 9 May - Qələbə günü yenidən dövlət bayramları sırasına daxil edildi və bu gün də möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən veteranların sosial müdafiəsinin gücləndirilməsi sahəsində böyük işlər görülüb. BVM veteranları onlara göstərilən qayğıya görə ölkə rəhbəri, Ali Baş Komandan İlham Əliyevə, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirib, xalqımıza sülh və əmin-amanlıq arzulayıblar. Veteranlara Rusiya Federasiyası dövlət rəhbərliyinin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təltif olunduqları “Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945-2020)” yubiley medalları təqdim edilib. Veteranlarla xatirə şəkilləri çəkilib, onlara bayram sovqatı verilib. Akif AĞAYEV, “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |