• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda geniş tərkibdə növbəti videomüşavirə keçirilib

    Masallıda geniş tərkibdə növbəti videomüşavirə keçirilib

    Masallıda geniş tərkibdə növbəti videomüşavirə keçirilib 

    Sentyabrın 3-də Masallı Rayon İcra Hakimiyyəti başçısı yanında geniş tərkibdə növbəti onlayn müşavirə keçirilib.
    Virtual müşavirədə rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədov, aparatının əməkdaşları, hüquq-mühafizə orqanları, idarə və müəssisə rəhbərləri, RİHB-nin inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, məktəb direktorları, dini icma sədrləri və imamları, fəal gənclər, mobil qrupların rəhbərləri və digər ictimaiyyət nümayəndələri daxil olmaqla ümumilikdə 547 nəfər iştirak edib.
    Müşavirəni açan Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov RİHB aparatının Hüquq şöbəsinin müdiri Məmmədhüseyn Hüseynovun vəzifəsindən azad olunaraq rayon İcra hakimiyyəti başçısının I müavini vəzifəsinə təyin olunması münasibətilə onlayn iştirakçılarına təqdim edib.
    Rayon rəhbəri cənab Şahin Məmmədov Məhərrəm ayı və “Aşura” gününü ölkə rəhbərinin tapşırığına və hökumətin tələblərinə uyğun pandemiya şəraitində doğru-düzgün yerinə yetirdiyinə görə Masallı vətəndaşlarına, hüquq-mühafizə orqanlarının rəhbərlərinə, dindarlarına, məsul şəxslərə və onların timsalında 230 minə yaxın əhalisi olan rayon sakinlərinin hər birinə minnətdarlığını bildirib, eyni zamanda Məhərrəmlik mərasimlərində, yas məclislərində qadınların kütləvi toplaşmasına imkan verilmədiyini vurğulayıb. Müşavirəə rayon rəhbəri bildirib ki, ərazi nümayəndəlikləri və bələdiyyələr, dindarlar və digər vətəndaşların bu məsələyə ciddi yanaşmasının nəticəsidir ki, bütün bacarıq və məsuliyyətimizlə, sağlamlığımızı riskə atmadan, Operativ Qərərgahın tələb və tövsiyələrinə riayət etməklə bu çətin sınaq dövründən alnıaçıq, üzüağ çıxdıq. QMİ-nin Qazılar Şurasının bəyan etdiyi kimi Operativ Qərərgahın qərarına əsasən bu il Məhərrəm ayı və «Aşura» ilə əlaəqdar Masallının məscid və ziyarətgahlarında təziyə mərasimləri keçirilməyib.
    İcra başçısı Məhərrəm ayı və «Aşura» dönəmində ibadət və dualarımızda Kərbəla şəhidləri ilə yanaşı ərazi bütövlüyümüz uğrunda canlarından keçən bütün Vətən övladlarının əziz xatirəsini yad etməklə, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyilə torpaqlarımızın işğaldan tezliklə azad olunacağını diqqətə çatdırıb.
    Onlayn müşavirədə Masallı rayon Prokuroru Vəli Mustafayev, rayon Polis Şöbəsinin rəisi Habil Əmiraslanov, Dövlət Təhlükəsizlik Xidmətinin rayon şöbəsinin rəisi Emin Süleymanov və başqaları pandemiya dövründə bütün qanun-qaydalara, dini ayinlərə riayət edən və anlaqlı yanaşan Masallı sakinlərinə təşəkkür ediblər.
    Videomüşavirədə digər məsələlərdən söhbət açan rayon rəhbəri qeyd edib ki, Ərkivan qəsəbə, Xıl, Köhnə Alvadı, Viləş Qızılavar, Mahmudavar, Musaküçə, Sərçuvar, Sığdaş, Şərəfə, Təzə Alvadı, Təzəkənd, Səmidxan, Yeyənkənd kəndlərində təmizliyə, səliqə-sahmana ciddi fikir verilir, zibil qutuları artırılır. Bədəlan, Çaxırlı, Göyəçöl ərazilərində zibil qutuları artırılmayıb. Xırmandalı, Kolatan, Lürən, Miyənkü, Türkoba, Yeddioymaq inzibati-ərazi dairələrində hələ zibil qutuları qoyulmayıb.
    Masallıda kənd təsərrüfatı işlərinin gedişindən söhbət açan icra başçısı yay şumunun ləngidiyini diqqətə çatdırıb. Rayon üzrə indiyə kimi cəmi 2754 hektar sahədə yay şumu vurulub.Torpağın dincə qoyulduğunu qeyd edən rayon rəhbəri tezlklə nöqsanın aradan qaldırılmasını tövsiyə edib. Tütün tədarükündə işlərin yaxşı getdiyini, mövsüm ərzində sahələrdən 504 ton yaş tütün məhsulu yığıldığını, 22,2 ton quru tütün tədarük edildiyini müşvirə iştirakmılarının nəzərinə çatdırıb. Bundan əlavə rayon rəhbəri suvarmadan düzgün istifadə olunmadığını, sudan qənaətlə istifadə olunmasını və qarşıdan çəltik yığımı yaxınlaşdığını bildirib.
    Rayon üzrə qurumuş 3452 ədəd tut ağacının yerində yenilərinin əkiləcəyini və yeni ağacların Çin Xalq Respublikasından gətiriləcəyini bildirərək ağaclara qulluqda diqqətli olmağı töviyə edib.
    Onlayn müşavirəni yekunlaşdıran Masallı RİH başçısı Şahin Məmmədov Milli Orduya payız çağırışı, işıq, qaz və su pulunun yığılması, torpaqların qanunsuz zəbt olunması və s. məsələlərlə əlaqədar öz tapşırıq və tövsiylərini verib.

    “Yeni həyat”,      
    www.yeniheyet.az

     

     

    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 18:43 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 15-31 iyul 2025-ci il
    2. 18:41 Masallının yollarında təmir işləri davam etdirilir 15-31 iyul 2025
    3. 18:38 Masallıda 15-31 iyul 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    4. 18:09 Masallıda abadlıq və xeyriyyə işləri 15-31 iyul 2025
    5. 11:43 Rayonun Kolatan-Xanalıyan avtomobil yolu bərpa edilir
    6. 11:24 Masallıda rayon rəhbərinin şəhidlərə diqqəti 30.07.2025
    7. 11:22 Masallıda rayon rəhbərinin 31 iyul 2025-ci il tarixli vətəndaş qəbulu
    8. 16:37 Dil - insanları birləşdirən ünsiyyət vasitəsidir
    9. 15:46 Masallı DAİM-də dəyirmi masa
    10. 16:17 Masallıda kartofçuluq və taxılçılıqla bağlı müşavirə
    11. 17:53 Rayonun Çayqıraq kəndinin yolu təmir edilir
    12. 17:50 Masallıda şəhid Sübhan Həsənovun doğum günü anılıb
    13. 15:28 Masallıda rayon rəhbərinin şəhid ailələri ilə növbəti görüşü-25.07.2025
    14. 13:37 Masallıda 2025-cü ilin avqust ayına olan səyyar-görüş qəbulları barədə
    15. 17:30 Masallıda “II Regional Gənclər Festivalı” keçirilmişdir
    16. 10:45 Masallıda rayon rəhbərinin 24 iyul 2025-ci il tarixli vətəndaş qəbulu
    17. 19:34 Prezident İlham Əliyevin 3-cü Beynəlxalq Media Forumundakı Çıxışı: Yeni Reallıqlar və Qlobal Media Perspektivi
    18. 16:35 III  Şuşa Qlobal Media Forumu təkcə regional deyil, eyni zamanda, beynəlxalq əhəmiyyət daşıyan bir platforma kimi çıxış etdi
    19. 15:10 Masallının Yeyənkənd kəndində 23 iyul 2025-ci il tarixdə səyyar qəbul
    20. 15:05 Masallının Yeyənkənd ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 23.07.2025
    21. 11:05 III Şuşa Qlobal Media Forumu Qlobal baxışların kəsişdiyi strateji platformadır
    22. 23:30 Azərbaycan sağlam əməkdaşlığa hər zaman açıq olub
    23. 15:10 Masallıda 2025-ci ildə kartof məhsuldarlığı
    24. 14:36 Milli Mətbuat Günü ilə bağlı dəyirmi masa - MASALLIDA
    25. 13:58 Masallıda “Maariflənmə, müasirləşmə, ümummilli məqsədlərin təbliğində milli mətbuat və jurnalistikanın rolu” mövzusunda tədbir
    26. 12:03 Azərbaycan milli mətbuatının 150 illik yubileyidir
    27. 23:00 Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumunda çıxış etmişdir
    28. 17:30 Azərbaycan milli mətbuatının 150 illik yolu
    29. 23:30 22 İyul Milli Mətbuat Günü ilə əlaqədar
    30. 23:30 22 iyul Milli Mətbuat günü
    31. 10:06 Qəzet dövlət arxivi, dövlətçilik tarixidir
    32. 23:00 22 iyul Milli Mətbuat Günü 
    33. 16:16 AZƏRBAYCAN MƏTBUATI TARİXƏ İZ SALIB
    34. 15:48 Sığdaş kəndində əhalinin içməli su ilə təminatı yaxşılaşdırılır
    35. 14:18 Masallıda Mənzil Kommunal Təsərrüfatı İstehsalat birliyi tərəfindən genişmiqyaslı abadlıq işləri 
    36. 11:06 Azərbaycan mətbuatı – 150
    37. 09:05 Azərbaycan Milli mətbuatının davamlı inkişafı
    38. 18:19 150 yaşlı milli mətbuatımız və biz
    39. 16:47 Boradigah qəsəbəsində çay və suaparıcı kanallarda təmizlik işləri aparılır 
    40. 16:45 Rayonun Xıl-Sirəbil yolu təmir edilir
    «    İyul 2025    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
    DÜNYA XƏBƏRLƏRİ