Главная > Siyasət > Masallıda QHT-lərlə onlayn görüş
Masallıda QHT-lərlə onlayn görüş16-01-2021, 21:00. Разместил: yeni321 |
Masallıda QHT-lərlə onlayn görüş Yanvarın 16-da Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonda fəaliyyət göstərən qeyri-hökümət təşkilatlarının səlahiyyətli şəxsləri ilə onlayn görüş keçirilib. Onlayn tədbirdə rayonda fəaliyyət göstərən ictimai təşkilatlar və birliklər, qeyri-hökümət təşkilatlarının sədrləri iştirak ediblər. Videokonfransı Masallı Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Məmmədhüseyn Hüseynov Vətən müharibəsində həlak olan şəhidlərin xaitirəsini bir dəqiqəlik sükutla yad etməklə açdı. Sonra konfrasda çıxış edən RİHB - nin birinci müavini M.Hüseynov, rayon rəhbəri cənab Şahin Məmmədovun salamını tədbir iştirakçılarına çatdıraraq qeyd edib ki, 30 ilə yaxın bir dövrdə düşmən işğalı altında qalan torpaqlarımızın azad olunması ilə nəticələnən Vətən müharibəsində rayonumuzdan olan 50 nəfər şəhid, onlarca gənc qazi olub. Bu tarixi müharibə Azərbaycanın salnaməsində həmişə zəfərlə qeyd ediləcək. Ölkə Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin düzgün siyasi xətti, cəsarəti və rəhbər-xalq birliyi, ordumuzun qəhrəmanlığı bu şərəfli zəfəri təmin etdi. Xalqımızın mütəşəkkilliyi dəmir yumruğa dönərək, düşmənin başını əzdi. Onu diz çökdürməyə məcbur etdi. Xalqımızın Qarabağ döyüşlərindəki igidliyi onu dünyaya tanıtdırdı. Bu Qələbədə masallıların da payı çoxdur. RİHB-nin müavini Aybəniz Qafarova, RİHB-nin şöbə müdiri, YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Masallı Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev, Qızılavar kənd tam orta məktəbinin direktoru Lətifə Qənbərzadə, «Masallı ziyalıları» İB-nin sədri Qardaş Fətullayev, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının rayon şöbəsinin sədri Məmmədağa Şiriyev, “Ümidim sənsən” xeyriyyə cəmiyyətinin sədri Fidan Abbaslı, "Masallıda Qadınların Sosial İnkişafına Dəstək" İB-nin sədri Nərgiz Muxtarova, ehtiyatda olan polis polkovniki Tofiq Şahmarov, YAP Masallı rayon təşkilatı Qadınlar Şurasının sədri Gülşən Xəlilova və başqaları çıxış edərək koronavirus pandemiyası ilə əlaqədar görülən işlərdən, qarşıda duran vəzifələrdən, Vətən müharibəsindəki tarixi Qələbəmizin xalq-rəhbər birliyinin təzahürü olduğundan danışmışlar. Qeyd etmişlər ki, ötən il xalqımız müharibədə qalib gəldi. Ordumuzun hünəri ilə torpaqlarımız azad olundu. Bu müharibədə YAP-ın üzvlərindən şəhidlik zirvəsinə yüksələnlər, qazilər var. Azərbaycan Prezidenti, Ali Baş Komandanı cənab İlham Əliyev Şuşa şəhərində olanda ordumuzun şücaətini gündəmə gətirdi. Onların əsl vətənpərvər olmasını qeyd etdi. Videokonfrans iştirakçıları Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti və rəhbərliyi sayəsində uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın azad edildiyini, bu yolda qanlarından keçmiş şəhidlərimizin xatirəsinin daim əziz tutulacağını bir daha diqqətə çatdırıblar. Videokonfransı RİHB - nin birinci müavini M.Hüseynov yekunlaşdırmışdır. “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |