• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » ANDINA, SÖZÜNƏ SAHİB – TORPAĞI VƏTƏNLƏŞDİRƏNLƏR

    ANDINA, SÖZÜNƏ SAHİB – TORPAĞI VƏTƏNLƏŞDİRƏNLƏR

     
    Xüsusi təyinatlı cəsur zabit SAHİB ŞİRƏLİYEV

    “Azərbaycan Bayrağı” ordenli, “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medallı şəhid baş leytenant Sahib Yusif oğlu Şirəliyev Masallı rayonunun Ərkivan qəsəbəsində (Ramazanlı küçəsində) anadan olub. Ötən payızda, oktyabrın 18-də 25 yaşı tamam olmuşdu. Subay idi...
    S.Şirəliyev orta təhsilini Bakı şəhərində yerləşən Ağdam rayon 28 nömrəli tam orta məktəbində alıb. Əlaçı olub, nizam-intizamı, fərdi xüsusiyyətləri ilə həmyaşıdlarından seçilib. Məktəb illərində boks idman növünə, hərb sənətinə maraq göstərib. Səkkizinci sinifdən C.Naxçıvanski adına Hərbi Liseyinə sənəd verib, 202 bal toplasa da qəbul ola bilməyib. 2013-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2017-ci ildən Naxçıvan Muxtar Respublikasında, Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlı zabiti kimi vətənə qulluq edirdi. Nümunəvi xidməti, xüsusi təyinatlı qruplar arasında keçirilən yarışlarda öncüllüyü ilə fərqlənib, dəfələrlə Fəxri fərman və diplomlarla mükafatlanıb.
    Valideynləri onun hələ yeniyetməlik illərindən cəsurluğu, vətənpərvərliyi ilə seçildiyini vurğulayırlar. Atası Yusif deyir ki, açığı, əvvəllər nəslimizdə hərbçi olmamışdı. Sahib isə uşaqlıqdan, məktəb illərindən hərbi-vətənpərvərlik verilişlərini həvəslə izləyərdi. İllər ötdükcə oğlumda bu peşəyə maraq daha da artdı və qəti qərarını verdi. Savadına, biliyinə görə başqa ixtisas da seçə bilərdi. Etiraf edim ki, təkid eləsək də onu fikrindən daşındıra bilmədik. Peşə seçimində qəti olan Sahiblə razılaşmalı olduq. Kursant olduğu müddətdə dəfələrlə təşəkkürnaməyə layiq görülüb. Soruşanda cavab verərdi ki, çətin də olsa, şərəfli, əsl kişi sənətidir. Naxçıvanda olanda onunla əlaqə saxlayırdım. Elə müharibə başlayan ilk gündən  səbirsizlənirdi ki, tezliklə döyüşlərə qatılsın. Sanki məndə bir arxayınlıq yaranmışdı ki, Sahib istənilən ağır döyüşdən sağ çıxmağı bacaracaq. Lakin...
    Şölə ana üçün danışmaq çətin olsa da özünü toxdadır: “İstəyirdik ki, ailə qursun. Gözaltısı da vardı. Sahib cəbhəyə yollanandan həsrətim artdı, dua etməkdən savayı özgə əlacım qalmadı. Nələr arzulayırdıq, nələrlə qarşılaşdıq.”
    Ananın son cümlələri isə axıtdığı göz yaşları ilə ifadə edilir. O, övladının yarımçıq bitən taleyinə acıyır...
    Sahibin zəngin şəxsi kitabxanası varmış. Bədii ədəbiyyat, xüsusilə şeir həvəskarıymış. Ən çox Nizami Gəncəvinin əsərlərini mütaliə edərmiş.  Təsadüf, yoxsa... 2021-ci il Azərbaycanda “Nizami Gəncəvi ili” elan edilib.
       Şəhidin 22 yaşlı qardaşı Əli də taleyini hərbə bağlayıb. Bakı Dəmir Yolu Nəqliyyatı  Texnikumunu bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb. Daxili Qoşunların tərkibində ilyarım xidmətdən sonra müddətdən artıq xidmət etməyə qərar verib. Əli döyüşlərdən öncə qardaşı ilə son danışığını belə xatırlayır: ”Dedi ki, ailədən muğayat ol! Çünki bilmək olmaz evə necə dönəcəm – qalib, qazi, yoxsa şəhid kimi. Qismətində şəhidlik varmış Sahibin. Həm qardaşım, həm də yaxın dostum idi. Bir-birimizə çox alışmışdıq. Elə bil, heç yox imiş.”
    Yeganə qardaşının yoxluğu ilə barışa bilməyən Əlini qəhər boğur. Təsəlli tapır ki, Sahib Vətən uğrunda şəhid olub.
     
         Bu gün şəhid zabitimiz Sahib Şirəliyevdən tarixə yazılacaq qəhrəmanlıq dastanı geridə qalıb. Bu şərəfli salnaməni yazmaqda bizə onunla çiyin-çiyinə vuruşan igid hərbçi, qazi yoldaşları yardımçı oldu.
    Sahibin xidmət etdiyi hərbi hissənin qərargah rəisi,  3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli mayor Nəsir Zeyniyev: “Əsgər və zabit heyətimiz cəbhəyə mərhələli şəkildə göndərilirdi. Oktyabrın 11-də, Hadrut istiqamətindən döyüşlərə qatıldıq. Qəsəbənin və ətraf yüksəkliklərin
    azad edilməsində Sahib və rəhbərlik etdiyi xüsusi təyinatlı qrup (12 nəfərlik heyətlə) xüsusi fədakarlıq göstərdi. Hadrut döyüşlərində bir neçə düşməni şəxsən özü məhv etdi. Şəhid və yaralılarımız olsa da, qarşı tərəfin sıx yerləşdiyi və güclü müdafiə olunduğu, eləcə də Hadrutu nəzarətdə saxlayan “Xaç” vacib yüksəkliyinin alınmasında S.Şirəliyevin xidməti əvəzsizdir. Onun rəhbərlik etdiyi bu uğurlu əməliyyatdan sonra qəsəbədə bölmələrimizin şəxsi heyət və döyüş texnikasının rahat hərəkəti təmin edildi...”    
    Sahibin kursant yoldaşı və onunla eyni taborda xidmət edən qrup komandiri, “Hərbi xidmətlərə görə” medallı baş leytenant Minətulla Bayramov: “Qırmızı Bazar istiqamətində, dağlıq-meşəlik ərazilərlə 2 gecə, 1 gün yol getdik. Bu əməliyyatdakı ilk tapşırığımız yaşayış məntəqəsinin giriş və çıxış qapılarını bağlamaq oldu. Qəsəbəyə çatdıqda ətrafı mövqelədik, bərabər paylanaraq yol kənarı boyunca yerləşdik. Munamyot atəşinə tutulsaq da ordu birləşmələrimizlə birgə düşmənə sarsıdıcı zərbələr endirdik. Hədəf qəsəbənin tam alınması idi. Qrupumuzdan 4 nəfər yaralandı, mən sağ qolumdan güllə yarası aldım – hospitala təxliyə olundum. Bütün məsuliyyət və ağırlıq Şirəliyevin üzərində qaldı...”
       
    “Döyüşdə fərqlənməyə görə” medallı baş gizir Kamran İbrahimov: “Tuğ kəndini aldıqdan sonra arama-tarama işlərini yekunlaşdırıb, ərazini təmizlədik. Sonra Qarabulaq kəndini, ərazidəki yüksəkliyi işğaldan azad etdik...Yeni tapşırığa əsasən Şuşa tərəfə irəlilədik. Bir neçə gün piyada yol getdik. Şuşa-Laçın yolunun 6-7 kilometrliyində döyüşə hazırlıq tədbirlərinə başladıq. Laçın dəhlizinə çatanda səhər saat 5-in yarısı idi...
    Düşmənlə qızğın atışmalar zamanı yaralanan zabitimizə ilk tibbi yardımı Şirəliyev göstərdi. Saatyarımlıq şiddətli döyüşlərdə yaralı və şəhidlərimiz olsa da dəhlizi, dəhlizin üstündəki yüksəkliyi ələ keçirtdik. Ağır artilleriya atəşlərinə məruz qalsaq da irəliləyirdik. Hətta kimsə “Şirəliyev, irəli, yoxsa geri?” soruşduqda, o, “yalnız irəli getməliyik” deyə, əmr etdi. Hədəfimiz Şuşa şəhəri idi. O səmtə istiqamətləndik. Qarşıda bizi tələyə salacağını düşünən hiyləgər yağını yenə də peşiman etdik. Düşmənin xeyli canlı qüvvəsi və hərbi texnikasını məhv etdik. İki ədəd BMP-ni yararsız hala salaraq qənimət götürdük. Lakin yarımsaatlıq ağır vuruşda cəsur və təmkinli qrup komandirimizi – baş leytenant Sahib Şirəliyevi itirdik.
    Əvvəlcə elə bildim ki, qaya arxasında mövqe tutub. Çağırdım hay vermədi. Yaxınlaşanda arxası üstdə yerə uzanan cansız bədənini gördüm. Sol çiynindən yapışıb özümə tərəf çəkdim. Güllə baş nahiyəsindən dəymişdi. Titrəm-titrəm əsən əlimi uzadıb gözlərini basanda hansı hisslər keçirdiyimi bir Allah bilir...”
                                                                 ***
     Şuşa uğrunda döyüşlərdə canını qurban verən qəhrəman hərbçimiz noyabrın 14-də, doğulduğu Ərkivan qəsəbəsində torpağa tapşırılıb. Həmyerlisi,  Tovuz döyüşlərində şəhid olmuş mayor Anar Novruzovun məzarının yanında dəfn edilib.
    Dəfn mərasimində şəhidin tabutuna bükülmüş üçrəngli dövlət bayrağımız qardaşına təqdim edilib.
    Şəhid baş leytenant Sahib Yusif oğlu Şirəliyev respublikamızın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüşlərdə fədakarlığı, yüksək peşəkarlıqla rəhbərliyi, düşmənin canlı qüvvəsi və döyüş texnikasının məhv edilməsindəki rəşadəti və öz vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə görə, Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
                                                              ***

    Övlad itirmək nə qədər ağır olsa da, zəfər sevinci Şirəliyevlər ailəsini ovundurur. Vətənin keşiyinə qorxmaz, bacarıqlı iki hərbçi oğul böyüdüb göndərən Yusif ata, Şölə ana, başınızı dik saxlayın, oğlunuz qəhrəmanlıq tarixi yazdı! Sizin timsalınızda bütün qəhrəman döyüşçü və şəhidlərimizin valideynləri qarşısında baş əyirik ki, belə vətənpərvər oğullar böyütmüsünüz.
    Vətəni canı bahasına bütöv edən Sahib kimi şəhidlərimizin sayəsində nəinki düşmənlərimiz, bütün dünya Azərbaycan dövlətinin və ordusunun gücünü bir daha gördü.
    Ruhun şad olsun, şəhidim! Müqəddəs mübarizən Şanlı Qələbəmizlə yekunlaşdı. Uca məqamınla fəxr edirik! Fəxr edirik ki, andına sadiq, sözünə sahib çıxdın, müqəddəs qanını axıtdığın torpağı vətənləşdirdin.

    AKİF AĞAYEV,                                            
    “Yeni həyat”,       
    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    2. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    3. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    4. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    5. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    6. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    7. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    8. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    9. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    10. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    11. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    12. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    13. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    14. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    15. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    16. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    17. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    18. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    19. 11:15 DİQQƏT! DİQQƏT!
    20. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    21. 13:51 Masallı rayonunun 95-ci ili
    22. 13:48 Masallı rayon İcra Hakimiyyəti başçısının təbriki
    23. 17:16 Masallıda rayon rəhbərinin 07 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    24. 17:33 Masallının Şıxlar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 06.08.2025
    25. 17:30 Masallının Şıxlar kəndində 06 avqust 2025-ci il tarixdə səyyar qəbul
    26. 21:47 Elçinə ağı - Xalq yazıçısı Anar yazır
    27. 15:25 MASALLI RAYONUNUN SOSİAL İQTİSADİ İNKİŞAFININ MAKROİQTİSADİ GÖSTƏRİCİLƏRİ AÇIQLANMIŞDIR - STATİSTİKA
    28. 07:36 Boradigah qəsəbəsində şəhid ailəsi üçün təmir edilən evə baxış keçirilib
    29. 07:35 Rayon rəhbəri Boradigah qəsəbəsində görülən işlərlə tanış oldu
    30. 11:53 Ana dilimiz tarixdən gələn səsimizdir
    31. 23:30 Ana dilimiz tarixdən gələn səsimiz, gələcəyə gedən yolumuzdur
    32. 16:27 Rayon rəhbəri xəstəxanada şəhid ailəsini ziyarət etdi-01.08.2025
    33. 23:30 Prezident İlham Əliyev Azərbaycan dili haqqında
    34. 18:43 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 15-31 iyul 2025-ci il
    35. 18:41 Masallının yollarında təmir işləri davam etdirilir 15-31 iyul 2025
    36. 18:38 Masallıda 15-31 iyul 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    37. 18:09 Masallıda abadlıq və xeyriyyə işləri 15-31 iyul 2025
    38. 11:43 Rayonun Kolatan-Xanalıyan avtomobil yolu bərpa edilir
    39. 11:24 Masallıda rayon rəhbərinin şəhidlərə diqqəti 30.07.2025
    40. 11:22 Masallıda rayon rəhbərinin 31 iyul 2025-ci il tarixli vətəndaş qəbulu
    «    Avqust 2025    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031
    DÜNYA XƏBƏRLƏRİ