Главная > Siyasət > ANDINA, SÖZÜNƏ SAHİB – TORPAĞI VƏTƏNLƏŞDİRƏNLƏR
ANDINA, SÖZÜNƏ SAHİB – TORPAĞI VƏTƏNLƏŞDİRƏNLƏR10-01-2021, 09:00. Разместил: yeni321 |
![]() Xüsusi təyinatlı cəsur zabit SAHİB ŞİRƏLİYEV “Azərbaycan Bayrağı” ordenli, “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medallı şəhid baş leytenant Sahib Yusif oğlu Şirəliyev Masallı rayonunun Ərkivan qəsəbəsində (Ramazanlı küçəsində) anadan olub. Ötən payızda, oktyabrın 18-də 25 yaşı tamam olmuşdu. Subay idi... S.Şirəliyev orta təhsilini Bakı şəhərində yerləşən Ağdam rayon 28 nömrəli tam orta məktəbində alıb. Əlaçı olub, nizam-intizamı, fərdi xüsusiyyətləri ilə həmyaşıdlarından seçilib. Məktəb illərində boks idman növünə, hərb sənətinə maraq göstərib. Səkkizinci sinifdən C.Naxçıvanski adına Hərbi Liseyinə sənəd verib, 202 bal toplasa da qəbul ola bilməyib. 2013-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2017-ci ildən Naxçıvan Muxtar Respublikasında, Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlı zabiti kimi vətənə qulluq edirdi. Nümunəvi xidməti, xüsusi təyinatlı qruplar arasında keçirilən yarışlarda öncüllüyü ilə fərqlənib, dəfələrlə Fəxri fərman və diplomlarla mükafatlanıb. ![]() ![]() Ananın son cümlələri isə axıtdığı göz yaşları ilə ifadə edilir. O, övladının yarımçıq bitən taleyinə acıyır... Sahibin zəngin şəxsi kitabxanası varmış. Bədii ədəbiyyat, xüsusilə şeir həvəskarıymış. Ən çox Nizami Gəncəvinin əsərlərini mütaliə edərmiş. Təsadüf, yoxsa... 2021-ci il Azərbaycanda “Nizami Gəncəvi ili” elan edilib. ![]() Yeganə qardaşının yoxluğu ilə barışa bilməyən Əlini qəhər boğur. Təsəlli tapır ki, Sahib Vətən uğrunda şəhid olub. ![]() Bu gün şəhid zabitimiz Sahib Şirəliyevdən tarixə yazılacaq qəhrəmanlıq dastanı geridə qalıb. Bu şərəfli salnaməni yazmaqda bizə onunla çiyin-çiyinə vuruşan igid hərbçi, qazi yoldaşları yardımçı oldu. Sahibin xidmət etdiyi hərbi hissənin qərargah rəisi, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli mayor Nəsir Zeyniyev: “Əsgər və zabit heyətimiz cəbhəyə mərhələli şəkildə göndərilirdi. Oktyabrın 11-də, Hadrut istiqamətindən döyüşlərə qatıldıq. Qəsəbənin və ətraf yüksəkliklərin ![]() ![]() ![]() “Döyüşdə fərqlənməyə görə” medallı baş gizir Kamran İbrahimov: “Tuğ kəndini aldıqdan sonra arama-tarama işlərini yekunlaşdırıb, ərazini təmizlədik. Sonra Qarabulaq kəndini, ərazidəki yüksəkliyi işğaldan azad etdik...Yeni tapşırığa əsasən Şuşa tərəfə irəlilədik. Bir neçə gün piyada yol getdik. Şuşa-Laçın yolunun 6-7 kilometrliyində döyüşə hazırlıq tədbirlərinə başladıq. Laçın dəhlizinə çatanda səhər saat 5-in yarısı idi... Düşmənlə qızğın atışmalar zamanı yaralanan zabitimizə ilk tibbi yardımı Şirəliyev göstərdi. Saatyarımlıq şiddətli döyüşlərdə yaralı və şəhidlərimiz olsa da dəhlizi, dəhlizin üstündəki yüksəkliyi ələ keçirtdik. Ağır artilleriya atəşlərinə məruz qalsaq da irəliləyirdik. Hətta kimsə “Şirəliyev, irəli, yoxsa geri?” soruşduqda, o, “yalnız irəli getməliyik” deyə, əmr etdi. Hədəfimiz Şuşa şəhəri idi. O səmtə istiqamətləndik. Qarşıda bizi tələyə salacağını düşünən hiyləgər yağını yenə də peşiman etdik. Düşmənin xeyli canlı qüvvəsi və hərbi texnikasını məhv etdik. İki ədəd BMP-ni yararsız hala salaraq qənimət götürdük. Lakin yarımsaatlıq ağır vuruşda cəsur və təmkinli qrup komandirimizi – baş leytenant Sahib Şirəliyevi itirdik. Əvvəlcə elə bildim ki, qaya arxasında mövqe tutub. Çağırdım hay vermədi. Yaxınlaşanda arxası üstdə yerə uzanan cansız bədənini gördüm. Sol çiynindən yapışıb özümə tərəf çəkdim. Güllə baş nahiyəsindən dəymişdi. Titrəm-titrəm əsən əlimi uzadıb gözlərini basanda hansı hisslər keçirdiyimi bir Allah bilir...” *** ![]() Dəfn mərasimində şəhidin tabutuna bükülmüş üçrəngli dövlət bayrağımız qardaşına təqdim edilib. Şəhid baş leytenant Sahib Yusif oğlu Şirəliyev respublikamızın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüşlərdə fədakarlığı, yüksək peşəkarlıqla rəhbərliyi, düşmənin canlı qüvvəsi və döyüş texnikasının məhv edilməsindəki rəşadəti və öz vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə görə, Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. *** ![]() Övlad itirmək nə qədər ağır olsa da, zəfər sevinci Şirəliyevlər ailəsini ovundurur. Vətənin keşiyinə qorxmaz, bacarıqlı iki hərbçi oğul böyüdüb göndərən Yusif ata, Şölə ana, başınızı dik saxlayın, oğlunuz qəhrəmanlıq tarixi yazdı! Sizin timsalınızda bütün qəhrəman döyüşçü və şəhidlərimizin valideynləri qarşısında baş əyirik ki, belə vətənpərvər oğullar böyütmüsünüz. Vətəni canı bahasına bütöv edən Sahib kimi şəhidlərimizin sayəsində nəinki düşmənlərimiz, bütün dünya Azərbaycan dövlətinin və ordusunun gücünü bir daha gördü. Ruhun şad olsun, şəhidim! Müqəddəs mübarizən Şanlı Qələbəmizlə yekunlaşdı. Uca məqamınla fəxr edirik! Fəxr edirik ki, andına sadiq, sözünə sahib çıxdın, müqəddəs qanını axıtdığın torpağı vətənləşdirdin. AKİF AĞAYEV, “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |