Главная > Siyasət > Masallıda geniş tərkibdə növbəti videomüşavirə keçirilib
Masallıda geniş tərkibdə növbəti videomüşavirə keçirilib3-09-2020, 21:00. Разместил: yeni321 |
Masallıda geniş tərkibdə növbəti videomüşavirə keçirilib Sentyabrın 3-də Masallı Rayon İcra Hakimiyyəti başçısı yanında geniş tərkibdə növbəti onlayn müşavirə keçirilib. Virtual müşavirədə rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədov, aparatının əməkdaşları, hüquq-mühafizə orqanları, idarə və müəssisə rəhbərləri, RİHB-nin inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, məktəb direktorları, dini icma sədrləri və imamları, fəal gənclər, mobil qrupların rəhbərləri və digər ictimaiyyət nümayəndələri daxil olmaqla ümumilikdə 547 nəfər iştirak edib. Müşavirəni açan Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov RİHB aparatının Hüquq şöbəsinin müdiri Məmmədhüseyn Hüseynovun vəzifəsindən azad olunaraq rayon İcra hakimiyyəti başçısının I müavini vəzifəsinə təyin olunması münasibətilə onlayn iştirakçılarına təqdim edib. Rayon rəhbəri cənab Şahin Məmmədov Məhərrəm ayı və “Aşura” gününü ölkə rəhbərinin tapşırığına və hökumətin tələblərinə uyğun pandemiya şəraitində doğru-düzgün yerinə yetirdiyinə görə Masallı vətəndaşlarına, hüquq-mühafizə orqanlarının rəhbərlərinə, dindarlarına, məsul şəxslərə və onların timsalında 230 minə yaxın əhalisi olan rayon sakinlərinin hər birinə minnətdarlığını bildirib, eyni zamanda Məhərrəmlik mərasimlərində, yas məclislərində qadınların kütləvi toplaşmasına imkan verilmədiyini vurğulayıb. Müşavirəə rayon rəhbəri bildirib ki, ərazi nümayəndəlikləri və bələdiyyələr, dindarlar və digər vətəndaşların bu məsələyə ciddi yanaşmasının nəticəsidir ki, bütün bacarıq və məsuliyyətimizlə, sağlamlığımızı riskə atmadan, Operativ Qərərgahın tələb və tövsiyələrinə riayət etməklə bu çətin sınaq dövründən alnıaçıq, üzüağ çıxdıq. QMİ-nin Qazılar Şurasının bəyan etdiyi kimi Operativ Qərərgahın qərarına əsasən bu il Məhərrəm ayı və «Aşura» ilə əlaəqdar Masallının məscid və ziyarətgahlarında təziyə mərasimləri keçirilməyib. İcra başçısı Məhərrəm ayı və «Aşura» dönəmində ibadət və dualarımızda Kərbəla şəhidləri ilə yanaşı ərazi bütövlüyümüz uğrunda canlarından keçən bütün Vətən övladlarının əziz xatirəsini yad etməklə, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyilə torpaqlarımızın işğaldan tezliklə azad olunacağını diqqətə çatdırıb. Onlayn müşavirədə Masallı rayon Prokuroru Vəli Mustafayev, rayon Polis Şöbəsinin rəisi Habil Əmiraslanov, Dövlət Təhlükəsizlik Xidmətinin rayon şöbəsinin rəisi Emin Süleymanov və başqaları pandemiya dövründə bütün qanun-qaydalara, dini ayinlərə riayət edən və anlaqlı yanaşan Masallı sakinlərinə təşəkkür ediblər. Videomüşavirədə digər məsələlərdən söhbət açan rayon rəhbəri qeyd edib ki, Ərkivan qəsəbə, Xıl, Köhnə Alvadı, Viləş Qızılavar, Mahmudavar, Musaküçə, Sərçuvar, Sığdaş, Şərəfə, Təzə Alvadı, Təzəkənd, Səmidxan, Yeyənkənd kəndlərində təmizliyə, səliqə-sahmana ciddi fikir verilir, zibil qutuları artırılır. Bədəlan, Çaxırlı, Göyəçöl ərazilərində zibil qutuları artırılmayıb. Xırmandalı, Kolatan, Lürən, Miyənkü, Türkoba, Yeddioymaq inzibati-ərazi dairələrində hələ zibil qutuları qoyulmayıb. Masallıda kənd təsərrüfatı işlərinin gedişindən söhbət açan icra başçısı yay şumunun ləngidiyini diqqətə çatdırıb. Rayon üzrə indiyə kimi cəmi 2754 hektar sahədə yay şumu vurulub.Torpağın dincə qoyulduğunu qeyd edən rayon rəhbəri tezlklə nöqsanın aradan qaldırılmasını tövsiyə edib. Tütün tədarükündə işlərin yaxşı getdiyini, mövsüm ərzində sahələrdən 504 ton yaş tütün məhsulu yığıldığını, 22,2 ton quru tütün tədarük edildiyini müşvirə iştirakmılarının nəzərinə çatdırıb. Bundan əlavə rayon rəhbəri suvarmadan düzgün istifadə olunmadığını, sudan qənaətlə istifadə olunmasını və qarşıdan çəltik yığımı yaxınlaşdığını bildirib. Rayon üzrə qurumuş 3452 ədəd tut ağacının yerində yenilərinin əkiləcəyini və yeni ağacların Çin Xalq Respublikasından gətiriləcəyini bildirərək ağaclara qulluqda diqqətli olmağı töviyə edib. Onlayn müşavirəni yekunlaşdıran Masallı RİH başçısı Şahin Məmmədov Milli Orduya payız çağırışı, işıq, qaz və su pulunun yığılması, torpaqların qanunsuz zəbt olunması və s. məsələlərlə əlaqədar öz tapşırıq və tövsiylərini verib. “Yeni həyat”, |