• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » ÖLÜMSÜZLÜYƏ QOVUŞAN ELMİR

    ÖLÜMSÜZLÜYƏ QOVUŞAN ELMİR

    ÖLÜMSÜZLÜYƏ QOVUŞAN ELMİR
     
    Ölkə Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Elmir Gündüz oğlu Akifzadə (ölümündən sonra) “Vətən uğrunda“ medalı ilə təltif olunub.
     
                                                                    ***
    44 günlük Vətən müharibəsində Azərbaycanın mərd oğulları öz canlarını 30 ildir ki, sinəsi mərmidən göynəyən ana torpağa sipər etdilər.
    Erməni təcavüzü və terrorizminə qarşı ölüm-dirim mübarizəsinə qalxan igidlərimiz torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçdilər. Yeni qəhrəmanlıq salnaməsində imzası olan şəhidlərimizdən biri də Masallı rayonunun Bambaşı kəndində dünyaya göz açan Elmir Akifzadədir.
    Vətən müharibəsi başlayanda təsəcə 24 yaşına qədəm qoymuşdu. Ailənin tək oğlu idi.
    Elmir Akifzadə 2015-ci ildə şəhid Cavanşir Qasımov adına Bambaşı kənd tam orta məktəbini bitirib. Həmin ilin oktyabr ayından Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət etməyə başlayıb. Xidməti müddətində özünü nizam-intizamlı, çətinliklərin öhdəsindən asanlıqla gələn qorxmaz, cəsur əsgər kimi göstərib. Hərbi hissədə 1-ci tabor minaatan batareyanın 1-ci taqımının 1-ci heyətinin minaatan komandiri olub.
    Elmir 2016-cı ilin Aprel döyüşlərində mərdliklə iştirak edib, verilən tapşırıqları layiqincə yerinə yetirib – Fəxri Fərman və Təşəkkürnamə ilə təltif olunub.
    Hərbi xidmətdən qayıtdıqdan sonra, 2018-ci ildə Rusiya Federasiyasının Kazan şəhərinə yollanan Elmir elə həmin ildə də Kazan Dövlət Universitetinin Maliyyə-iqisad fakültəsinə daxil olub.
    2020-ci ilin iyul ayında mənfur düşmənin ölkəmizə növbəti təxribatı zamanı Tovuz döyüşlərində iştirak emək üçün təhsilini yarımçıq qoyub Azərbaycana geri dönüb, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinə müraciət edib.
    Tovuz döyüşləri zamanı komandiri olmuş mayor Anar Novruzovun şəhid olması intiqam hissi ilə alovlanan Elmirin düşmənə nifrətini daha da artırıb. Yenidən könüllü əsgər kimi torpaqlarımızın müdafiəsinə qalxıb. Sentyabrın 29-dan Vətən müharibəsinə qatılıb, Füzuli rayonunun azad olunmasında böyük şücaət göstərib, qorxmadan düşmən üzərinə irəliləyib, qarşı tərəfin bir sıra mövqelərinə sarsıdıcı zərbələr endirib.
    Elmir Akifzadə oktyabrın 7-də Xocavənd rayonunun Hadrut yaşayış məntəqəsi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Doğulduğu kənddə torpağa tapşırılıb – Vətən torpağına qarışmaqla müqəddəs yurdun bir parçasına çevrilib...

    AKİF AĞAYEV,
    “Yeni həyat”,        
    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:55 Azərbaycan Prezidentinə yazırlar
    2. 16:53 Azərbaycan Prezidentinə yazırlar
    3. 16:52 Azərbaycan Prezidentinə yazırlar
    4. 16:49 Azərbaycan Prezidentinə yazırlar
    5. 16:47 Azərbaycan Prezidentinə yazırlar
    6. 16:45 Azərbaycan Prezidentinə yazırlar
    7. 15:46 Ömrünü Masallının inkişafına həsr edən ata və oğulun  qısa, maraqlı tarixçəsi
    8. 15:36 Masallıda rayon rəhbərinin 18 sentyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    9. 10:38 Antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdi
    10. 10:34 30 İLDƏN SONRA YARANMIŞ  AĞDƏRƏ RAYONU
    11. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    12. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    13. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    14. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    15. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    16. 12:28 Vətənə xidmətdə keçən ömür
    17. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    18. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    19. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    20. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    21. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    22. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    23. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    24. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    25. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    26. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    27. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    28. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    29. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    30. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    31. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    32. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    33. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    34. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    35. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    36. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    37. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    38. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    39. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    40. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ