• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda QHT-lərlə onlayn görüş

    Masallıda QHT-lərlə onlayn görüş

    Masallıda QHT-lərlə onlayn görüş

    Yanvarın 16-da Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonda fəaliyyət göstərən qeyri-hökümət təşkilatlarının səlahiyyətli şəxsləri ilə onlayn görüş keçirilib.
    Onlayn tədbirdə rayonda fəaliyyət göstərən ictimai təşkilatlar və birliklər, qeyri-hökümət təşkilatlarının sədrləri iştirak ediblər.
    Videokonfransı Masallı Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Məmmədhüseyn Hüseynov Vətən müharibəsində həlak olan şəhidlərin xaitirəsini bir dəqiqəlik sükutla yad etməklə açdı.
    Sonra konfrasda çıxış edən RİHB - nin birinci müavini M.Hüseynov, rayon rəhbəri cənab Şahin Məmmədovun salamını tədbir iştirakçılarına çatdıraraq qeyd edib ki, 30 ilə yaxın bir dövrdə düşmən işğalı altında qalan torpaqlarımızın azad olunması ilə nəticələnən Vətən müharibəsində rayonumuzdan olan 50 nəfər şəhid, onlarca gənc qazi olub. Bu tarixi müharibə Azərbaycanın salnaməsində həmişə zəfərlə qeyd ediləcək. Ölkə Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin düzgün siyasi xətti, cəsarəti və rəhbər-xalq birliyi, ordumuzun qəhrəmanlığı bu şərəfli zəfəri təmin etdi. Xalqımızın mütəşəkkilliyi dəmir yumruğa dönərək, düşmənin başını əzdi. Onu diz çökdürməyə məcbur etdi. Xalqımızın Qarabağ döyüşlərindəki igidliyi onu dünyaya tanıtdırdı. Bu Qələbədə masallıların da payı çoxdur.
    RİHB-nin müavini Aybəniz Qafarova, RİHB-nin şöbə müdiri, YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Masallı Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev, Qızılavar kənd tam orta məktəbinin direktoru Lətifə Qənbərzadə, «Masallı ziyalıları» İB-nin sədri Qardaş Fətullayev, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının rayon şöbəsinin sədri Məmmədağa Şiriyev, “Ümidim sənsən” xeyriyyə cəmiyyətinin sədri Fidan Abbaslı, "Masallıda Qadınların Sosial İnkişafına Dəstək" İB-nin sədri Nərgiz Muxtarova, ehtiyatda olan polis polkovniki Tofiq Şahmarov, YAP Masallı rayon təşkilatı Qadınlar Şurasının sədri Gülşən Xəlilova və başqaları çıxış edərək koronavirus pandemiyası ilə əlaqədar görülən işlərdən, qarşıda duran vəzifələrdən, Vətən müharibəsindəki tarixi Qələbəmizin xalq-rəhbər birliyinin təzahürü olduğundan danışmışlar. Qeyd etmişlər ki, ötən il xalqımız müharibədə qalib gəldi. Ordumuzun hünəri ilə torpaqlarımız azad olundu. Bu müharibədə YAP-ın üzvlərindən şəhidlik zirvəsinə yüksələnlər, qazilər var. Azərbaycan Prezidenti, Ali Baş Komandanı cənab İlham Əliyev Şuşa şəhərində olanda ordumuzun şücaətini gündəmə gətirdi. Onların əsl vətənpərvər olmasını qeyd etdi.
    Videokonfrans iştirakçıları Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti və rəhbərliyi sayəsində uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın azad edildiyini, bu yolda qanlarından keçmiş şəhidlərimizin xatirəsinin daim əziz tutulacağını bir daha diqqətə çatdırıblar.
    Videokonfransı RİHB - nin birinci müavini M.Hüseynov yekunlaşdırmışdır.
     
    “Yeni həyat”,      
    www.yeniheyet.az
     шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    2. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    3. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    4. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    5. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    6. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    7. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    8. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    9. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    10. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    11. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    12. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    13. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    14. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    15. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    16. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    17. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    18. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    19. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    20. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    21. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    22. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    23. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    24. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    25. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    26. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    27. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    28. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    29. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    30. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    31. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    32. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    33. 11:15 DİQQƏT! DİQQƏT!
    34. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    35. 13:51 Masallı rayonunun 95-ci ili
    36. 13:48 Masallı rayon İcra Hakimiyyəti başçısının təbriki
    37. 17:16 Masallıda rayon rəhbərinin 07 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    38. 17:33 Masallının Şıxlar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 06.08.2025
    39. 17:30 Masallının Şıxlar kəndində 06 avqust 2025-ci il tarixdə səyyar qəbul
    40. 21:47 Elçinə ağı - Xalq yazıçısı Anar yazır
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ