• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda “Mən əsgərəm” mövzusunda onlayn tədbir keçirilib

    Masallıda “Mən əsgərəm” mövzusunda onlayn tədbir keçirilib

    Masallıda “Mən əsgərəm” mövzusunda onlayn tədbir keçirilib 

    Rəhim Tağıyev adına Masallı Rayon Tarix-Diyarşünaslıq muzeyinin təşkilatçılığı ilə II Qarabağ müharibəsi iştirakçılarının, qazilərin, tələbələrin, ASAN Xidmət və muzey konüllülərinin iştirakı ilə 2 Fevral Azərbaycan Gəncləri Günü münasibətilə “Mən əsgərəm” mövzusunda onlayn tədbir keçirilib.
    İlk öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
     Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva Azərbaycan gənclərini əlamətdar gün münasibətilə təbrik edərək bildirib ki, ölkəmizdə əsası Ümummili lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti, indi daha qətiyyətlə həyata keçirilir. Əməkdar mədəniyyət işçisi Ə.Tağıyeva çıxışında Prezident İlham Əliyevin Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq etməsini, gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlərin, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şəraitin və böyük diqqətin nəticəsi olduğunu qeyd edib. O, vurğulayıb: “Azərbaycanda gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir, bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Bütün bunlar isə Azərbaycan gəncliyinin sabahına daha böyük inamla baxmağa əsas verir. Gənclərimizin nələrə qadir olduğunu 44 günlük Vətən müharibəsində vuruşan – istərsə ön, istərsə də arxa cəhbədə olan gənclərimizin bir yumruq ətrafında sıx birləşərək, hər bir kəs öz peşəsində əsl Azərbaycan əsgəri olduqlarını bir daha təsdiqlədilər. Gənclərimizim və gələcək nəsillərin milli-mənəvi, vətənpərvər ruhda böyüməsində hər birimiz öz peşəsində Azərbaycan əsgəri olmalıyıq.”
    Qazilərdən Vadim Eyvazoğlu, Rəşid İbadullayev, Orxan Bayramlı, Səndam Həsənov, Talıb Qəzənfərli, könüllülərdən Əliyar Heydərli, tələbələrdən Nihad Mikayılov çıxışlarında gənclər gününün onlar üçün ikiqat bayram olduğunu qeyd edərək, deyiblər ki, torpaqlarımızın uzun illər düşmən tapdağı altında qalması hər birimizdə natamamlıq hissi yaratmışdı, lakin bu gün hər şey başqa cürdür. Biz gənclər mərd, başı uca, qürurla bütöv Azərbaycanın inkişafı və rifahı üçün əlimizdən gələni əsirgəməməliyik.
    Çıxışçılar möhtəşəm qələbəyə görə dövlətimizə, ordumuza və Azərbaycan əsgərinin arxasında duran xalqımıza, qazilər isə dövlət tərəfindən onlara, şəhid ailələrinə, veteranlara göstərilən qayğı və diqqətə görə minnətdarlıqlarını bildiriblər.
          
    www.yeniheyet.az
     шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 11:31 Masallıda Qurban bayramı - 2025
    2. 17:17 Masallıda 5 iyun – Su Təsərrüfatı və Meliorasiya işçilərinin peşə bayramı qeyd edildi
    3. 17:14 Masallıda ət kəsim məntəqələrində dezinfeksiya işləri aparılır
    4. 14:07 Masallıda rayon rəhbəri 1 yaşlı şəhid qardaşının doğum günündə
    5. 14:05 Masallıda rayon rəhbərinin 05 iyun 2025-ci il tarixli vətəndaş qəbulu
    6. 15:12 “Sağlam Məktəbli” layihəsi uğurla davam etdirilir
    7. 14:15 Masallının Hişkədərə ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    8. 14:11 Masallının Hişkədərə kəndində 04 iyun 2025-ci il tarixdə səyyar qəbul
    9. 13:55 Azərbaycan bu gün qlobal səviyyədə aparıcı dövlətə çevrilmişdir
    10. 12:55 Azərbaycanda yaşıl enerjinin həyata keçməsi istiqamətində mühüm işlər həyata keçrilməkdədir
    11. 23:00 Ölkəmizin təbii sərvətlərinin dünya iqtisadiyyatındakı yeri və rolu  
    12. 22:09 Masallıda rayon rəhbəri qalib futbolçuları qəbul edib
    13. 19:43 Masallıda “3 İyun-Ümumdünya Velosiped Günü” münasibəti ilə veloyürüş
    14. 19:39 Rayon rəhbəri Kolatan ərazisindəki əkin sahələrində
    15. 23:00 Azərbaycanın müasir enerji strategiyası-Xəzər Neft və Qaz Sərgisi
    16. 16:30 Masallıda şəhid övladlarına bayram hədiyyəsi
    17. 08:40 Prezident İlham Əliyevin 28 May 2025-ci ildə Laçında çıxış etmişdir
    18. 23:30 Azərbaycan, Türkiyə və Pakistanın sarsılmaz birliyi
    19. 23:30 Qarabağ və Şərqi Zəngəzurun iqtisadi dirçəlişini nümayiş etdirdi
    20. 18:24 Masallıda abadlıq və xeyriyyə işləri 20-30 may 2025
    21. 18:23 Masallının yollarında təmir işləri davam etdirilir 20-30 may 2025
    22. 18:21 Masallıda şəhid ailələri və məzarlarını ziyarət  20-30 may 2025-ci il
    23. 21:59 Masallıda “1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü” təntənəsi
    24. 21:54 Rayon rəhbəri uşaqlar günündə uşaqların yanında
    25. 16:31 Sığıncaq kənd tam orta ümumtəhsil məktəbində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    26. 16:29 Masallıda rayon rəhbərinin 29 may 2025-ci il tarixli vətəndaş qəbulu
    27. 15:31 Masallıda 2025-cü ilin iyun ayına olan səyyar-görüş qəbulları barədə
    28. 14:46 Cənab Prezident İlham Əliyev müasir dövlət idarəçiliyini keçmişə sadiqlik və gələcəyə yönəlik strateji baxışla birləşdirir 
    29. 23:30 Ulu Öndər Heydər Əliyev -  Azərbaycan dövlətçiliyinin xilaskarıdır
    30. 23:30 Müstəqilliyimiz daimi və əbədidir
    31. 18:20 Xırmandalı kəndində artezian quyusu istifadəyə verildi
    32. 18:11 Masallıda 28 May Müstəqillik Günü tədbiri
    33. 07:45 Bir ağacda beş cür meyvə...
    34. 23:30 Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan ərazisində yaranması – tarixi hadisə idi  
    35. 20:14 “Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
    36. 19:43 Masallıda kitab təqdimatı keçirilib
    37. 15:03 Azərbaycan və Türk dünyası: Birliyin mərkəzində bir dövlət
    38. 10:47 28 MAY – QÜRUR GÜNÜMÜZ
    39. 10:30 Azərbaycan dünya miqyasında öz mövqeyini daha da möhkəmləndirir
    40. 23:30 Azərbaycanın Türk Dövlətləri Təşkilatındaki rolu və tranzit potensialı artmaqdadır
    «    İyun 2025    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    DÜNYA XƏBƏRLƏRİ