Главная > Siyasət / Mədəniyyət > Masallıda Milli Mətbuatın 145 illiyi ilə bağlı onlayn tədbir keçirilib
Masallıda Milli Mətbuatın 145 illiyi ilə bağlı onlayn tədbir keçirilib22-07-2020, 18:19. Разместил: yeni321 |
Masallıda Milli Mətbuatın 145 illiyi ilə bağlı onlayn tədbir keçirilib Ölkə Prezidentinin müvafiq sərəncamına əsasən Azərbaycan Milli Mətbuatının 145 illik yubileyi koronavirus pandemiyası ilə əlaqədar respublikada tətbiq edilən xüsusi karantin rejiminin tələbləri və Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri nəzərə alınmaqla keçirilir. İyulun 22-də Masallı rayonunda Jurnalistika və Milli Mətbuat Günü onlayn qaydada qeyd edilib. Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən virtual tədbirə respublikanın aparıcı informasiya agentliklərinin, qəzetlərinin və telekanalların bölgə müxbirləri, regional qəzetlərin baş redaktorları, yerli qəzetin əməkdaşları, təhsil və mədəniyyət işçiləri, ziyalı və ağsaqqallar qoşulublar. Bayram tədbirini giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyətinin başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova iştirakçıları İcra başçısı Şahin Məmmədovun adından salamlayaraq jurnalistləri 22 iyul – Milli Mətbuat günü münasibəti ilə təbrik edib. O, bildirib ki, böyük maarifpərvər ziyalımız Həsən bəy Zərdabinin açdığı cığırla Azərbaycan Milli Mətbuatının əsası qoyuldu. “Əkinçi” qəzetinın işıq üzü görməsi ilə Azərbaycan jurnalistikası tarixə, mədəniyyətimizə öz əbədi möhürünü vurdu. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kursun məntiqi nəticəsi kimi bu gün ölkədə azad, demokratik və güclü mətbuat var. Hazırda müstəqil mətbuatın formalaşması və inkişafına xidmət edən siyasət Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bunun bariz nümunəsidir ki, Milli Mətbuatımızın yaranmasının 145 illiyinin qeyd olunması ilə bağlı ölkə rəhbərinin 30 iyul 2020-ci il tarixli sərəncamı hər birimiz tərəfindən sevinclə qarşılanır. Sevindiricidir ki, dövlətimiz dünyanı başına götürmüş koronavirus bəlasının davam etdiyi şəraitdə belə, Azərbaycan Milli Mətbuatına, onun keçdiyi tarixi və şərəfli yola, müasir medianın inkişafına bu qədər önəm verir. Masallı rayonunda da 22 İyul Milli Mətbuat və Jurnalistika Günü münasibəti ilə rayon icra hakimiyyəti tərəfindən müvafiq tədbirlər planı hazırlanmışdır. Bugünkü tədbir də adı çəkilən tədbirlər planının tərkib hissəsidir. A.Qafarova KİV əməkdaşlarına yeni yaradıcılıq uğurları arzulayıb. Mətbuat işçilərindən Bağır Əliyev (AZƏRTAC), Əlisəfa Həsənov ("Respublika" qəzeti), Pərvanə Əliyeva (Az.TV), Rövşən Əzimov (SPACE), Asəf Əhmədov (“Report”), İsmayıl Cəfərli ("ARB"), Əlihüseyn Şükürov ("Yeni həyat" qəzeti), Zahir Əmənov (“Cənub xəbərləri” internet qəzeti), Cəfər Cəfərov (“Asiya.az”), eləcə də Masallı Rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev, MƏSQ veteranlar təşkilatı rayon şöbəsinin sədri Məmmədağa Şiriyev, Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, Əməkdar Mədəniyyət işçisi Əntiqə Tağıyeva, 2 nömrəli Regional “Mətbuat Yayım” İdarəsinin rəisi Əbülfəz Nuriyev, Masallı şəhər 2 saylı, Xırmandalı və Qızılavar kənd tam orta məktəblərinin direktorları Mehriban Əzizova, Kamal Təhməzov, Lətifə Qənbərzadə ölkəmizdə mətbuatın inkişafına dövlət tərəfindən göstərilən diqqət və qayğıdan söz açıblar, dövlətə, dövlətçiliyə, xalqa sədaqətlə xidmət edən jurnalistlərin çətin, məsuliyyətli vəzifələrinin öhdəsindən layiqincə gəldiklərini nəzərə çatdırıblar. Jurnalistlər Masallıda media qurumları ilə işin peşəkar səviyyədə qurulduğunu və ərazidə görülən işlər barədə məlumatları rayonun sosial şəbəkələrdəki səhifələrindən, internet saytından operativ şəkildə əldə edə bildiklərini qeyd ediblər, məlumatların peşəkar səviyyədə hazırlanması və informasiya mübadiləsinin operativliyinin təmin olunmasına, o cümlədən ənənəvi olaraq Masallıda keçirilən tədbirə görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Çıxışlarda Azərbaycanın maraq və mənafelərinin müdafiəsində jurnalistlərin rolu önə çəkilib, dövlət başçısının media qarşısında qoyduğu vəzifələr xatırlanıb. Həmçinin bu günlərdə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində Ermənistan tərəfindən törədilmiş hərbi təxribatlar barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında KİV-lərin önəmli fəaliyyəti gündəmə gətirilib. Sosial şəbəkələrdə informasiyalar yayarkən ölkəmizin mövqeyinin müdafiə olunması ilə bağlı Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xalqa müraciəti diqqətə çatdırılıb. Qeyd olunub ki, respublikamızın ictimai-siyasi həyatında baş verən proseslərin və yeniliklərin dolğun, obyektiv və operativ işıqlandırılmasında, ictimaiyyətin mütəmadi məlumatlandırılmasında KİV-lər mühüm rol oynayır. İndiki pandemiya şəraitində mətbuat nümayəndələri də digər peşə sahibləri kimi yorulmadan fəaliyyət göstərirlər. Vurğulanıb ki, mətbuat günü təkcə jurnalistlərin deyil, bütövlükdə cəmiyyətimizin bayramıdır. Virtual tədbir Milli Mətbuatımızın 145 illik yubileyi münasibətilə media nümayəndələrinin mükafatlandırılması ilə bitib. Qeyd edək ki, qəzetimizin əməkdaşı Akif Ağayev rayon icra hakimiyyəti başçısının Fəxri fərmanı ilə təltif edilib. Ə.Məmmədhüseyn, AKİF VAQİFOĞLU, “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |