• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda Böyük Vətən Müharibəsi veteranları evlərində ziyarət olunub

    Masallıda Böyük Vətən Müharibəsi veteranları evlərində ziyarət olunub

    Masallıda Böyük Vətən Müharibəsi veteranları evlərində ziyarət olunub

    Mayın 9-da Böyük Vətən Müharibəsində faşizm üzərində qələbənin 75-ci ildönümü ilə əlaqədar Masallı rayon ictimaiyyətinin nümayəndələri rayon ərazisində yaşayan müharibə iştirakçılarını evlərində ziyarət ediblər.
    Masallı Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə keçirilən xeyirxah aksiyada icra başçısı Şahin Məmmədov və aparatın məsul işçiləri, SHXÇDX rayon şöbəsinin rəisi, polkovnik-leytenant Vəli Rzayev, rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi şəxsin direktoru Cəlil Nəzərov, MƏSQ veteranlar təşkilatı rayon şöbəsinin sədri Məmmədağa Şiriyev, KİV nümayəndələri iştirak ediblər.
    Xırmandalı kəndindən, 72 nömrəli atıcı polkun tərkibində Brest şəhərinədək döyüş yolu keçmiş, 95 yaşlı Simran Quliyev, Viləş kənd sakini, 223-cü diviziyanın tərkibində döyüşlərdə iştirak etmiş, 98 yaşlı Cənnət Teymurov, Hişkədərə kəndində yaşayan, 416-ci Taqanroq diviziyasının 11-ci motoatıcı polkunda pulemyotçular vzvodunun komandiri olmuş, 94 yaşlı Oruc Bədəlov, Masallı şəhərindən, IV Sərhəd alayının 2114 nömrəli hərbi hissə tərkibində Ukrayna-Mazdok istiqamətində döyüşmüş, 96 yaşlı Qulamhüseyn Məmmədov cəbhə xatirələrindən, ölkə Prezidenti cənab İlham Əliyevin veteranlara qayğı və ehtiramından danışıb, onların sosial təminatının gücləndirilməsi istiqamətində müvafiq işlər görüldüyünü diqqətə çatdırıblar.
    Böyük Vətən Müharibəsi iştirakçılarını 9 May - Qələbə Günü münasibətilə təbrik edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov bildirib ki, 1941-1945-ci illərdə ön və arxa cəbhədə qəhrəmanlıq göstərmiş azərbaycanlıların, o cümlədən masallıların bu Qələbəyə verdiyi töhfəni dəyərləndirməmək mümkün deyil. Sizin kimi şərəfli döyüş yolu keçmiş həmvətənlərimizin şücaəti bugünkü və gələcək nəsillər üçün əsl vətənpərvərlik nümunəsidir.
    Çay süfrəsi arxasında veteranlarla səmimi söhbətə qoşulan RİH başçısı onların qayğı və problemləri ilə maraqlanıb, lazımi göstərişlərini verib.
    Qeyd olunub ki, məhz ulu öndər Heydər Əliyev 1993-cü ildə respublikamıza rəhbərliyə qayıtdıqdan sonra o zaman az qala unudulmaqda olan 9 May - Qələbə günü yenidən dövlət bayramları sırasına daxil edildi və bu gün də möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən veteranların sosial müdafiəsinin gücləndirilməsi sahəsində böyük işlər görülüb.
    BVM veteranları onlara göstərilən qayğıya görə ölkə rəhbəri, Ali Baş Komandan İlham Əliyevə, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirib, xalqımıza sülh və əmin-amanlıq arzulayıblar.
    Veteranlara Rusiya Federasiyası dövlət rəhbərliyinin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təltif olunduqları “Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945-2020)” yubiley medalları təqdim edilib.
    Veteranlarla xatirə şəkilləri çəkilib, onlara bayram sovqatı verilib.





     
    Akif AĞAYEV,
    “Yeni həyat”,
    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 20:41 Masallıda rayon rəhbərinin 18 aprel 2025-ci il tarixli vətəndaş qəbulu
    2. 20:39 Masallıda bələdiyyələrin fəaliyyəti barədə müşavirə
    3. 15:56 Zərərçəkmiş şəxs: Xocalı soyqırımının təşkilatçıları və soyqırımına rəhbərlik edənlər zaman-zaman Ermənistanın siyasi-hərbi rəhbərliyində təmsil olunublar 
    4. 15:42 Azərbaycan Gürcüstan münasibətləri-ikitərəfli əməkdaşlığımızın inkişafı
    5. 23:30 Gürcüstan Prezidentinin Azərbaycana rəsmi səfəri çox məhsuldar keçdi
    6. 09:32 Masallıda rayon rəhbəri evi yanan vətəndaşın yeni tikilən evinə baxış keçirmişdir
    7. 23:30 Masallıda çaydan XIX əsrə aid kitablar tapılıb
    8. 23:30 Gürcüstanın Prezidentinin səfəri ikitərəfli münasibətlər üçün önəm daşıyır
    9. 16:10 Masallının Ərkivan qəsəbəsində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    10. 16:00 Masallının Ərkivan qəsəbəsində rayon rəhbərinin 16 aprel 2025-ci il tarixdə səyyar görüş-qəbulu
    11. 13:13 İnsanlara nur bəxş edən böyük alim
    12. 23:30 Dövlətlərarası əlaqələrimizin zəngin tarixi vardır
    13. 18:52 “Müxtəlifliyə qucaq açaq” – Masallıda rəsm və foto sərgisi 
    14. 18:49 Masallı rayonu ərazisində sel və daşqın təhlükəsinə qarşı qabaqlayıcı tədbirlər görülməkdədir
    15. 11:02 Gələcək talehini tibb elminə həsr etməyi qarşısına məqsəd  qoyan Akakdemik
    16. 20:00 Akademik Zərifə Əliyevanın Oftalmologiyada rolu
    17. 21:00 Gözləri və qəlbləri nurlandıran böyük şəxsiyyət
    18. 23:30 Zərifə xanım Əliyevanın Azərbaycan Dövlət  Həkimləri Təkmilləşdirmə İnstitutundakı fəaliyyəti
    19. 17:06 Masallıda rayon rəhbərinin 11 aprel 2025-ci il tarixli vətəndaş qəbulu
    20. 16:33 Antiterror əməliyyatları Azərbaycanın suverenliyini bərpa etdi
    21. 13:36 Ziyalı işığında...
    22. 13:00 Bir həkim ömrünün unudulmaz səhifələri
    23. 23:30 Türkiyə və İsrailin Azərbaycana yaxın dost ölkələr olması
    24. 18:52 ADA Universitetində Dünya Nizamı Müzakirə Olundu: İlham Əliyev Beynəlxalq Forumda
    25. 13:56 Zərifə Əliyevanın kimsəsiz uşaqlara qayğısı
    26. 11:33 Nurlu insan
    27. 17:31 Masallıda aprel şəhidi Firdovsi Bağırzadənin anım günü - 2025
    28. 17:28 Masallının Təzə Alvadı ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    29. 15:05 Masallının Təzə Alvadı kəndində rayon rəhbərinin 09 aprel 2025-ci il tarixdə səyyar görüş-qəbulu
    30. 18:04 Masallıda ağsaqqallar və əlillər üçün istirahət guşəsinin açılış mərasimi
    31. 17:12 Masallıda rayon rəhbəri şəhidin əkiz övladının doğum günündə
    32. 14:31 Enerji təhlükəsizliyi sahəsində yanaşmaların formalaşdırılması
    33. 12:24 Cənub Qaz Dəhlizi hamımız üçün böyük uğur hekayətidir
    34. 23:30 Azərbaycan enerji təhlükəsizliyi baxımından tərəfdaşları üçün mühüm rol oynayır
    35. 22:19 Masallıda şəhid ailələrinə diqqət və qayğı ənənəsi
    36. 22:11 Masallıda aprel şəhidi Nurlan Əsgərlinin anım günü - 2025
    37. 21:12 Masallıda 18 mart - 06 aprel 2025-ci il tarixlərdə görülmüş işlər barədə məlumat
    38. 21:07 Masallının Təkdam kəndində rayon rəhbərinin 02 aprel 2025-ci il tarixdə səyyar görüş-qəbulu
    39. 07:47 Masallıda rayon rəhbərinin 04 aprel 2025-ci il tarixli vətəndaş qəbulu
    40. 16:33 MƏRHƏMƏT ÜNVANI, ŞƏFQƏT ÜMMANI
    «    Aprel 2025    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930 
    DÜNYA XƏBƏRLƏRİ