• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Şəhid zabitimiz Anar Novruzovla Masallıda vida mərasimi keçirildi

    Şəhid zabitimiz Anar Novruzovla Masallıda vida mərasimi keçirildi

    Şəhid zabitimiz Anar Novruzovla Masallıda vida mərasimi keçirildi

    Vətən torpağını ona halal etdi

    İyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində şiddətli döyüşlər davam edib. Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı bölmələrimizin gördüyü cavab tədbirləri nəticəsində böyük itkilər verən düşmən geri çəkilməyə məcbur olub.
    Döyüş zamanı düşmən hücumunun qarşısını alarkən Azərbaycan Ordusunun zabiti, Masallı rayonunun Ərkivan qəsəbə sakini, 1976-cı il təvəllüdlü mayor Novruzov Anar Gülverdi oğlu şəhid olub.
    İyulun 14-də Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan hərbçimizin nəşi doğulduğu ünvana gətirilib.
    Şəhidin cənazəsini böyük izdihamla qarşılayan rayon sakinləri yollara çıxaraq ehtiramlarını bildirdilər.
    Şəhid hərbçi Ərkivan qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırıldı.
    Dəfn mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatının məsul işçiləri, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, Milli Məclisin deputatları Məşhur Məmmədov, Anar İsgəndərov, Cavanşır Paşazadə, Musa Qasımlı, İqbal Məmmədov, Razi Nurullayev, qəsəbə sakinləri, rayon ictimaiyyəti və KİV nümayəndələri, şəhidin doğmaları və hərbçi yoldaşları iştirak edirdi.
    Hazırkı pandemiya dövründə insanların təhlükəsizliyi nəzərə alınaraq dəfndə iştirak edən insanlara qoruyucu vasitələri paylanıldı.
    Son mənzilə aparılan şəhidi yol kənarlarında toplaşan minlərlə insan üçrəngli Vətən bayrağı ilə qarşılayıb, gül dəstələri ilə yola salırdı.
    Əsl ümumxalq, ordu birliyinin təntənəsinə, xalqımızın ölkə başçısı ətrafında daha sıx birləşməsinin ifadəsinə çevrilən bu vida mərasimində vətənpərvərlik, qəhrəmanlıq şüarları səslənirdi. Bu birlik nümayişi ilə minlərlə masallılının ölkə başçısının əmri ilə işğal olunmuş torpaqlarımızın hər an azad etməyə hazır olduqları ifadə olunurdu.

    Vida mərasimində çıxışına “Qisas andımızdır!” ifadəsi ilə başlayan Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov şəhidin ailəsinə dərin hüznlə başsağlığı verərək bildirdi ki, torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş bütün əsgərlərimizin qisası güclü və qüdrətli ordumuz tərəfindən düşməndən alınır. Bu gün Masallı 178-ci şəhid övladını torpağa tapşırır. Düşmən təxribatının qarşısını alarkən həyatını itirmiş cəsur həmyerlimiz Anar Novruzov izdihamla, son mənzilə yola salınır. Uğrunda canlar fəda edilən bu torpaq daha bir oğlunu qoynuna aldı. Vətən, torpaq sevgisi onu şəhidlik zirvəsinə ucaltdı. Vətənpərvərliyin ən ali məqamına yetişdi Anar.
    Bu qürurlu gündə gənclərimizi Anar kimi qəhrəmanlarımızdan nümunə götürməyə çağırıram.
    Sinəsini Ana Vətənimizə sipər edib məkrli düşmənə layiqli cavab verən şəhid mayorumuz Anar Novruzov kimi Azərbaycan oğlanlarının xatirəsi qədirbilən xalqımızın yaddaşında əbədi yaşayacaq!
    Eşq olsun əbədiyaşar Azərbaycan əsgərinə!
    Eşq olsun müzəffər Azərbaycan ordusuna!
    Millət vəkili Anar İsgəndərov çıxışında torpağımızın Anar kimi oğulların qanı ilə Vətən olduğunu vurğuladı: Tarix boyu həmişə şərəfli qəhrəmanlıq tarixi ilə öyünməyə haqqı olan Masallı, tarixi qədim Ərkivan millət uğrunda can verdiyi torpağa tapşırılan igid övladına vida borcunu verməyə gəlib. Hər birimiz müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda mübarizə aparan, xalqın azadlığını hər şeydən uca tutaraq şəhidlik məqamına ucalanların xatirəsini anmağa həmişə borcluyuq. Çünki bizlərdən ötrü canlarından keçən bu Vətən övladları sonsuz ehtirama, sevgi və məhəbbətə layiqdirlər.

    Sucəddin Novruzov şəhid qardaşı ilə fəxr etdiyini bildirdi: “Torpaqlarımızın bütövlüyü naminə şəhid olmaqdan çəkinməyən ürəkli bir gənc idi Anar. O, müqəddəs arzusuna çatdı. Qürurlanıram ki, Anar təkcə mənim deyil, hər bir soydaşımızın qardaşına çevrildi.”
    Şəhidin bacısı qızları - hərbçi Afaq və Səbirə Məmmədova bacıları, döyüşçü dostları şəhidə rəhmət dilədilər, əziz xatirəsinin daim qəlblərdə yaşayacağını bildirdilər, son damla qana qədər vuruşacaqlarına, şəhidlərimizin, Anarın qisasını alacaqlarına söz verdilər.
    Çıxış edənlər qüdrətli Azərbaycan Ordusunun düşmənə hər an tutarlı zərbə vurmağa hazır olduğunu, hərbçilərimizin, xalqımızın Respublika Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşdiyini diqqətə çatdırdılar.
    Ruhuna dualar oxunduqdan sonra şəhid mayorun nəşi uğrunda canından keçdiyi torpağa tapşırıldı.
    Şəhid mayorun tabutuna bükülmüş müqəddəs Azərbaycan Bayrağı əbədi olaraq saxlamaq üçün 13 yaşlı oğlu Hihada təhvil verildi.

    Qeyd edək ki, Anar Novruzov 12 may 1976-cı ildə Masallı rayonunun Ərkivan kəndində (Abaslı məhəlləsində) anadan olub. 7 bacı, 3 qardaşın sonbeşiyi idi. 1993-cü ildə Cəfər Cabbarlı adına Ərkivan kənd 1 nömrəli tam orta məktəbini, 1999-cu ildə isə Azərbaycan Ali Hərbi Məktəbini bitirib. 1994-1995-ci illərdə döyüş bölgələrində hərbi xidmətdə olub. Həmin vaxtdan son günədək ən qaynar döyüş bölgələrində olub, Vətənə xidməti borcunu ödəyib. Siyasi işlər üzrə Tabur komandirinin müavini vəzifəsinə kimi yüksəlib. Ermənistan ordusunun kabusuna çevrilən “Akula” ləqəbli kəşfiyyatçısı Anar Novruzov 25 il idi torpaqlarımızın keşiyində dayanırdı.
    Ana Vətən haqqın dərgahına qovuşan bu igid zabitimizi son mənzilə şəhid adına layiq şəkildə yola saldı.
    Ailəli idi, bir qız, bir oğlan övladı yadigar qaldı.
    ...Qəlbimizi dağa döndərən, riqqətə gətirən bu izdihamlı vida mərasimi sərhədlərimizin toxunulmazlığı üçün ayıq-sayıq dayanan bir əsgərin son yolçuluğu idi. Bu, Anar Novruzovun müqəddəs və şərəfli həyat yoludur.

     
     
    Əlihüseyn ŞÜKÜROV,
    Akif AĞAYEV,
    “Yeni həyat”,      
    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 17:23 Azərbaycan və Özbəkistan dövlətləri arasında imzalanmış sənədlər mühüm əhəmiyyət kəsb edir                   
    2. 12:45 Masallıda barama tədarükü yekunlaşdı
    3. 12:40 Masallıda Məhərrəm ayı ilə əlaqədar dəyirmi masa
    4. 12:37 Masallıda rayon rəhbərinin 03 iyul 2025-ci il tarixli vətəndaş qəbulu
    5. 17:04 Ziyalı işığında                                                                              
    6. 17:01 Masallının Qızılavar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 02.07.2025
    7. 16:59 Masallının Qızılavar kəndində 02 iyul 2025-ci il tarixdə səyyar qəbul
    8. 16:51 Masallıda Azərbaycan polisinin yaranmasının 107 illiyi qeyd olundu
    9. 17:07 Mahmudavar kəndində şəhid Ehtiram Abbasov adına küçəyə asfalt örtüyü döşənmişdir
    10. 17:05 Rayon rəhbəri şəhid anasını doğum günü münasibəti ilə evində ziyarət etdi
    11. 16:00 İyulun 4-də Baş prokuror Yardımlı rayonunda vətəndaşları qəbul edəcək
    12. 17:29 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-30 iyun 2025-ci il
    13. 17:28 Masallıda 01-30 iyun 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    14. 17:27 Masallının yollarında təmir işləri davam etdirilir 01-30 iyun 2025
    15. 17:25 Masallıda abadlıq və xeyriyyə işləri 01-30 iyun 2025
    16. 12:40 Masallıda 2025-cü ilin iyul ayına olan səyyar-görüş qəbulları barədə
    17. 09:39 Strateji tərəfdaşlıq əlaqələri
    18. 23:30 “8 Noyabr” elektrik stansiyasının açılışı  enerji siyasətinin yeni mərhələsidir  
    19. 23:30 Elektrik enerjisində stratejik əməkdaşlıq
    20. 18:16 Masallının Çaxırlı ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 25.06.2025
    21. 18:14 Masallının Çaxırlı kəndində 25 iyun 2025-ci il tarixdə səyyar qəbul
    22. 18:08 Masallı rayon İcra Hakimiyyətinə 4 yeni təyinat
    23. 12:49 Sığdaş kəndində ziyarətgah yolu cari təmir olundu
    24. 08:41 Azərbaycan əsgərinin vətənpərvərlik ruhu  
    25. 08:37 Mütəşəkkil ordu böyük tarixi xidmətlərdən biridir
    26. 23:30 H.Əliyev və  ordu quruculuğu   
    27. 20:06 Masallıda Məhərrəm ayının başlanması ilə əlaqədar ümumrayon tədbiri
    28. 20:02 Masallıda "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş tədbir keçirilib
    29. 19:56 Qalıb Azərbaycan Ordusu
    30. 17:38 Rayon rəhbəri Xəstəxanada şəhid atasını ziyarət etdi
    31. 17:35 Masallının Dövlət qulluqçuları Ulu Öndərin abidəsi önünə gül dəstələri düzdülər
    32. 17:29 Masallıda Dövlət Qulluqçularının Peşə bayramı günü münasibətilə tədbir
    33. 11:29 ŞANLI AZƏRBAYCAN ORDUSU
    34. 11:24 Masallıda dövlət qulluqçularının sayı açıqlanıb - STATİSTİKA
    35. 23:30 26 İyun-Azərbaycan Respublikasının Silahlı Qüvələri Günüdür
    36. 23:30 Azərbaycan ordusu qələbənin, sülhün və suverenliyin dayağıdır
    37. 16:07 Masallı rayon İcra Hakimiyyətinin şöbə müdiri medalla təltif olundu
    38. 10:00 Peşəkar ordumuz
    39. 23:30 Güclü Ordu-Güclü Dövlətin təməlidir
    40. 21:16 Azərbaycan dövlətinin gücü və qüdəti daha da möhkəmlənir
    «    İyul 2025    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
    DÜNYA XƏBƏRLƏRİ