• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Toy mağarına “Vağzalı” ilə deyil, “Azərbaycan əsgəri” marşının sədaları ilə daxil olan şəhid mayor Anar Novruzov

    Toy mağarına “Vağzalı” ilə deyil, “Azərbaycan əsgəri” marşının sədaları ilə daxil olan şəhid mayor Anar Novruzov

    Toy mağarına “Vağzalı” ilə deyil, “Azərbaycan əsgəri” marşının sədaları ilə daxil olan şəhid mayor Anar Novruzov
     
    “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının bir qrupu yüksək dövlət mükafatları ilə təltif olunublar. Onların arasında mayor Novruzov Anar Gülverdi oğlunun da adı var. O, ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
    Qarabağ müharibəsində Aprel qələbəsinin davamı kimi İyul döyüşlərindən sonra da Azərbaycan xalqı, dünyanın müxtəlif yerlərində yaşayan soydaşlarımız bir daha milli birlik, ordumuza, əsgər və zabitlərimizə həmrəylik nümayiş etdirdi.
    Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozması nəticəsində şəhid olmuş hərbi qulluqçumuz Novruzov Anar Gülverdi oğlu iyulun 14-də Masallı rayonunun Ərkivan qəsəbə qəbiristanlığında torpağa tapşırılıb.
    Aprel və İyul döyüşlərinin qəhrəmanı Anar Novruzov 1976-cı il mayın 12-də Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olub. Ailənin sonbeşiyi olan Anar qəsəbədəki C.Cabbarlı adına tam orta məktəbi əla qiymətlərlə bitirib.
    A.Novruzov 1993-cü ildə Bakı Neft Texnikumuna daxil olsa da, 6 aydan sonra işğal altında olan torpaqlarımızı geri qaytarmaq niyyəti ilə orduya yazılıb. Sonra təhsilini davam etdirib.
    1999-cu ildə Ali Birləşmiş Komandanlıq Məktəbini (indiki Heydər Əliyev adına Ali Hərbi Məktəbini) bitirib, “Taktiki motoatıcı qoşunları komandiri” ixtisasına yiyələnib. 1998-2013-cü illərdə ön cəbhə bölgələrində, 2013-2018-ci illərdə Sumqayıtda Vətənə xidməti borcunu ləyaqətlə yerinə yetirib.
    2016-cı ilin Aprel döyüşlərində iştirak edən igid zabit qəlpə yarası alıb, 2018-2020-ci illər ərzində ən qaynar döyüş bölgələrində olub.
    Türkiyədə mükəmməl peşəkar təlim keçən cəsur zabitimiz 25 ildən artıq hərb sahəsində çalışıb, siyasi işlər üzrə tabor komandirinin müavini vəzifəsinə kimi yüksəlib.
    Hündürboylu, sağlam bədənli Anar sanki hərb üçün doğulmuşdu. Xidmət etdiyi illərdə hərbi texnikanın sirlərini dərindən mənimsəyib. Snayperdən atdığı dəqiq atəşlə onlarla düşmən əsgər və zabitini məhv edib.
    Döyüş dostlarının dediyinə görə, tabeliyində olan əsgərlərlə sanki dost, qardaş kimi davranan təcrübəli zabit çətin məqamlarda yüz ölçüb-bir biçməyi üstün tutarmış.
    A.Novruzov müxtəlif illərdə Müdafiə Nazirliyinin “Qüsursuz xidmətə görə” I, II, III dərəcəli, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin” yubiley medalları, eləcə də rəhbərlik tərəfindən döyüşlərdə, ictimai-siyasi və mənəvi-psixoloji hazırlığında əldə etdiyi yüksək nailiyyətlərə görə Fəxri fərmanlarla təltif edilib.
    2003-cü ildə ailə həyatı quran cəsur döyüşçü toy mağarına “Vağzalı” musiqisi əvəzinə, “Azərbaycan əsgəri” marşının sədaları altında daxil olub, “Qarabağ şikəstəsi” ilə məclisi yekunlaşdırıb.
    Həyat yoldaşı Nazilə xanım Anar haqqında kövrələ-kövrələ danışırdı: “Çətinliyimiz də, xoş günlərimiz də olub. Anar deyib-gülən, zarafatcıl idi. Onun üçün hər şeydən əvvəl Vətən qarşısında xidməti borc idi. Hər dəfə evə gələndə cəbhədə atəşkəs rejiminin pozulduğunu eşidəndə bir yerdə qərar tutmur, hərbi hissəyə qayıtmağa tələsirdi. Elə sonuncu dəfə evə gələndə də belə oldu. Səhhətindəki problemə məhəl qoymadan, müalicə almadan döyüşə qatıldı. Xidməti ilə əlaqədar onu çox sorğu-suala tuta bilmirdik. Narahat olmamağımız üçün çox şeyi bizdən gizlədərdi. Elə Aprel döyüşlərində yaralanmasını, bir neçə gün hospitalda müalicə almasını da sonradan bildik...”.
    İgid zabitimiz 25 ildən artıq xidmət etməsinə baxmayaraq, o, döyüş meydanından geri çəkilmədi, irəliyə, gələcəyə inamla, ümidlə baxdı. Əbədiyaşarlıq qazanmağa can atdı və buna nail oldu. Övladları da atalarının arzusunu göyərtmək niyyətindədirlər. 13 yaşlı oğlu Nihad hərbi həkim, on birinci sinif şagirdi Firuzə isə polis olmaq istəyir.
    Bu gün Anarı bütün xalq tanıyır, onunla fəxr edir. Qürurluyuq ki, sinəsini Vətənə sipər edən Anar Novruzov sağlığında düşməndən intiqamını aldı.
    Bu gün hər birimiz təskinlik tapırıq ki, igid eloğlumuzun uyuduğu bu müqəddəs məkan, bir parça torpaq bütün azərbaycanlıların, Vətənimizi, xalqımızı sevən hər kəsin and, ziyarət yerinə çevrilib.
    Bu gün hər bir masallılı qürurludur ki, xalqın qəhrəmanlıq dastanını, azadlığını canı ilə qazanıb qanı ilə yazdı Anar. Hər bir ərkivanlı fəxr edir ki, uluların bizə miras qoyduğu torpaqlarımız uğrunda son damla qanına kimi vuruşub, müqəddəslik zirvəsini fəth etdi Anar. Novruzovlar ailəsinin ümid çırağını yandırmağa müvəffəq oldu. Nə ölümdən qorxdu, nə də düşməndən...
     




     
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 20:41 Masallıda rayon rəhbərinin 18 aprel 2025-ci il tarixli vətəndaş qəbulu
    2. 20:39 Masallıda bələdiyyələrin fəaliyyəti barədə müşavirə
    3. 15:56 Zərərçəkmiş şəxs: Xocalı soyqırımının təşkilatçıları və soyqırımına rəhbərlik edənlər zaman-zaman Ermənistanın siyasi-hərbi rəhbərliyində təmsil olunublar 
    4. 15:42 Azərbaycan Gürcüstan münasibətləri-ikitərəfli əməkdaşlığımızın inkişafı
    5. 23:30 Gürcüstan Prezidentinin Azərbaycana rəsmi səfəri çox məhsuldar keçdi
    6. 09:32 Masallıda rayon rəhbəri evi yanan vətəndaşın yeni tikilən evinə baxış keçirmişdir
    7. 23:30 Masallıda çaydan XIX əsrə aid kitablar tapılıb
    8. 23:30 Gürcüstanın Prezidentinin səfəri ikitərəfli münasibətlər üçün önəm daşıyır
    9. 16:10 Masallının Ərkivan qəsəbəsində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    10. 16:00 Masallının Ərkivan qəsəbəsində rayon rəhbərinin 16 aprel 2025-ci il tarixdə səyyar görüş-qəbulu
    11. 13:13 İnsanlara nur bəxş edən böyük alim
    12. 23:30 Dövlətlərarası əlaqələrimizin zəngin tarixi vardır
    13. 18:52 “Müxtəlifliyə qucaq açaq” – Masallıda rəsm və foto sərgisi 
    14. 18:49 Masallı rayonu ərazisində sel və daşqın təhlükəsinə qarşı qabaqlayıcı tədbirlər görülməkdədir
    15. 11:02 Gələcək talehini tibb elminə həsr etməyi qarşısına məqsəd  qoyan Akakdemik
    16. 20:00 Akademik Zərifə Əliyevanın Oftalmologiyada rolu
    17. 21:00 Gözləri və qəlbləri nurlandıran böyük şəxsiyyət
    18. 23:30 Zərifə xanım Əliyevanın Azərbaycan Dövlət  Həkimləri Təkmilləşdirmə İnstitutundakı fəaliyyəti
    19. 17:06 Masallıda rayon rəhbərinin 11 aprel 2025-ci il tarixli vətəndaş qəbulu
    20. 16:33 Antiterror əməliyyatları Azərbaycanın suverenliyini bərpa etdi
    21. 13:36 Ziyalı işığında...
    22. 13:00 Bir həkim ömrünün unudulmaz səhifələri
    23. 23:30 Türkiyə və İsrailin Azərbaycana yaxın dost ölkələr olması
    24. 18:52 ADA Universitetində Dünya Nizamı Müzakirə Olundu: İlham Əliyev Beynəlxalq Forumda
    25. 13:56 Zərifə Əliyevanın kimsəsiz uşaqlara qayğısı
    26. 11:33 Nurlu insan
    27. 17:31 Masallıda aprel şəhidi Firdovsi Bağırzadənin anım günü - 2025
    28. 17:28 Masallının Təzə Alvadı ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    29. 15:05 Masallının Təzə Alvadı kəndində rayon rəhbərinin 09 aprel 2025-ci il tarixdə səyyar görüş-qəbulu
    30. 18:04 Masallıda ağsaqqallar və əlillər üçün istirahət guşəsinin açılış mərasimi
    31. 17:12 Masallıda rayon rəhbəri şəhidin əkiz övladının doğum günündə
    32. 14:31 Enerji təhlükəsizliyi sahəsində yanaşmaların formalaşdırılması
    33. 12:24 Cənub Qaz Dəhlizi hamımız üçün böyük uğur hekayətidir
    34. 23:30 Azərbaycan enerji təhlükəsizliyi baxımından tərəfdaşları üçün mühüm rol oynayır
    35. 22:19 Masallıda şəhid ailələrinə diqqət və qayğı ənənəsi
    36. 22:11 Masallıda aprel şəhidi Nurlan Əsgərlinin anım günü - 2025
    37. 21:12 Masallıda 18 mart - 06 aprel 2025-ci il tarixlərdə görülmüş işlər barədə məlumat
    38. 21:07 Masallının Təkdam kəndində rayon rəhbərinin 02 aprel 2025-ci il tarixdə səyyar görüş-qəbulu
    39. 07:47 Masallıda rayon rəhbərinin 04 aprel 2025-ci il tarixli vətəndaş qəbulu
    40. 16:33 MƏRHƏMƏT ÜNVANI, ŞƏFQƏT ÜMMANI
    «    Aprel 2025    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930 
    DÜNYA XƏBƏRLƏRİ