• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda Milli Mətbuatın 145 illiyi ilə bağlı onlayn tədbir keçirilib

    Masallıda Milli Mətbuatın 145 illiyi ilə bağlı onlayn tədbir keçirilib

    Masallıda Milli Mətbuatın 145 illiyi ilə bağlı onlayn tədbir keçirilib

    Ölkə Prezidentinin müvafiq sərəncamına əsasən Azərbaycan Milli Mətbuatının 145 illik yubileyi koronavirus pandemiyası ilə əlaqədar respublikada tətbiq edilən xüsusi karantin rejiminin tələbləri və Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri nəzərə alınmaqla keçirilir.
    İyulun 22-də Masallı rayonunda Jurnalistika və Milli Mətbuat Günü onlayn qaydada qeyd edilib.
    Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən virtual tədbirə respublikanın aparıcı informasiya agentliklərinin, qəzetlərinin və telekanalların bölgə müxbirləri, regional qəzetlərin baş redaktorları, yerli qəzetin əməkdaşları, təhsil və mədəniyyət işçiləri, ziyalı və ağsaqqallar qoşulublar.
    Bayram tədbirini giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyətinin başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova iştirakçıları İcra başçısı Şahin Məmmədovun adından salamlayaraq jurnalistləri 22 iyul – Milli Mətbuat günü münasibəti ilə təbrik edib. O, bildirib ki, böyük maarifpərvər ziyalımız Həsən bəy Zərdabinin açdığı cığırla Azərbaycan Milli Mətbuatının əsası qoyuldu. “Əkinçi” qəzetinın işıq üzü görməsi ilə Azərbaycan jurnalistikası tarixə, mədəniyyətimizə öz əbədi möhürünü vurdu. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kursun məntiqi nəticəsi kimi bu gün ölkədə azad, demokratik və güclü mətbuat var. Hazırda müstəqil mətbuatın formalaşması və inkişafına xidmət edən siyasət Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bunun bariz nümunəsidir ki, Milli Mətbuatımızın yaranmasının 145 illiyinin qeyd olunması ilə bağlı ölkə rəhbərinin 30 iyul 2020-ci il tarixli sərəncamı hər birimiz tərəfindən sevinclə qarşılanır. Sevindiricidir ki, dövlətimiz dünyanı başına götürmüş koronavirus bəlasının davam etdiyi şəraitdə belə, Azərbaycan Milli Mətbuatına, onun keçdiyi tarixi və şərəfli yola, müasir medianın inkişafına bu qədər önəm verir.
    Masallı rayonunda da 22 İyul Milli Mətbuat və Jurnalistika Günü münasibəti ilə rayon icra hakimiyyəti tərəfindən müvafiq tədbirlər planı hazırlanmışdır. Bugünkü tədbir də adı çəkilən tədbirlər planının tərkib hissəsidir.
    A.Qafarova KİV əməkdaşlarına yeni yaradıcılıq uğurları arzulayıb.
    Mətbuat işçilərindən Bağır Əliyev (AZƏRTAC), Əlisəfa Həsənov ("Respublika" qəzeti), Pərvanə Əliyeva (Az.TV), Rövşən Əzimov (SPACE), Asəf Əhmədov (“Report”), İsmayıl Cəfərli ("ARB"), Əlihüseyn Şükürov ("Yeni həyat" qəzeti), Zahir Əmənov (“Cənub xəbərləri” internet qəzeti), Cəfər Cəfərov (“Asiya.az”), eləcə də Masallı Rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev, MƏSQ veteranlar təşkilatı rayon şöbəsinin sədri Məmmədağa Şiriyev, Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, Əməkdar Mədəniyyət işçisi Əntiqə Tağıyeva, 2 nömrəli Regional “Mətbuat Yayım” İdarəsinin rəisi Əbülfəz Nuriyev, Masallı şəhər 2 saylı, Xırmandalı və Qızılavar kənd tam orta məktəblərinin direktorları Mehriban Əzizova, Kamal Təhməzov, Lətifə Qənbərzadə ölkəmizdə mətbuatın inkişafına dövlət tərəfindən göstərilən diqqət və qayğıdan söz açıblar, dövlətə, dövlətçiliyə, xalqa sədaqətlə xidmət edən jurnalistlərin çətin, məsuliyyətli vəzifələrinin öhdəsindən layiqincə gəldiklərini nəzərə çatdırıblar.
    Jurnalistlər Masallıda media qurumları ilə işin peşəkar səviyyədə qurulduğunu və ərazidə görülən işlər barədə məlumatları rayonun sosial şəbəkələrdəki səhifələrindən, internet saytından operativ şəkildə əldə edə bildiklərini qeyd ediblər, məlumatların peşəkar səviyyədə hazırlanması və informasiya mübadiləsinin operativliyinin təmin olunmasına, o cümlədən ənənəvi olaraq Masallıda keçirilən tədbirə görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
    Çıxışlarda Azərbaycanın maraq və mənafelərinin müdafiəsində jurnalistlərin rolu önə çəkilib, dövlət başçısının media qarşısında qoyduğu vəzifələr xatırlanıb. Həmçinin bu günlərdə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində Ermənistan tərəfindən törədilmiş hərbi təxribatlar barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında KİV-lərin önəmli fəaliyyəti gündəmə gətirilib. Sosial şəbəkələrdə informasiyalar yayarkən ölkəmizin mövqeyinin müdafiə olunması ilə bağlı Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xalqa müraciəti diqqətə çatdırılıb.
    Qeyd olunub ki, respublikamızın ictimai-siyasi həyatında baş verən proseslərin və yeniliklərin dolğun, obyektiv və operativ işıqlandırılmasında, ictimaiyyətin mütəmadi məlumatlandırılmasında KİV-lər mühüm rol oynayır. İndiki pandemiya şəraitində mətbuat nümayəndələri də digər peşə sahibləri kimi yorulmadan fəaliyyət göstərirlər.
    Vurğulanıb ki, mətbuat günü təkcə jurnalistlərin deyil, bütövlükdə cəmiyyətimizin bayramıdır.
    Virtual tədbir Milli Mətbuatımızın 145 illik yubileyi münasibətilə media nümayəndələrinin mükafatlandırılması ilə bitib.
    Qeyd edək ki, qəzetimizin əməkdaşı Akif Ağayev rayon icra hakimiyyəti başçısının Fəxri fərmanı ilə təltif edilib. Ə.Məmmədhüseyn,
      AKİF VAQİFOĞLU,
            “Yeni həyat”,      
      www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    2. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    3. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    4. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    5. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    6. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    7. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    8. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    9. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    10. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    11. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    12. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    13. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    14. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    15. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    16. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    17. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    18. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    19. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    20. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    21. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    22. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    23. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    24. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    25. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    26. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    27. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    28. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    29. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    30. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    31. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    32. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    33. 11:15 DİQQƏT! DİQQƏT!
    34. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    35. 13:51 Masallı rayonunun 95-ci ili
    36. 13:48 Masallı rayon İcra Hakimiyyəti başçısının təbriki
    37. 17:16 Masallıda rayon rəhbərinin 07 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    38. 17:33 Masallının Şıxlar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 06.08.2025
    39. 17:30 Masallının Şıxlar kəndində 06 avqust 2025-ci il tarixdə səyyar qəbul
    40. 21:47 Elçinə ağı - Xalq yazıçısı Anar yazır
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ