Главная > Siyasət / Mədəniyyət > Masallıda “Mən əsgərəm” mövzusunda onlayn tədbir keçirilib
Masallıda “Mən əsgərəm” mövzusunda onlayn tədbir keçirilib30-01-2021, 11:27. Разместил: yeni321 |
![]() Rəhim Tağıyev adına Masallı Rayon Tarix-Diyarşünaslıq muzeyinin təşkilatçılığı ilə II Qarabağ müharibəsi iştirakçılarının, qazilərin, tələbələrin, ASAN Xidmət və muzey konüllülərinin iştirakı ilə 2 Fevral Azərbaycan Gəncləri Günü münasibətilə “Mən əsgərəm” mövzusunda onlayn tədbir keçirilib. İlk öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva Azərbaycan gənclərini əlamətdar gün münasibətilə təbrik edərək bildirib ki, ölkəmizdə əsası Ümummili lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti, indi daha qətiyyətlə həyata keçirilir. Əməkdar mədəniyyət işçisi Ə.Tağıyeva çıxışında Prezident İlham Əliyevin Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq etməsini, gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlərin, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şəraitin və böyük diqqətin nəticəsi olduğunu qeyd edib. O, vurğulayıb: “Azərbaycanda gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir, bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Bütün bunlar isə Azərbaycan gəncliyinin sabahına daha böyük inamla baxmağa əsas verir. Gənclərimizin nələrə qadir olduğunu 44 günlük Vətən müharibəsində vuruşan – istərsə ön, istərsə də arxa cəhbədə olan gənclərimizin bir yumruq ətrafında sıx birləşərək, hər bir kəs öz peşəsində əsl Azərbaycan əsgəri olduqlarını bir daha təsdiqlədilər. Gənclərimizim və gələcək nəsillərin milli-mənəvi, vətənpərvər ruhda böyüməsində hər birimiz öz peşəsində Azərbaycan əsgəri olmalıyıq.” ![]() Çıxışçılar möhtəşəm qələbəyə görə dövlətimizə, ordumuza və Azərbaycan əsgərinin arxasında duran xalqımıza, qazilər isə dövlət tərəfindən onlara, şəhid ailələrinə, veteranlara göstərilən qayğı və diqqətə görə minnətdarlıqlarını bildiriblər. www.yeniheyet.az Вернуться назад |